Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-376/2023 20.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxxxx 1996-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 aprel 2023-cü il tarixdə, saat 17:45 radələrində Şəki şəhəri Axundov prospektində ictimai yerdə ucadan nalayiq ifadələr işlətmiş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 20 aprel 2023-cü il tarixdə, saat 17:45 radələrində Şəki şəhəri M.F.Axundov prospektində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, qeyd olunan tarixdə, o, yaşadığı evdən çıxaraq Şəki şəhəri M.F.Axundov prospektində telefonla danışaraq hərəkət etmişdir. Şəxsi məsələləri ilə bağlı əsəbləşdiyindən özündən aslı olamayaq ucadan nalayiq ifadələr işlətmişdir. Nalayiq ifadələr işlədərkən səsini ucaltmışdır. Həmin vaxt kənarda insanlar olmuşdur. Polis əməkdaşları yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin əsəbi olduğundan polis əməkdaşlarına qarşı kobudluq etmişdir. Sonra polis əməkdaşları ona qanunlara hörmətlə yanaşmağını deyərək, polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Ona köməklik edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında bildirdi ki, göründüyü kimi, Şəxs hadisə baş verən vaxtı əsəbi vəziyətdə olmuş, nalayiq ifadə işlətməsini etiraf etsə də, əməlində inzibati xətanın tərkibi mövcud olmamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 20 aprel 2023-cü il tarixdə saat 17:45 radələrində Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Murad Vahabovla birlikdə xidmətdə olarkən təxminən saat 17:45 radələrində Şəki şəhəri M.F.Axundov prospektində bir nəfər şəxsin telefon vasitəsi ilə ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək, həmin şəxsə ucadan nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik etməklə ictimai qayda pozuntusuna yol verdiyini izah edib söyüş söyməməyi bildirib, nəs istədiyini soruşmuşlar. Həmin şəxs “gedin öz işinizlə məşğul olun, sizə hesabat verəsi deyiləm” deyərək onlara qarşı kobudluq etməyə başlamışdır. Onlar təkrarən ona yol kənarında olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə ətrafda olan vətəndaşların narahatçılıqlarına səbəb olmasını izah edərək, onu nizam-intizama, ictimai qaydalara, riayət etməyə, qanunlara hörmətlə yanaşmasına dəvət etsək də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Daha sonra ərazidə olan Şəki ŞRPŞ-nin əməliyat müvəkkili Coşqun İsrafilov onlara yaxınlaşmış və Şəxs nizam intizama dəvət etmişdir. Daha sonra Şəxs Şəki ŞRPŞya gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 digər şahid X1 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, onun özünün və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs iştimai yerdə nalayiq ifadələr işlətməklə, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati xəta haqqında materialdan göründüyü kimi Şəxs 20 aprel 2023-cü il tarixdə saat 18:10-da inzibati qaydada tutulmuş, 20 aprel 2023-cü il tarixdə saat 19:10-da azad edilərək məhkəməyə gətirilmişdir.Bu səbəbdən də hesab edirəm ki, onun həbsə alınmasının əvvəli 20 aprel 2023-cü il tarixdən saat 18:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 20 aprel 2023-cü il saat 18:10-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-376/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-376/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver