Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-380/2021 15.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs barəsində 15 iyul 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, MÜƏYYƏN ETDİM: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 15 iyul 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)-1713/2019 saylı icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan Şəki Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(075)- 1713/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, X1 və Aslanov X5 Fazil Əli oğluna və X2 mülkiyyətində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən, DƏDRX tərəfindən 10.07.2019-cu il tarixdə verilmiş, **********77 reyestr nömrəli çıxarış üzrə 1.48 ha torpaq sahəsindən çıxarılmalı, X4 və X2 həmin torpaq sahələrindən istifadələrinə X1 və Şəxs tərəfindən edilən hər cür maneələr aradan qaldırılmaqla qadağan edilməlidir. İş materialından görünür ki, borclu Şəxs, həmçinin zərərçəkmiş şəxslər X7 və X2 izahatları alınmamışdır. Həmçinin, borclu Şəxs icra məmurunun hansı qanuni tələblərindən qərəzli olaraq yayınması və icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən təmin etməməsi ilə bağlı heç bir sənəd əlavə edilməmiş, borclu tərəfindən icra sənədinin icrasına hansı maneələrin yaradılması ilə bağlı dəqiq fikir ifadə edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, icra prosesi 04 iyun 2021-ci il tarixdə baş tutmamışdır. Lakin iş materiallarına borclu Şəxs izahatı əlavə edilmədiyindən icra sənədinin icrasına protokol tərtib edilən günə, yəni 15 iyul 2021-ci il tarixə olan münasibətini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-380/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-380/2021
15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver