Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-362/2020 18.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı x4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x9 oğlunun, Zərərçəkmiş şəxs x1 iştirakları ilə, 21 may 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan x6 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı x8 tərəfindən tərtib edilmiş 18 iyun 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, x6 15 iyun 2020-ci il tarixdə, saat 15:00 radələrində Şəki şəhəri M.F.Axundov prospektində vətəndaş x1 ünvanına nalayiq ifadələr işlədərək cəmiyyətə açıqcasına hörmətsizlik etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı x8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, x6 15 iyun 2020-ci il tarixdə, saat 15:00 radələrində Şəki şəhəri M.F.Axundov prospektində vətəndaş x1 ünvanına nalayiq ifadələr işlədərək cəmiyyətə açıqcasına hörmətsizlik etməklə ictimai qaydanı pozmuşdur. Buna görə də tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x6 məhkəmə iclasında göstərdi ki, o, x2 ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Aralarında mütəmadi münaqişə yarandığına görə 2012-ci ildə boşanmışlar. 15 iyun 2020-ci il tarixdə təxminən, saat 15:00 radələrində Vüsalə İsmayılovanın işlədiyi Şəki şəhəri M.F.Axundov prospektində yerləşən mağazaya gedərək onun mağazanın müdiri ilə yanaşı oturmasını görmüşdür. Bundan sonra ikinci dəfə geri qayıdanda Vüsalənin mağazada tək olmasını görüb dükana girmiş, ona ana olmasını bildirərək iradlarını bildirmiş və “sənin kimi ananın üzünə tüpürüm” deyərək söyməyə başlamışdır. Daha sonra mağazanı tərk etmiş, sonuncuya zəng edərək onu təhqir etmişdir. Etdiyi hərəkətlərdən peşmandır və bir daha Vüsalə İsmayılovanı heç bir şəkildə narahat etməyəcəyinə söz verir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs x2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 2008-ci ildə x6 ilə ailə həyatı qurmuş, birgə nikahdan bir uşaqları olmuşdur. Sonradan 2012-ci ildə x3 qeyri-normal hərəkətləri, içki düşkünü olması və yaşadıqları evdə mütəmadi münaqişə yaratması səbəbindən boşanmışlar. Onlar boşandıqdan sonra Ruslan Əmrahov mütəmadi olaraq onu narahat etmiş, küçədə rastlaşdıqda, həmçinin onun mobil telefonuna zəng edərək çox nalayiq kəlimələr işlətmişdir. Ruslan Əmrahov işlədiyi Şəki şəhəri M.F.Axundov prospektində yerləşən mağazaya gələrək orada onu və müştəriləri narahat etdiyi üçün onu işdən çıxarmışlar. Sonuncu dəfə 15 iyun 2020-ci il tarixdə, təxminən saat 15:00 radələrində ona məxsus mobil telefona zəng edərək nalayiq ifadələr işlətmiş, bundan sonrada işlədiyi mağazaya gələrək küçədə ona qarşı ucadan qışqıraraq ünvanına çox nalayiq ifadələr işlətmişdir. Ona görə də Ruslan Əmrahovun qanunsuz hərəkətləri barədə Şəki ŞRPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmədən Ruslan Əmrahov barəsində qanuni tədbirlər görülməsini xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, x6 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x3 əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x3 məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə x5 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x6 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-362/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-362/2020
18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver