Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-383/2021 06.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə X2 barəsində qəbul edilmiş 15 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, X1 məhkəmə iclasına gəlməmiş, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 şikayət ərizəsində göstərmişdir ki, barəsində 15 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə EQ seriyalı, ******* nömrəli elektron qərar qəbul edilmiş və o, 20 manat inzibati cərimə edilmişdir. Səbəb kimi “Toyota Camry” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin durma qaydalarını pozmaqla saxladığı göstərilmişdir. Qeyd edilən avtomobili idarə etmək üçün etibarnaməsi olsa da, qeyd edilən vaxt avtomobili idarə etməmiş və qeyd edilən yerdə saxlamamışdır. Göründüyü kimi törədildiyi bildirilən inzibati xəta hadisəsinin törədilməsində qanunla müyyən edilmiş qaydada hər hansı bir təqsiri və qarşılıqlı əlaqəsi olmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyevin tərtib etdiyi 15 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 15 iyul 2021-ci il tarixdə Şəki şəhəri 20 Yanvar küçəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 20 (iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xəta haqqında qərarla razı olub-olmadığı qeyd edilməmiş, ümumiyyətlə X2 iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən X2 barəsində qeyd edilən protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlərin, sübutların, əgər bunlar yazılı sübutlardırsa, təsdiq edilmiş surətlərinin (izahat, fotoşəkil, videogörüntü və sair) məhkəməyə göndərilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə sorğu göndərilmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən məhkəmənin sorğusu cavablandırılmamış və həmin inzibati xətanın törədilməsinin xüsusi texniki avadanlıqlar vasitəsilə qeyd alınması barədə hər hansı video görüntülər, vardırsa, şikayətçinin izahatı təqdim edilməmiş, həmçinin protokol hər hansı digər bir sübutla əsaslandırılmamış, qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protoko təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən 15 iyul 2021-ci il tarixdə Şəki şəhərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə protokolda onun həmin protokolla razılaşıb-razılaşmadığı barədə qeydlər aparılmamışdır. X1 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi X2 20 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Bundan başqa məhkəmə qeyd edir ki, 15 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdə dayanma və ya durmanı qadağan edən hər hansı yol hərəkəti nişanının mövcudluğu iş materialları ilə sübut olunmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş 15 iyul 2021ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində qəbul edilmiş 15 iyul 2021-ci il tarixli, EQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-383/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-383/2021
06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver