Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-360/2024 16.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu, Baş Kəldək Ərazi Dairəsi, Oraban kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15 may 2024-cü il tarixdə Şəki şəhəri, 20 Yanvar küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla polisin əməkdaşlarının qanuni tələbinə tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 15 may 2024-cü il tarixdə Şəki şəhəri, 20 Yanvar küçəsində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində 15 may 2024-cü il tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 15 may 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsi ilə bazar istiqamətinə hərəkətdə olarkən telefonla danışdığı zaman nalayiq ifadələr işlətmişdir. Bu zaman yaxınlıqda olan bir nəfər ona yaxınlaşaraq nalayiq ifadə işlətməməyi bildirməsinə baxmayaraq əsəbi olduğundan səs-küy saldığından yaxındakı polis əməkdaşları ona yaxınlaşmış və səs-küy salmamağını bildirdikdə, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq daha da aqresiv reaksiya vermişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 məhkəmə iclasında şəxsin əməlindən peşmançılıq hissi çəkməsini nəzərə alaraq, iş üzrə yüngül inzibatii tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, 15 may 2024-cü il tarixdə, saat 18:00 radələrində o, Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən yaşadığı evə gedərkən bir nəfər şəxsin telefonla danışarkən nalayiq ifadələr işlətməsini görmüş və ona yaxınlaşaraq nalayiq ifadələr işlətməməsini demişdir. Bu zaman həmin şəxs onunla mübahisə etmişdir. Bundan sonra səslərini eşidən polis əməkdaşları onlara yaxınlaşaraq səs-küy salamamğı izah etdilər. Lakin həmin şəxs yenə də öz aqressiv fəaliyyətinə davam etdi və polis əməkdaşları həmin şəxsi polis bölməsinə apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, 15 may 2024-cü il tarixdə o, Şəki şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olduğu zaman yolun kənarında iki nəfər şəxsin mübahisə etdiyini onlardan birinin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməsini görmüşdür. Daha sonra yaxınlıqda olan polis əməkdaşları həmin şəxslərə yaxınlaşaraq nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs ucadan nalayiq ifadələr işlədərək öz hərəkətlərini daha da aqresiv şəkildə davam etdirmişdir. Bir müddətdən sonra həmin şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin İTB-nin sahəsinin polis nəfəri, polis serjantı X9 ifadə verərək bildirdi ki, 15 may 2024-cü il tarixdə İTB-nin sahənin polis nəfəri, Murad Abdullayev ilə birlikdə xidmətdə olarkən, təxminən saat 18:00 radələrində, Şəki şəhəri 20 yanvar küçəsində iki nəfər şəxsin bir birləri ilə mübahisə edərək ucadan ünvansız nalayiq ifadələr işlətməsini aşkar etmişlər. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsləri nizam-intizama dəvət edərək ictimai qaydalara əməl etmələrini bildirmişlər. Onlar həmin şəxsləri polis şöbəsinə dəvət etdikdə adları onlara sonradan məlum olan Şəki rayonu Oraban kəndində yaşayan Şəxs onların qanuni tələblərinə qəsdən tabesizlik göstərmişlər. Şəxs səs-küy salaraq ətrafda olan insanların nəzərini öz üzərinə çəkməyə və ucadan ünvansız nalayıq ifadələr işlətməyə başlamışdır. Tərəflərindən həmin şəxsə ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağı təklif etsələr də, Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək daha da aqressiv şəkildə onlara kobudluq etməklə polisin iş fəaliyyətini pozmuşlar. Bundan sonra həmin şəxs tərəflərindən Şəki ŞRPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X1 digər şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:30-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” 15 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində “Samsung A24” markalı mobil telefon və 1 manat pul vəsaiti aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ünvansız nalayiq ifadələr işlətməklə, Şəki ŞRPŞ-nin polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddəsinə əsasən əməlindən səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 15 may 2024-cü il tarixdən, saat 18:30-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-360/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-360/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver