Məhkəmə qərarları › İş №3(075)-376/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-376/2020

24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-376/2020 24.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x2, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı x1 iştirakı ilə 19 fevral 1985-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki şəhəri, A.Cuma küçəsi, 22 ünvanında qeydiyyatında olan və yaşayan, x2 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: x4 23 iyun 2020-ci il tarixdə, saat 19:00 radələrində Şəki şəhəri, A.Cuma küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də x4 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nın İTB-nin sahə rəisi, polis kapitanı x3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, x4 23 iyun 2020-ci il tarixdə, saat 19:00 radələrində Şəki şəhəri, A.Cuma küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 məhkəmə iclasında göstərdi ki, o, 23 iyun 2020-ci il tarixdə, saat 19:00 radələrində ailədə baş verən mübahisə səbəbi ilə əsəbləşərək çölə çıxmış və bundan sonra yaşadığı Şəki şəhəri, A.Cuma küçəsində əsəbi və işsiz olduğu üçün ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona ictimai qaydanı pozduğunu bildirərək etdiyi hüquq pozuntusunu izah etmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O isə, polisin qanuni tələbinə əməl etməyərək öz hərəkətlərini davam etdirmişdir. Buna görə də polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Əməlindən peşiman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x5 ifadəsində göstərdi ki, 23 iyun 2020-ci il tarixdə, saat 19:00 radələrində ərazidə xidmətdə olarkən bir nəfərin uzadan nalayiq ifadələr işlətdiyini görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmişlər, ona ictimai qaydanı pozduğunu bildirərək etdiyi hüquq pozuntusunu izah etmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs isə onların qanuni tələblərinə əməl etməyərək, polis şöbəsinə getməyə etiraz etmiş və yenə öz hərəkətlərini davam etdirmişdir. Buna görə də, onlar həmin şəxsi polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş x6 da şahid x5 ilə eyni ifadə verdi. İşdə olan 23 iyun 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, x4 23 iyun 2020-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. x4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də x4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə x2 şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : x4 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli inzibati qaydada tutulduğu 23 iyun 2020-ci il saat 21:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar