Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-375/2023 04.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X6, Azərbaycan Respublikası Qida X4-Zaqatala Regional Bölməsinin nümayəndəsi X12 iştirakları ilə, X6 Azərbaycan Respublikası Qida X4-X13 rəisinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Qida X4-X13 rəisinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X11 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.01-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında həmin qərardan narazı qalan X11 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə özlərini X5 əməkdaşları kimi təqdim edən şəxlər ona məxsus “Manqal” kafesinə gəlmiş, kafenin mətbəxində tavanın tamlığının pozulmasını irad tutaraq barəsində protokol tərtib etmişlər. Bundan sonra ona xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə xx.xx.2023-cü il tarixli “İnzibati xətalat haqqında işlər üzrə bildiriş" göndərilmiş həmin bildirişdə inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün 09 mart 2023-cü il tarixində saat 1100-da Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X4- X13nə gəlməyinin zəruri olması barədə bildiriş təqdim edilmişdir. Buna görə də o bildirişdə göstərilən vaxtda Qida X4-X13nə getmişdir. Lakin, həmin müəssisədə inzibati xəta haqqında işə baxılması ilə bağlı hər hansı hərəkət edilməmiş, onun dinlənilməyi təmin edilməmiş, o ayaq üstdə inzibati binanın girişində saxlanıldıqdan sonra ona mühafizəçinin stolunun üzərində inzibati tənbeh vermə haqqında qərarın verilməsi və bəzi sənədlərin imzalanması təklif olunmuşdur. Beləliklə də faktiki olaraq inzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinin tələbi pozulmuşdur. O isə faktiki olaraq onun inzibati xəta haqqında işə baxılmasında iştirakı təmin olunmadığı üçün təklif olunan sənədləri götürməkdən və imzalamaqdan imtina etmiş və iclasın keçirilməsini tələb etmişdir. Bundan sonra ona sənədləri təqdim edən şəxs bunun mümkün olmadığını və sənədləri ona poçt vasitəsilə göndərəcəklərini bildirmişdir. xx.xx.2023-cü il tarixdə cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ona poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Hesab edir ki, barəsində tətbiq edilmiş qərar qanunvericiliyin kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. X5 xx.xx.2023-cü il tarixli plandankənar (növbədənkənar) yoxlama tədbiri qanunzuz keçirilmişdir. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə baqlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.Yoxlayıcı orqan qanunvericlikdə nəzərdə tutulnuş əsas olmadan plandankənar yoxlama keçirmişdir. Əslində məhkəmənin diqqətini cəlb etmək istədiyim məqam ondan ibarətdir ki. bu qanunsuz, qanuni əsaslar olmadan keçirilən plandankənar yoxlamanın keçirilməsində X5 X2 motivi məndən qisas almaq olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə özlərini həmin qurumun əməkdaşları kimi təqdim edən şəxslər onun sahibkarlıq obyektinə gələrək ondan ət aldığı qəssabdan şikayət ərizəsi yazmağı tələb etmiş və ondan ət nümunəsi götürmüşlər. O isə ət nümunəsi təqdim edərək həmin qəssabdan hər hansı narazılığının olmaması səbəbindən şikayət ərizəsi yazmağının mümkün olmamasını onlara bildirmişdir. Bundan sonra onlar getmiş və xx.xx.2023-cü il tarixdə həmin qurumun başqa əməkdaşları tərəfindən onun sahibkarlıq obyektində yoxlama keçirilmişdir. Onun müraciətindən sonra ona təqdim olunmuş ət nümunəsinin analiz nəticəsində ətin keyfiyyət göstəricilərinin normal olması, lakin ətin camış mənşəli ət olması göstərilmişdir. Ondan götürülmüş ətin camış əti olma ehtimalı yoxdur, çünki, camış əti ilə inək ətini o kifayət qədər dəqiq ayırd edə bilir. Bununla belə ət camış mənşəli olsa belə keyfiyyət göstəricilərinin normal olması ona inzibati tənbeh verilməsini istisna edir. Həmçinin həmin ət nümunəsi yoxlayıcı orqan tərəfindən qanunsuz olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə nəticəsində (sübut olaraq yoxlamaların vahid məlumat reyestrindən çıxarış şikayətə əlavə olunur) götürüldüyündən həmin yoxlamanın nəticəsində onun məsuliyyətə cəlb olunmağı üçün istifadə edilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa ziddir. xx.xx.2023-cü il tarixdə keçirilmiş video çəkilişli yoxlama zamanı ondan ətin baytarlıq sənədi tələb edilməmiş, ümumiyyətlə istifadə etdiyi ət barədə hər hansı tələb irəli sürülməmişdir. Odur ki, yoxlayıcı orqanın inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarında tərəfimdən istifadə edilən ətin baytarlıq arayışının təqdim edilməməsi yoxlayıcı orqanın iftirasıdır. Görünən odur ki, yoxlayıcı orqan xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama tədbiri ilə əlaqədar protokola (akta) ondan xx.xx.2023-cü il tarixdə analiz üçün ət götürmələrini ətin baytarlıq sənədinin təqdim edilməməsi kimi qiymətləndirmiş və qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama ilə bağlı inzibati tənbeh vermə haqqında qərarda bunu qanunsuz olaraq tərəfimdən baytarlıq sənədinin təqdim edilməməsi kimi göstərmişlər. Hazırkı halda isə o, ətin (yəni malı) satıcısı deyil, sahibkarlıq fəaliyyətində istifadə etmək məqsədilə alıcısı qismində çıxış etdiyindən həm həmin inzibati xətanın subyekti, həm də ümumiyyətlə inzibati xəta hadisəsinin mövcudluğu yoxlayıcı orqan tərəfindən düzgün müəyyən edilməmişdir. Yoxlayıcı orqan tərəfindən onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə keçirilmiş yoxlama qanunsuz olmaqla barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X11 şikayətdə qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, 2023-cü ilin fevral ayında Qida X4-X13 tərəfindən ona məxsus “Manqal” kafesinə baxış keçirilmiş və divarın tamlığının pozulması, tavanın tamlığının pozulması, mətbəxdə emal prosesləri zamanı istifadə olunan bəzi səthlərin tamlığının pozulması, ictimai iaşə müəssisəsinə 02 fevral 2023-cü il tarixdə qəbul edilmiş iribuynuzlu heyvan ətinin baytarlıq arayışı təqdim edilməməsi kimi nöqsanların aşkar edilməsinə görə inzibati xəta haqqnda protokol tərtib edilmişdir. Ona məxsus restoranda bişirilən yeməkdən nümunə götürülmək əvəzinə ətdən götürülmüşdür. Həmin əti qəssabdan mal əti adı ilə almışdır. Amma həmin ətin camış əti olduğundan xəbəri olmamışdır. Ət aldığı ünvanın daimi müştərisi olmaqla, ondan ətin baytarlıq arayışını tələb etməmişdir. Əgər tələb etsə hər gün istədiyi əti ondan ala bilməyəcəyini bildirmişdir. Kafedən nümunə olaraq 1.080 kq ət götürülmüş və onun ümumi dəyəri 12 AZN ona ödənilmişdir. Odur ki, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X14 izahatında bildirdi ki, X5 X2 rəisi tərəfindən X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, divarın tamlığının pozulması, tavanın tamlığının pozulması, mətbəxdə emal prosesləri zamanı istifadə olunan bəzi səthlərin tamlığının pozulması, ictimai iaşə müəssisəsinə 02 fevral 2023-cü il tarixdə qəbul edilmiş iribuynuzlu heyvan ətinin baytarlıq arayışı təqdim edilməməsi” kimi nöqsanlar aşkar edilmiş və bununla bağlı protokol tərtib edilmişdir. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterindən” olan çıxarışdan da görünür ki, 21 fevral 2023-cü il tarixdən 23 fevral 2023-cü il tarixədək “Manqal” restoranında plandan kənar yoxlama aparılması vahid reyestrə yerləşdirilmişdir. Zaur Məmmədovun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kafedən yoxlama aparılan zaman ətin haradan alınması ilə bağlı arayış tələb etdikdə, sonuncu həmin arayışı onlara təqdim etməmişdir. Həmçinin həmin ət nümunəsi yoxlayıcı orqan tərəfindən qanunsuz olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə nəticəsində keçirilməsini hesab etməsinə isə cavab olaraq bildirmişdir ki, yoxlama yox məs monitoringlərin keçirilməsi zamanı qanunvericiliyin tələbinə uyğun olaraq reystrə yerləşdirilməməklə sahibkarlıq obyektlərinə baxış keçirib nümunələrin götürülməsi X5 səlahiyyətinə aid olmaqla ət nümunəsinin götürülməsi qanunsuz deyildir. İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, mətbəx sahəsində divarın tamlığı pozulmuş, mətbəx sahəsində tavanın tamlığı pozulmuş, mətbəxdə emal prosesləri zamanı istifadə olunan bəzi səthlərin tamlığı pozulmuş, ictimai iaşə müəssisəsinə qəbul edilmiş iribuynuzlu heyvan ətinin baytarlıq arayışı təqdim edilməmiş və s. nöqsanlar aşkar edilmişdir. Bununla da X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.01-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş 02 fevral 2023-cü il tarixli aktdan görünür ki, multimonitorinq planına əsasən X8 məxsus “Manqal” restoranında 1.080 kq mal əti nümunəsi götürülmüşdür. Götürülmüş mal əti nümunəsinin ümumi dəyəri 12 AZN olmaqla müəssisəyə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş qida obyektinə baxışın keçirilməsinə dair 23 fevral 2023-cü il tarixli, ŞRB-039 nömrəli aktdan görünür ki, “Manqal” adlı restoranında yoxlama aparılmış, baxış keçirilən zaman orada isti yeməklərin, kababların, çayın veilməsinin nəzərdə tutulduğu və müəssisədə bunun üçün 6 kabinet və zalın mövcud olduğu müəyyən edilmişdir. Yoxlama 21 fevral 2023-cü il tarixdə başlamış və 23 fevral 2023-cü il tarixə başa çatmışdır. Yoxlanma zamanı “divarın tamlığının pozulması, tavanın tamlığının pozulması, mətbəxdə emal prosesləri zamanı istifadə olunan bəzi səthlərin tamlığının pozulması, ictimai iaşə müəssisəsinə 02 fevral 2023-cü il tarixdə qəbul edilmiş iribuynuzlu heyvan ətinin baytarlıq arayışı təqdim edilməməsi” kimi nöqsanlar aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib edilmiş “Foto və video çəkilişlərin aparılması barədə” 23 fevral 2023-cü il tarixli aktdan görünür ki, X8 məxsus müəssisədə yoxlama materiallarına əlavə edilməsi üçün müxtəlif video və fətə şəkillər çəkilmişdir. Həmin aktı sahibkar X11 tərəfindən imzalanmaqdan imtina edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X8 məxsus “Manqal” restoranından 1.080 kq mal əti nümunəsi götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 23 fevral 2023-cü il tarixli qərardadından görünür ki, vəzifəli şəxs X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 6 ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X7ndə 09 mart 2023-cü il tarixində saat 11:00-a təyin edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işə baxılmasında iştirakının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X7 tərrəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli aktdan görünür ki, yoxlama zamanı tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Foto və video çəkilişlərin aparılması barədə” akt, xx.xx.2023-cü il tarixli ŞRB-039 nömrəli “Qida obyektinə baxışın keçirilməsinə dair” akt, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol sahibkar X11 tərəfindən imzalanmaqdan imtina edilmişdir. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli inzibati xəta haqqında işlər üzrə bildirişdən görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinə əsasən həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün 09 mart 2023-cü il tarixində saat 11:00-da Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 6 ünvanında yerləşən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X7nə gəlməyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli yoxlama materiallarına baxılmasına dair bildirişdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY231894071 nömrəli Çıxarışa və Azərbaycan Respublikasi Qida X4- X10 rəisinin xx.xx.2023-cü il tarixli ŞRB-039 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən X8 məxsus Şəki şəhəri, Oğuz şosesində fəaliyyət göstərən "Manqal" restoranının fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunması, o cümlədən bu sahədə insanların həyat və ya sağlamlığının qorunmasının təmin edilməsi məqsədi ilə yoxlama həyata keçirilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə Əsasən həmin yoxlamanın materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılmasının nəticələri üzrə Qərarın çıxarılması nəzərdə tutulur. Həmin qanunun 32-ci maddəsinə əsasən yoxlamanın materiallarına (yoxlama aktına və ona əlavə olan sənədlərə) baxılması ilə bağlı iclasda iştirak etmək üçün X8 xx.xx.2023-cü il tarixdə saat 11:00-da Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X4 regional bölməsinə gəlməyi barədə xərbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasının sınaq protokolunun nəticəsindən görünür ki, nümunə kimi götürülmüş mal ətinin, camış əti olduğu aşkar edilmişdir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 21 fevral 2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2023 tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi X1 məxsus “Manqal” restoranında yoxlama aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə əsasən xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 447.0.1-ci istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İş materiallarından və X6 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, X11 xx.xx.2023-cü il tarixdə fəaliyyət göstərdiyi “Manqal” kafesində keçirilən yoxlama zamanı divarın tamlığının pozulması, tavanın tamlığının pozulması, mətbəxdə emal prosesləri zamanı istifadə olunan bəzi səthlərin tamlığının pozulması, ictimai iaşə müəssisəsinə 02 fevral 2023-cü il tarixdə qəbul edilmiş iribuynuzlu heyvan ətinin baytarlıq arayışı təqdim edilməməsi” kimi nöqsanlar aşkar edilmişdir. Həmin ətdən götürülmüş nümunə nəticəsində ətin məhz mal əti deyil camış əti olması keçirilmiş labaratoriya nəticəsi ilə müəyyən edilmişdir. Bu səbəbdən də yoxlama zamanı səlahiyyətli orqanın əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə o, 09 mart 2023-cü il tarixdə isə İXM-nin 220.1 və 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 447.0.1-ci və 34.3-cü maddələri əsas götürülərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. X11, fəaliyyət göstərdiyi “Manqal” kafesindən götürülmüş ətin laboratoriya rəyinin nəticəsində məs “mal” əti yox “Camış” əti olmasını sonradan bilməsi, eyni zamanda camış ətinin də insan sağlamlığına zərərli olmamasını deməsi üzrə bu hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas vermir. Bundan başqa, X11 şikayətində yoxlayıcı orqanın vəzifəli şəxsinin yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı təqdim etmədiyini, bu səbəbdən yoxlamanın qanunsuz aparıldığını qeyd etmişdir. Məhkəmə şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama dedikdə, yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu başa düşülür. X5 X2 əməkdaşları isə xx.xx.2023-cü il tarixdən sonrakı tarixdə X11 fəaliyyət göstərdiyi “Manqal” kafesində sahibkarlıq fəaliyyətinin yoxlamasını deyil, Azərbaycan Respublikası X5 istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən əhaliyə xidmət göstərlməsinin müəyyən edilməsi ilə bağlı nəzarət tədbirləri çərçivəsində həmin ictimai iaşə obyektində monitorinq keçirmişdir və bu cür tədbirin qeydiyyatdan keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X6 xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına və istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə qaydalarını pozması və bununla da İXM-nin 220.1 və 447.0.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, X11 barəsində İXM-nin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X4-X13 rəisinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-375/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-375/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver