Məhkəmə qərarları › İş №3(075)-36/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-36/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-36/2024 15.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxx 1974-cü il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 15 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)- 186/2018 saylı, 09 mart 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment alınaraq X2 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-186/2018 saylı, 09 mart 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment alınaraq X2 ödənilməlidir. Alimentin tutulmasının əvvəli 25 oktyabr 2017-ci il tarixdən hesablanmalıdır. Hazırda borclu Şəxs tələbkar X2 ödənilməmiş 7800 manat aliment borcu mövcuddur. İcra sənədləri 31 avqust 2018-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərizdə borclu tərəfindən borcun ödənilməsini təmin etməmiş və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Həmçinin könüllü müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqarlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və 25 sentyabr 2023-cü il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Şəki ŞRPŞ-nin 03 oktyabr 2023-cü il tarixli məktubuna əsəsən borclu Şəxs barəsində 26 sentyabr 2023-ci il tarixdə 821190 saylı axtarış işi açılmışdır. Borclu Şəxs 15 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İPŞ-nə gətirimişdir. Həmin tarixdə borcludan izahat alınmışdır. Borclu şöbədə verdiyi izahatında cəmi 600 manat aliment pulu ödəyə biləcəyini bildirdi. Borcludan yığılmış aliment borcunu nəvaxt tam şəkildə ödəyə biləcəyi sorulmuş. Borclu isə aliment borcundan hər ay 350 manat məbləğində ödəniş edə biləcəyini qeyd etmişdir. Bununlada keçən 5 il müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 15 yanvar 2024-cü il tarixdə saat 10:30-da polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-186/2018 saylı, 09 mart 2018-ci il tarixli icra sənədinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat aliment alınaraq X2 ödənilməlidir. İcra sənədlərində məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün ödəniş edə bilməmişdir. Bildirmişdir ki, o, aşbaz işləyir. Hazırki icra sənədində göstərilən uşaq onun ikinci nikahından olan uşağıdır. Onun birinci nikahdan da iki övladı vardır. İcra sənədlərində göstərilən borcunu qəbul edir. Hazırda 600 manat ödəyə bilər. Yaxın vaxtlarda borcundan 1500 manat ödəməyə söz verir. Qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, o, 15 yanvar 2024-cü il tarixdə saat 10:30-da polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Adəm Maarif oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Göründüyü kimi, Məmmədazadə Adəmin borcunu qismən ödəməyə də olsa maddi imkanı olmuş, lakin qərəzli olaraq yayınmışdır. Hazırda isə məsuliyyətdən yayınmaq üçün ödəniş etməyə hazır olduğunu bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 15 yanvar 2024-cü il tarixdə saat 10:30-da polis əməkdaşları tərəfindən saxlanılmış daha sonra məcburi qaydada polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 15 yanvar 2024-cü il tarixdən, saat 10:30 radələrində polis əməkdaşları tərəfindən saxlanılması, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli 15 yanvar 2024-cü il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 15 yanvar 2024-cü il tarixdən, saat 10:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar