Məhkəmə qərarları › İş №3(075)-365/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-365/2021

06.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-365/2021 06.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis baş serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakları ilə xx xxxx 1963-cü il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, işləməyən, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş 05 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 iyul 2021-ci il tarixdə, saat 08:00 radələrində alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2103” markalı, **-BG-*** dövlət nömrə nişanlı minik avtomobil ilə Yevlax-Zaqatala-Gürcüstan yolunun 36 km-liyində «Mercedes Benz E300» markalı, **- OC-*** dövlət nömrə nişanlı minik avtomobilini əzmiş və nəticədə onun sahibi X6 maddi ziyan vurmaqla Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X6 məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının V tağım YPX inspektoru, polis baş serjantı X7 izahat verərək göstərdi ki, Şəxs 05 iyul 2021-ci il tarixdə, saat 08:00 radələrində alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etdiyi «VAZ-2103» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Yevlax-Zaqatala- Gürcüstan yolunun 36 km-liyində hərəkətdə olarkən «Mercedes Benz E300» markalı, **- OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs ehtiyatsızlığından «Mercedes Benz E300» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomaşın əzilmiş və onun sahibi X6 1440 manat məbləğində maddi ziyan dəymişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxs X8 ilə əlaqə saxlanılmış, sonuncu avtomobilinin təmir edilməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, həqiqətən də 05 iyul 2021-ci il tarixdə, saat 08:00 radələrində etibarnamə ilə ona məxsus olan «VAZ-2103» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etmişdir. Həmin avtomaşınla Yevlax-Zaqatala-Gürcüstan yolunun 36 km-liyində hərəkətdə olarkən qəflətən idarəetməni itirmiş, «Mercedes Benz E300» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı toqquşmuşdur. Hadisə nəticəsində bədən xəsarəti alan olmamışdır. «Mercedes Benz E300» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1440 manat məbləğində deyil, daha azdır. O, avtomobili təmir etdirəcəkdir. Etdiyi əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəyinə son verir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs 333.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında əlavə edilmiş 05 iyul 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyininin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarında əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ-2103» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İş materiallarında əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mercedes Benz E300» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarında əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X4 ona məxsus «Mercedes Benz E300» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 etibar etmişdir. İş materiallarında əlavə edilmiş Şəki RMX-nin Narkoloji Şöbəsinin 05 iyul 2021-ci il tarixli, 199 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında əlavə edilmiş Şəki RMX-nin Narkoloji Şöbəsinin 05 iyul 2021-ci il tarixli, 200 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X8 ayıq olmuşdur. İş materiallarında əlavə edilmiş “xxxx” MMC tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş 52 nömrəli aktdan görünür ki, «Mercedes Benz E300» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə xidmət işi üçün 730 manat, ehtiyat hissələri üçün 710 manat olmaqla, cəmi 1440 manat xərc tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs inzibati xəta törətməsini səmimi etiraf etməsini, ilk dəfə inzibati xəta törətməsini, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əməlindən səmimi peşman olmasını yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikasının İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, səmimi peşmançılığını, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini və sürücülük hüququnu müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə məhdudlaşdırmağı məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarəetmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar