Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-388/2022 28.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixində Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs birgə nikahdan olan uşaqlar 08 oktyabr 2006-cı il təvəllüdlü X3 və 10 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat məbləğində olmaqla, cəmi 260 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməli, aliment tutulmasının əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs birgə nikahdan olan uşaqlar 08 oktyabr 2006-cı il təvəllüdlü X3 və 10 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat məbləğində olmaqla, cəmi 260 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Aliment tutulmasının əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bildirmişdir ki, qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzincə borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borclu Şəxs rəsmi xəbərdarlıq göndərilərək ondan icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu aliment pulundan bugünədək heç bir ödəniş etməmişdir. Eyni zamanda tərəflərindən borclunun adına banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi daşınar və ya daşınmaz əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının olmadığı müəyyən edilmişdir. Borclu ötən müddət ərzində aliment borcunun tam şəkildə ödənilməsini təmin etməyərək icra məmurunun çağırış və rəsmi xəbərdarlığına məhəl qoymamış. Şəki rayonu üzrə icra şöbəsinə gəlməmiş və gəlməməsi barədə heç bir üzürlü səbəb bildirməmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə xx.xx.2022-ci il tarixdə yenidən onun axtarılması barədə qərar qəbul edilərək Şəki Şəhər-Rayon Polis şöbəsinə göndərilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək Şəki rayonu üzrə İcra Şöbəsinə gətirilmiş və ondan izahat alınmış, icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu verdiyi izahatında hal-hazırki tarixdə borc məbləğindən heç bır ödəniş edə bilməyəcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə aliment borcu 1820 manat (bir min səkkiz yüz iyirmi) təşkil edir. Bununla da icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Rüstəmov X6 Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu axtarışla xx.xx.2022-ci ildə saat 10:30-da İcra şöbəsinə gətirilmiş və sonra 15:00-da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan birgə nikahdan olan uşaqlar 08 oktyabr 2006-cı il təvəllüdlü X3 və 10 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat məbləğində olmaqla, cəmi 260 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədlərindən məlumatı vardır. Tələbkar Zərərçəkmiş şəxs qarşı nifrət hissi olduğu üçün və onu xəyanətə görə bağışlaya bilmədiyi üçün aliment borcundan heç bir ödəniş etməmişdir. Hazırda onun 1820 manat məbləğində aliment borcu yaranmışdır. Həmin borcundan heç bir ödəniş etmir, ödəmək fikri də yoxdur. O, bu günədək isstəmişdir ki, həmin aliment pulunu birbaşa uşaqlarının özünə versin, çünki keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxsən adına heç bir ödəniş etmək istəmir. Bildirmişdir ki, o, hazırda Şəki şəhərində yerləşən Cahan restoranında çayçı kimi fəaliyyət göstərir, ayda 250 manat gəliri olur. Bundan başqa gəlir yeri yoxdur. Ona icra məmuru tərəfindən İXM-nin 528.1-ci maddəsilə inzibati və CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bu barədə ona icra məmuru tərəfindən məlumat verilmiş və xəbərdarlıq məktubunu da şəxsən təhvil almışdır. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 10:30-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-186/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs onların birgə nikahdan olan uşaqlar 08 oktyabr 2006-cı il təvəllüdlü X3 və 10 sentyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat məbləğində olmaqla, cəmi 260 manat aliment tutularaq tələbkar ona verilməlidir. Borclunun aliment ödəmək üçün imkanı var, lakin o qərəzli olaraq onu icra etmir. Borclu Şəxs şkayətçidir. Alimentin icra edilməsini, borclunun barəsində tədbir görülməsini xahiş edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 28 iyun 2022-ci il tarixdən, saat 10:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 28 iyun 2022-ci il tarixdən, saat 10:30-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 28 iyun 2022-ci il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Rüstəmov X6n Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 28 iyun 2022-ci il tarixdə, saat 10:30-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-388/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-388/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver