Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-366/2020 22.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, x6 barəsində 22 iyun 2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru x7 tərəfindən x8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan x6 barəsində 22 iyun 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, x3 Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, 29 dekabr 2011-ci il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan Şəki Rayon Məhkəməsinin 2(075)-1703/2011 saylı, 29 dekabr 2011-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclu x5 hər ay hər uşaq üçün 50 (əlli) manat aliment alınaraq 06 may 2004-cü il təvəllüdlü x9 və 24 yanvar 2008-ci il təvəllüdlü x4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün x2 xeyrinə verilməli, 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materialına x6 adına banklarda və digər kredit təşkilatlarında pul vəsaiti və qızılzinyət əşyalarının olub-olmaması barədə Bank of Baku ASC-nin Şəki filialı və Azərbaycan Beynəlxalq Bankın Şəki filialına sorğular əlavə edilsə də, AccessBank ASC-nin Şəki filialı, XalqBank ASC-nin Şəki filialı, Unibank KB ASC-nin Şəki şəhər filialı, RabitəBank ASC-nin Şəki filialı, Kapital Bank ASC-nin Şəki şəhər filialı, Ləğv Prosesində olan DəmirBank ASCnin x1 Fondu, NBC Bank ASC-nin Şəki filialı və MuğanBank ASC-nin Şəki filialına sorğunun göndərilməsinə dair heç bir sənəd əlavə edilməmiş, onun işləyib-işləməməsi, əmək haqqı alıb-almaması, mülkiyyətində daşınmaz əmlakın olub-olmaması aydınlaşdırılmamışdır. Bundan başqa iş materialına x6 icra məmurunun qanuni tələblərindən qərəzli olaraq yayınması və icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən təmin etməməsi ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Həmçinin, icra məmuru tərəfindən borclunun yaşayış ünvanı üzrə əmlak vəziyyətinə baxış keçirilməsinə və müvafiq icra nümayəndəliyinə borclunun şəxsi təsərrüfatının olubolmaması ilə bağlı sorğunun göndərilməsinə dair heç bir sənəd iş materialına əlavə edilməmişdir. Göründüyü kimi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, x6 barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x6 barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-366/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-366/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver