Məhkəmə qərarları › İş №3(075)-385/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-385/2021

24.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-385/2021 24.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxxxx 1966-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 24 iyul 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 iyul 2021-ci il tarixdə, saat 10:15 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən bazarın yaxınlığında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, 24 iyul 2021-ci il tarixdə, səhər saatlarında inşaat malları almaq üçün şəhərə gəlmişdir. Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən inşaat malları satan mağazaya tibbi maskasız daxil olmuşdur. Bu zaman polis əməkdaşları özləri də tibbi maskasız qardaşı ilə ona yaxınlaşmış, tibbi maska taxmadıqlarına görə irad bildirmişlər. Bu zaman polis əməkdaşlarına mağazaya indicə daxil olduqlarını, onların özlərinin də tibbi maskadan istifadə etmədiklərini bildirmişlər. Bundan sonra aralarında narazılıq yaranmış və mübahisə etmişlər. Səs-küyə kənardan insanlar yığılmışdır. Polis əməkdaşları onunla kobud rəftar etdiyindən şöbəyə getməkdən imtina etmişdir. Bundan sonra onları zorla maşına mindirmişlər. Yalnız bundan sonra özlərinin xahişi ilə avtomobilin arxa hissəsindən düşüb öndə oturmağa icazə vermişlər. Qeyd etdi ki, aralarındakı mübahisə polisin onlarla kobud rəftarı ilə bağlı yaranmışdır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 24 iyul 2021-ci il tarixdə 5 saylı xidməti marşrutda polis serjantı Elçin Tağızadə ilə xidmətdə olduqları zaman Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən inşaat materialları mağazasında – qapalı məkanda iki tərəf şəxsin qoruyucu tibbi maskadan istifadə etmədiklərini müəyyən etmiş və onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra törətdikləri qanun pozuntusunu onlara izah etmişlər. Bu zaman həmin şəxslər ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və ətrafdakıların diqqətini özlərinə çəkməyə çalışmışlar. Daha sonra həmin şəxslərdən biri əlindəki çətiri havaya qaldıraraq ona doğru istiqamətləndirmişdir. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də, həmin şəxslər məhəl qoymamış və hərəkətlərini davam etdirmişlər. Ona görə də həmin şəxsləri polis şöbəsində dəvət etmişlər. Lakin həmin şəxslər şöbəyə getməkdən imtina etmişlər. Ona görə də radiostansiya vasitəsilə əlavə qüvvə çağırmışlar. Hadisə yerinə gələn tağım komandiri və manqa komandiri həmin şəxsləri yenidən nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxslər onların qanuni tələblərinə tabe olmadıqlarından onları polis şöbəsinə aparmışlar. Şöbədə olarkən həmin şəxslərin Şəki rayonu Vərəzət kənd sakinləri X9 və Şəxs olduqları məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin əməkdaşı X6 şahid X2 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş leytenantı X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 24 iyul 2021-ci il tarixdə Pərvin Rəcəbovla xidmətdə olduqları zaman polis nəfərləri Xəyal Qəhrəmanov və Elçin Tağızadə radiostansiya vasitəsilə əlavə qüvvə çağırmışlar. Hadisə yerinə çatdıqlarında iki nəfər şəxsin tibbi maskadan istifadə etmədiklərini müəyyən etmişlər. Özlərini təqdim etdikdən sonra həmin şəxslərə törətdikləri qanun pozuntusunu izah etmişlər. Lakin həmin şəxslər ucadan nalayiq ifadələr və söyüşlər söyərək ətrafdakıların diqqətini özlərinə çəkməyə çalışmışlar. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də, həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayıb hərəkətlərini davam etdirdiklərindən həmin şəxsləri polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin əməkdaşı X11 şahid X7 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs özünün də etirafına əsasən ictimai yerdə mübahisə etmiş, ətrafdakı insanların diqqətini özünə cəlb etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar