Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-375/2021 12.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X16, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxx 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilmiş, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X21 tərəfindən tərtib edilmiş 12 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(075)- 71/2018 saylı icra sənədinə əsasən ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən borclular X10, X11 və X6 çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Şəxs məhkəmə qərarının icrasından qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 12 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(075)-71/2018 saylı icra sənədinə əsasən ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən borclular X10, X11 və X6 çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Qeyd edilən icra sənədi üzrə tərəfindən 30 mart 2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclulara 10 gün müddətində vaxt verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərrac nəticəsində 10 avqust 2018-ci il tarixdə “xxxx” QSC-nin mülkiyyətinə keçmişdir. Evin boşaldılmasına dair tələbin icra edilməsi məqsədilə 30 aprel 2021-ci il tarixə təyin edilən icra prosesinə borclular tərəfindən vaxt istənilmiş, tələbkarın razılığı ilə icra prosesi təxirə salınmışdır. 12 iyul 2021-ci il tarixdə keçirilən icra prosesi zamanı borclular X10, X11 və X2 evi boşaltdıqları, lakin borclu X7 qardaşı Şəxs evdə yaşamağa davam etdiyi müəyyən edilmişdir. Tərəfindən icra sənədinin mahiyyəti barədə Şəxs məlumat verilsə də, sonuncu evdə payı olduğunu bildirərək evi boşaltmamışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X21 inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış 07R000009137 saylı kredit razılaşması üzrə zamin kimi çıxış etmişdir. Qətnamə və onun əsasında verilmiş icra sənədi üzrə borcun ödənilməsi hissəsində onunla bağlı tələb irəli sürülmüşdür. Onun icra sənədi üzrə evi boşaltmaq və evdən çıxmaq kimi bir öhdəliyi yoxdur. Belə ki, həmin evdə doğulmuş, boya-başa çatmışdır. Evdə onun da payı və istifadə hüququ var. X1 ona kompensasiya verməsə evi boşaltmayacaqdır. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X12 bildirdi ki, Bahəddin Süleymanovun hərəkətlərində qərəz yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşdə olan Şəki Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2(075)-71/2018 saylı icra sənədinin təsdiq edilmiş surətindən görünür ki, «xxxx» Qapalı Səhmdar Cəmiyyəti ilə X10 arasında bağlanmış 07R000009137 saylı kredit razılaşması üzrə 8554,94 ABŞ dolları məbləğində əsas kredit borcu və 3055,77 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 11610,71 ABŞ dolları məbləğində borcun X4, X3, Şəxs və X13 müştərək qaydada alınaraq «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətinin xeyrinə verilməsi, X4, X3, Şəxs və X13 tutulacaq məbləğin öhdəliyin təminatı kimi iptekaya qoyulmuş, X8 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş, X8 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 25000 manat müəyyən edilməsi, hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə 07R000009137 saylı kredit razılaşması üzrə X4, X3, Şəxs və X13 alınaraq «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməli olan qalan borcun ümumi qаydаdа icra edilməsi, X8 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər X10, X11 və X2 həmin fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu xərcinin 12 manatının özünə aid edilməsi, 18 manatının isə X4, X3, Şəxs və X13 müştərək qaydada alınaraq «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməsi, «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat və xidmət haqqı olaraq ödənilmiş 21 manat olmaqla, cəmi 31 manatın 12 manatının özünə aid edilməsi, 19 manatının isə X4, X3, Şəxs və X13 müştərək qaydada alınaraq «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətinə verilməsi, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilməli olan 150 manatın 60 manatının «xxxx» Qаpаlı Səhmdаr Cəmiyyətindən və 90 manatının isə X4, X3, Şəxs və X13 müştərək qaydada alınaraq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X9, KOD 210005, VÖEN **********1, müxbir hesabı AZE 41 NABZ **********000003944 SWİFT. BİK: CTREAZ 22 hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan 10 avqust 2018-ci il tarixli, 105 nömrəli hərracın yekunları barədə protokolun və hərracın yekunları haqqında alqı-satqı müqaviləninin təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 2 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 manat müəyyən olunmuş, əmlak ilkin hərracdan satılmadığından ikinci hərracda 15% endirimlə 21250 manat müəyyən olunmuş, hərrac baş tutmamış elan edildiyindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 15937 manat 50 qəpikə ipoteka saxlayan «xxxx» QSC-yə satılmışdır. İşdə olan 12 iyul 2021-ci il tarixli aktdan görünür ki, həmin tarixdə keçirilən icra prosesi zamanı borclular X10, X11 və X2 ünvan 2 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evini boşaltdıqları, lakin borclu X7 qardaşı Şəxs evdə yaşamağa davam etdiyi müəyyən edilmişdir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs icra sənədi üzrə evin boşaldılması hissəsində borclu kimi çıxış etmir. Belə olan halda icra məmurunun Şəxs evdən çıxarılması və evin boşaldılması ilə bağlı tələbi qanuni hesab edilə bilməz. Bundan başqa Şəxs sözügedən evdə qeydiyyatdadır. Odur ki, hazırkı mübahisə mülki xarakterlidir. Ona görə də Şəxs əməlində inzbati xəta tərkibi olmadığından onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-375/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-375/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver