Məhkəmə qərarları › İş №3(075)-366/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-366/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-366/2024 31.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, xx.xx.1967-ci il tarixdə Şəki rayonu Orta Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəki rayonu Orta Zəyzid kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ-2107” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki rayonu, Orta Zəyzid kəndindən sərnişin qismində götürdüyü X4 X10 ünvanına gətirdikdən sonra maşından düşəndə qapını örtdükdə gödəkçəsi qapının arasında qalmış və maşın hərəkət etdikdə yıxılaraq bədənin üzərində sağ əlin baş barmağında yara və sol bud-çanaq oynağının əzilməsi və dartılması yarası ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin X5 Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Şəki şəhər-rayon PŞ-nin X11 Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəxs xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərir ki, o özünə məxsus olan “VAZ 2107” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı xx.xx.2024-cü il tarixdə idarə edərkən işlədiyi “0066” taksi xidmətindən 1 nəfər müştəri qəbul etmiş, və onu Orta Zəyzid kəndindən götürüb Şəki şəhəri Mərkəzi Poçtun qarşısına aparmışdır. Qadın maşından düşən zaman gödəkçəsi maşının qapısının arasında qaldığı üçün o hərəkətə başlayanda qadın yıxıldı. Bundan sonra o, qadına xəstəxanaya ya da evinə aparmağı təklif etmiş lakin qadın istəməmişdir. Sonradan bilib ki qadın xəstəxanaya müraciət edib. İş materiallarında olan Şəki Şəhər-Rayon Polis X1 xx.xx.2024-cü il tarixdə verdiyi izahatda göstərir ki, o Şəki rayonu Orta Zəyzid kəndində yerləşən icra nümayəndəliyindən işdən çıxıb şəhərə getmək üçün 0066 taksi şirkətindən taksi çağırmış və “VAZ 2107” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil onu işin qarşısından götürmüşdür. Həmin maşından mərkəzi poçtun qarşısında düşüb qapını örtdükdə gödəkçəm qapının arasında qalmış, lakin sürücü bunu görməyərək hərəkət etmişdir. Bu zaman o yıxılmış, sürücü dərhal saxlayıb ona kömək edərək evə yaxud da xəstəxanaya aparmağı təklif etmiş laklin o bununla razılaşmamışdır. Sonradan əlini bıçaq kəsdiyi üçün xəstəxanaya getmiş aldığı xəsarətə görə isə xəstəxanaya getməyə ehtiyyac duymamışdır. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 55 nömrəli rəyindən görünür ki, X3 bədənin üzərində sağ əlin baş barmağında yara kəsici-deşici əşyanın ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir. Xəsarətin yıxılma zamanı özü tərəfindən yetirilməsi mümkündür. Müddəti qərarda qeyd edilən xx.xx.2024-cü il tarixə uyğundur və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol bud-çanaq oynağının əzilməsi və dartılması qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024 tarixli avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar