Məhkəmə qərarları › İş №3(075)-377/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-377/2020

24.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-377/2020 24.06.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru x4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hümmətov Daşqın Əkbər oğlunun iştirakları ilə, 04 fevral 1989-cu il tarixdə Şəki rayonu İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu İnçə kəndində qeydiyyatda olan, x2 haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru x6 tərəfindən tərtib edilmiş 24 iyun 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4535/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən borclu x1 225.89 manat pul vəsaiti və 20 manat dövlət rüsumu alınıb tələbkar “xxxxxxxxxxxxxxxx” MMC-nin, Şəki Rayon Məhkəməsinin 2(075)-7172/2017 saylı, 30 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən borclu x1 402.12 manat pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq “xxxxxxxxxxxx” ASC-nin və Şəki Rayon Məhkəməsinin 2(075)-7433/2017 saylı, 14 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən 785.7 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar alınaraq “xxxxxxxxxxxx” ASC-nin xeyrinə verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu x3 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru x6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-4535/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən borclu x1 225.89 manat pul vəsaiti və 20 manat dövlət rüsumu alınıb tələbkar “xxxxxxxxxxxxxxxx” MMC-nin, Şəki Rayon Məhkəməsinin 2(075)-7172/2017 saylı, 30 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən borclu x1 402.12 manat pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq “xxxxxxxxxxxx” ASC-nin və Şəki Rayon Məhkəməsinin 2(075)-7433/2017 saylı, 14 dekabr 2018-ci il tarixli icra sənədinə əsasən 785.7 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar alınaraq “xxxxxxxxxxxx” ASCnin xeyrinə verilməlidir. İcra sənədləri 24 iyun 2020-ci il tarixdə bir icraatda birləşdirilmişdir. Qeyd olunan icra sənədiləri müvafiq olaraq 05 noyabr 2018-ci il, 12 noyabr 2017-ci il və 12 yanvar 2018-ci il tarixlərdə icraata daxil olmuş, həmin tarixdə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu həmin müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Bundan sonra müxtəlif vaxtlarda borcluya xəbərdarlıqlar göndərilmişdir. 10 dekabr 2018-ci il tarixdə “Borclunun axtarışı haqqında” qərar qəbul edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən borclu x5 haqqında axtarış işi açılmış və borclu 24 iyun 2020-ci il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu ilə söhbət aparılmış və izahat alınmışdır. x7 izahatında bildirmişdir ki, işsizdir, COVİD-19 virusunun yayılması ilə bağlı iş yerinin olmaması səbəbli borcu ödəyə bilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu x2 0.66 ha əkin üçün nəzərdə tutulmuş torpaq sahəsi vardır. Borcluya həmin torpaq sahəsinin əkib-becərdiyini yaxud icarəyə verdiyini soruşduqda həmin torpaq sahəsinin harda yerləşməsi barədə məlumatı olmadığını bilirmişdir. Mülkiyyətində əkin üçün nəzərdə tutulan torpaq sahəsinin olması onun işsiz olması demək deyildir. Bundan əlavə tələbkar “xxxxxxxxxxxx” ASC olan icra sənədləri “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsinə baxmayaraq borclu x5 müvafiq müqavilənin bağlanılması üçün tələbkara müraciət etməmişdir. Əlavə olaraq bildirdi ki, x5 24 iyun 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:30-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x5 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2019-cu ilin sonlarında Rusiya Federasiyasından qayıdarkən hava limanında saxlanılmış, barəsində axtarış elan olunduğu bildirilmişdir. Bir qədər saxlanıldıqdan sonra onu buraxmış, Şəki ŞRPŞ ilə əlaqə saxlamasını bildirmişlər. Evə qayıtdıqdan sonra polis sahə rəisi ilə əlaqə saxlamış, barəsində olan axtarışın hansı işlə bağlı olduğunu soruşmuşdur. Sahə rəisi ona Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında “xxxxxxxxxxxxxxxx” MMC-yə olan borcu ilə bağlı icra sənədi olduğu bildirilmişdir. Onun barəsində olan digər icra sənədlərindən xəbəri yoxdur. Hesab edir ki, əgər barəsində axtarış elan olunmuşdusa, həmin vaxt icra şöbəsinə məcburi qaydada gətirilməli və icra sənədləri barədə ona ətraflı məlumat verilməli idi. Qeyd etdi ki, artıq 6 aydan çoxdur ki, Bakı şəhərində yaşayır. Lakin mövcud karantin rejimi ilə bağlı işləyə bilmir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Əgər ona vaxt verilsə borcundan 100- 150 manat ödəyə bilər. Əlavə olaraq bildirdi ki, 24 iyun 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 14:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x2 qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. x5 məhkəmə iclasında ölkədə tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar heç yerdə işləmədiyi üçün borcunu ödəyə bilmədiyini bildirsə də, özünün qeyd etdiyi kimi 2019cu ilin sonlarından ölkəyə qayıtdığı vaxtdan bu günə kimi heç bir ödəniş aparmır. Halbuki, ölkədə xüsusi karantin rejimi 2 aydır ki, tətbiq olunur. Bu isə bir daha onu sübut edir ki, x5 aliment borcunu ödəməkdən qərəzli olaraq yayınır və məhkəmə iclasında dedikləri özünümüdafiə xarakteri daşıyır. Məhkəmə x3 inzibati tənbeh tətbiq edərkən icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunun ödəməməsini nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. x5 və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, x5 24 iyun 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, x2 24 iyun 2020-ci il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, x5 icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, x2 həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 24 iyun 2020-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 24 iyun 2020-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar