Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-370/2021 07.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 07 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs üzərindən 25 iyun 2021-ci il tarixdə şəxsi axtarış zamanı bir ədəd kağız bükümdə təmiz çəkisi 0.021 qram olan dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs üzərindən 25 iyun 2021-ci il tarixdə şəxsi axtarış zamanı bir ədəd kağız bükümdə təmiz çəkisi 0.021 qram olan dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki şəhərində yaşayır. Narkotik vasitə aludəçisi deyil. Lakin arabir narkotik vasitədən istifadə edir. 25 iyun 2021-ci il tarixdə “Rizvan” adlı şəxsdən 17 manata bir büküm heroin almışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış, polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən üzərinə baxış keçirilmiş, bir ədəd kağız bükümdə təmiz çəkisi 0.021 qram olan dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Etdiyi hərəkətdən peşmanlıq çəkir. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 iş qanuni qərar çıxarılmasını xahiş etdi. İşdə olan "Şəxsin şübhəli şəxs statusundan azad olunması və MSY-dən azad edilməsi” haqqında 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 26 iyun 2021-ci il tarixli, 17/467 nömrəli rəyinə əsasən üzərində “Şübhəli şəxs Şəxs üzərindən aşkar edilmiş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0.021 qram olan maddə narkotik vasitə olan heroindir. İşdə olan “Şəxsin şübhəli şəxs statusundan azad olunması və MSY-dən azad edilməsi” haqqında 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materialları üzrə nömrəli material üzrə cinayət işinə Şəxs aid hissədə xitam verilmiş, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün Şəki ŞRPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan 07 iyul 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 iyul 2021-ci il tarixdə saat 11:30-dan 13:00-dək inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-370/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-370/2021
07.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver