Məhkəmə qərarları › İş №3(075)-375/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-375/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-375/2022 23.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X4 iştirakı ilə, xx xxxxxx 1972-ci il tarixdə Şəki rayonu, Köndələn kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Köndələn kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 23 iyun 2022-ci il tarixli İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 22 iyun 2022-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndi ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam iltizama dəvət edən polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 22 iyun 2022-ci il tarixdə polis əməkdaşları X5 və X5 istintaq əməliyyat qrupunun tərkibində olarkən, Şəki rayonu, Baş Göynük kənd sakini Şəxs müraciəti əsasında hadisə yerinə getmişlər. Ailə üzvləri Şəxs içkili halda evə gələrək münaqişə yaratdıqlarını bildirmişlər. Həmin şəxsin kənd ərazisində olduğunu demişlər və Şəxs kənd ərazisində yol kənarında yeri müəyyən edilmişdir. Əməliyyat qrupunda olan polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Lakin vətəndaş Şəxs heç bir səbəb göstərmədən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, ətrafdakı insanlarında diqqətini cəlb edərək ictimai qaydanı pozmuşdur. Onlar dəfələrlə həmin şəxsi nizam iltizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bildirmişdir ki, Şəxs Şəki ŞRPŞ-nin avtomobilində Şəki ŞRPŞ-nə gətirilən zaman da polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Həmçinin Şəxs Şəki ŞRPŞ-nin inzibati binasında olan zaman ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, Şöbənin fəaliyyətini pozmağa davam etmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində yaşadığı evdə təkbaşına spirtli içki qəbul etmişdir. O təxminən 200 qram araq içmişdir. O, qayınatası Sabirin evinə telefonla zəng vurmuşdur. Ancaq telefona cavab verən olmamışdır. Buna görə də o, qayınatası Sabirgilin evinə getmişdir. Sabirgilin evinə getdiyi zaman qapını döymüş, ancaq qapını açan olmamışdır. Bir müddət sonra qayınatası Sabir evdən çıxaraq ona evə gəlməməyini bildirmişdir. Bu zaman aralarında münaqişə yaranmışdır. Daha sonra o qayınatasının evindən çıxıb getmişdir. Təxminən 22:00 radələrində polis əməkdaşları ona zəng edərək harada olmasını demişlər. O da olduğu yeri polis əməkdaşına demişdir. Polis əməkdaşları ona yaxınlaşaraq ondan Zakir adlı şəxs olub-olmamasını soruşmuşlar. O da Zakir olduğunu demişdir. Polis əməkdaşlarına onun ailə işinə qarışmamalarını demişdir. Daha sonra polis əməkdaşları onu Şəki ŞRPŞ-nin xidməti avtomobilinə mindirmişlər və onu Şəki ŞRPŞ-yə aparmışlar. Yolda və PŞ-nin həyətində polislərlə aralarında mübahisə yaranmışdır. Polislər söyüş söyməklə onu provakasiyaya cəlb etmiş və buna görə də polislərə və ünvansız söyüşlər söymüşdür. Əməlindən peşman olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə istintaq əməliyyat qrupunun tərkibində olarkən qrupun üzvləri ilə birlikdə Şəki rayon Baş Göynük kənd sakini X2 102 məlumatı əsasında axşam saatlarında hadisə yerinə getmişlər. Müraciət edən şəxslə onlar həmin kəndin ərazisində mağazada görüşmüş və müvafiq qaydada ərizəsini almışlar. Rəfael Babayev müraciətində atası Şəxs mütəmadi olaraq onların yaşadığı evə gələrək içkili halda münaqişə yaratdığını, onu anası Qönçəni döydüyünü bildirmişdir. Özü və ailə üzvləri Zakirin axşam gələrək onlara hər hansı xəsarət yetirə biləcəklərindən qorxduqlarından onu şöbəyə aparmaqlarını xahiş etmişlər. Bundan sonra Şəxs istifadəsində olan mobil telefonla əlaqə saxlamışlar. O, Şin kəndi yaxınlığında yol kənarında olduğunu demişlər. Onlar Baş Göynük kəndində üzü aşağı hərəkət edərkən Zakirin yol kənarında yol kənarında uzanıqlı vəziyyətdə olduğunu görmüşlər. Həmin şəxs kəskin dərəcədə spirtli içkinin təsiri altında olduğundan davranışlarını idarə edə bilməmiş uca səslə nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsə özlərini təqdim edərək nizam intizama dəvət etsələr də, Zakir onları peşə fəaliyyətləri ilə əlaqədar təhqir etmiş və həmçinin ailə üzvlərinində ünvanına nalayiq ifadələr işlətmişdir. Zakir onlara onun ailə işinə qarışmamasını bildirmişdir. Onlar Şəxs avtomaşına əyləşdirərək polis şöbəsinə gətirmək istəsələr də o onlara müqavimət göstərmiş və avtomobilə minmək istəməmişdir. Buna görə məcburi olaraq onu maşına mindirmişlər. O, avtomaşında özünü intizamsız aparmış, siqaret yandırmışdır. Yol kənarında avtomaşını saxlayaraq bu barədə iradlarını bildirdikdə o, kənarda vətəndaşların keçməsinə məhəl qoymayaraq onların ünvanına alçaldıcı sözlər demişdir. Bu davranışlarını nümayişkaranə şəkildə edərək Şəxs ətrafdakı insanlarında diqqətini cəlb etməyə çalışmışdır. Daha sonra onlar həmin şəxsi Şəki ŞRPŞ-nın inzibati binasına gətirmiş və Şəxs inzibati binada uca səslə qışqırmaqla, ünvanlı və ünvansız söyüşlər söyməklə şöbənin ümumilikdə iş fəaliyyətini pozmuşdur. Dəfələrlə Şəxs qanunlara hörmət etməyə dəvət etsələr də, o hər bir sözə söyüşlə cavab verir, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki CAB-nin ə/m polis kapitanı X9 şahid X5 ilə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan Şəki rayonu, Köndələn kənd sakini X2 izahatında qeyd edilmişdir ki, Zakir onun atasıdır. Zakir mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadıqları evə gəlir. O atasına görə kənddə insanlar arasına çıxmağa utanır. Onlar Zakirin davranışlarından bezmişlər. Zakir demək olar ki, hər gün spirtli içki qəbul edir. Zakir təxminən dörd gün əvvəl yaşadıqları evə içkili halda gələrək əvvəlcə anasının və daha sonra onun bədəninin müxtəlif nahiyələrindən şillə, təpiklə vurmuşdur. Onların xəsarətləri yaranmasa da vurduğu zərbələrdən fiziki ağrıları yaranmışdır. Aralarında yaranmış münaqişələrlə əlaqədar o, anası ilə birlikdə Baş Göynük kəndində babası Sabirin yaşadığı evə getmişlər. Çünki atası öz davranışları ilə onları evilərində rahat yaşamağa qoymurdu. Yalnız onlar deyil bir çox kənd sakinləridə onun davranışlarından, özünü apara bilməməsindən narazıdırlar. xx.xx.2022-ci il tarixdə anası ilə babası Sabir evdə olan zaman Zakir yenə içkili halda evə gələrək münaqişə yaratmışdır. Anası qorxusundan evdən çıxıb qonşuya qaçsa da babası gedə bilməmişdir. Atası, bu zaman ahıl babası Sabiri özünün deməsinə görə bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarətlər yetirmişdir. İş materiallarında olan Şəki rayonu, Köndələn kənd sakini X3 izahatında qeyd edilmişdir ki, Zakir onun həyat yoldaşıdır. Zakir mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadıqları evə gəlir. O və ailə üzvləri artıq Zakirin davranışlarından bezmişlər. Zakir onları kənd içərisində rüsvay etmişdir. Zakir demək olar ki, hər gün spirtli içki qəbul edir. Zakir təxminən dörd gün əvvəl yaşadıqları evə gələrək münaqişə yaratmış və onun bədəninin müxtəlif nahiyələrindən şillə təpiklə vuraraq fiziki ağrı, yetirmişdir. Sonradan oğlu Rəfaeli də həya tyoldaşı Zakir yumruq atmışdır. Aralarında yaranmış münaqişələrlə əlaqədar o, həmin günlərdə o və oğlu Rəfael atası Sabirin evinə getmişlər. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Zakir onları qaldıqları atasının evinə içkili halda gələrək münaqişə yaratmağa, nalayiq ifadələr işlətməyə başlamışdır. O, qorxusundan qonşuya qaçmışdır. Həmin vaxtı evdə atası Sabir vardır. O, sonradan bilmişdir ki, Zakir atası Sabiri bədəninin müxtəlif nahiyələrindən vuraraq xəsarətlər yetirmişdir. Onlar Zakirin barəsində qanuni tədbir görülməsini xahiş edirlər. İş materiallarında olan Şəki rayonu, Köndələn kənd sakini X1 izahatında qeyd edilmişdir ki, Zakir onun qızı Qönçənin həyat yoldaşıdır. O, mütəmadi olaraq spirtli içki qəbul edərək o və digər ailə üzvlərinin narahatçılığına səbəb olur. Zakir xx.xx.2022-ci il tarixdə onun yaşadığı evə saat 18:00 radələrində içkili halda gəlmişdir. Zakir gələrkən əlində balta vardır. Zakir balta ilə üstünə gələrkən o, Zakirin baltanı ona vurub xəsarət yetirəcəyindən qorxduğundan əyilmiş və nəticədə balta onun burnunun üst nahiyəsini sıyrıntı yaratmışdır. Zakir daha sonra sinə nahiyəsindən əli ilə tutub sıxdı və yerə yıxaraq onu həyətdə sürüməyə başlamışdır. Həmçinin onun bədəninin müxtəlif nahiyələrində şillə təpiklə vurmuşdur. O, Zakirə ahıl, xəstə olduğunu bildirsə də, o buna məhəl qoymamış və onu vurmağa davam etmişdir. Zakir təxminən 5-10 dəqiqə ərzində evinin həyətində bu davranışlarını davam etdirdikdən sonra həyətdən çıxıb getmişdir. Bundan sonra onlar bu barədə polisə müraciət etmişlər. İşə əlavə edilmiş “SD” diskdəki görüntülərdən görünür ki, Şəxs Şəki ŞRPŞ-nin həyətində ünvansız nəlayiq ifadə işlədir, polislərin suallarına kobud və söyüşlə cavab verir və polis əməkdaşlarına hədə gəlir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati həbsə alınmanın əvvəli Şəxs tutlduğu 22 iyun 2022-ci il tarixdə saat 23:00dan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs inzibati qaydada tutulduğu 22 iyun 2022-ci il tarixdə saat 23:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar