Məhkəmə qərarları › İş №3(075)-373/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-373/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-373/2023 12.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəxs QSC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki DYPB-nin Şəki rayonu Bölmə rəisi polis mayoru X1 tərəfindən tərtib olunmuş 10 aprel 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəxs QSC və Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəxs QSC-nin istifadəsində olan “KAMAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobilin sürücüsü tərəfindən 19 fevral 2023-cü il tarixdə, saat 08:25 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolu, 136,2 kmliyində Aşağıdaşağıl-İsmayıllı istiqamətində olan yolda müəyyən edilmiş hərəkət sürət həddi 11 km/saat həddində aşılaraq qayda pozuntusu törədilmiş və elektron protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Buna görə də Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan 19 fevral 2023-cü il tarixli ŞRPŞ-nin DYPB-dən Şəxs QSC-yə göndərilmiş bildirişindən görünür ki, Şəxs QSC-yə məxsus “KAMAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobili idarə edən sürücü 19 fevral 2023-cü il tarixdə, saat 08:25 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolu, 136,2 km-liyində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə inzibati xəta törətmiş, onun barəsində 5 (gün) ərzində ŞRPŞ-nin DYPB-yə məlumat verilməsi ilə bağlı müraciət olunmuşdur. İş materiallarında olan Şəki DYPB-nin Şəki rayonu Bölmə rəisi polis mayoru X1 tərəfindən tərtib edilmiş 10 aprel 2023-cü il tarixli, İXP-5345353 seriya nömrəli protokoldan görünür ki, Şəki rayonu Qoxmuq kəndində yerləşən Şəxs QSC tərəfindən “KAMAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobilin istifadəçisi barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, Şəxs QSC-nin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İşdən görünür ki, Şəxs QSC ona göndərilmiş məktub-bildirişi xx.xx.2023-cü il tarixdə almış, qanunvericilikdə göstərilən 5 gün ərzində Şəxs QSC-nə məxsus nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və buna görə də barəsində İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə 10 aprel 2023-cü il tarixdə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs QSC-nə Azərbaycan Respublikası İXM-nin 347-ci-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar