Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-371/2022 29.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Şəki rayonu, Dərəcənnət kəndində anadan olmuş, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Suçma kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat təxminən 12:05 radələrində, “Toyota Prius” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 47.5 km-də Vİ Tağım yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən saxlanılmışdır. Yoxlama zamanı vətəndaş Şəxs alkaqol maddə qəbulu nəticəsində sərxoş vəziyyətdə olduğu şübhə doğurmuşdur. Həkim müayinəsindən keçdikdən sonra vətəndaş Şəxs yüngül dərəcəli sərxoşluğu müəyyən olunmuş, onun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapmış və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X6 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 12:05 radələrində, “Toyota Prius” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Qazax yolunun 47.5 km-də Qaradağ rayonu ərazisində hərəkətdə olan zaman Vİ Tağım yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən saxlanılmışdır. Bu zaman polis əməkdaşı ondan sərxoş olub-olmamasını soruşmuş, o isə cavabında axşam saatlarında spirtli içki qəbul etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı ona alkotestr vasitəsi ilə yoxlanışdan keçməsini təklif etmiş, o da alkotestrə nəfəs vermişdir. Həmin zaman alkotestrdə onun 0.9 promil dərəcədə sərxoş olması göstərilmişdir. Lakin təkrar yoxlanılan zaman 0.3 promil sərxoş olması müəyyən edilmişdir. Bildirmişdir ki, o, bir gün qabaq spirtli içki olan araq içmişdir. Həmin günü heç bir spirtli içki qəbul etməmişdir. Lakin alkotesterlə yoxlanılan zaman onda sərxoşluq aşkar edilmişdir. Əməlindən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Nəqliyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 30 may 2022-ci il tarixli, 488 saylı aktdan görünür ki, Şəxs sərxoş vəziyyətdə olması aşkar edilmişdir. Həmin aktda alkotestrin göstəricisinin 0.9% pro.m sərxoşluq vəziyyətinin müəyyən edilməsi öz əksini tapır. İş materiallarında olan 30 may 2022-ci il tarixli, iltizamdan görünür ki, X1 Orxan Bəhmən oğluna məxsus “Toyota Prius'’ markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvana kimi aparmağı öhdəsinə götürmüşdür. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə Şəxs qeyd olunan hərəkəti Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material, onun məhkəməyə ünvanladığı ərizə və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-371/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-371/2022
29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver