Məhkəmə qərarları › İş №3(075)-371/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-371/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-371/2023 18.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.1-ci maddələri ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işlərə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdim: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən İXMnin 529.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nizami RPİ tərəfindən verilmiş ******* saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 200 manat inzibati cərimə alınaraq Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.1, 34.2, 34.3 və 34.4-cü maddələrinin tələbləri nəzərə alınaraq hesab edir ki, 3(075)-371/2023 nömrəli iş 3(075)- 365/2023 nömrəli işlə birləşdirilməli və baxılaraq onlara yekun hüquqi qiymət verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəki Rayon Məhkəməsinin icraatında olan 3(075)-371/2023 nömrəli iş 3(075)- 365/2023 nömrəli işlə birləşdirilsin. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar