Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-389/2022 28.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və X2 Roman Yurik oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə 28 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN-1058692 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verərək göstərmişdir ki, DİN Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 100 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixində icraata daxil olmuş, həmin tarixdə Şəxs rəsmi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən cərimə məbləği ödənilməmişdir. Borclunun yeri müəyyən edilmədiyindən 21,08.2021-ci il tarixində axtarılması haqqında qərar qəbul edilərək Şəki ŞRPŞ-yə göndərilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək Şəki rayonu üzrə icra və probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə ondan cəriməni ödəməsi tələb edilsə də, cərimə məbləğinin heç bir hissəsini ödəməmişdir. Göründüyü kimi Şəxs DİN Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarı üzrə 100 manat məbləğində inzibati cərimə məbləğini qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən ödəməmiş və bununla da İXM-nin 529.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, atası rus, anası isə azərbaycanlıdır. Bildirmişdir ki, Azərbaycanda doğulmuş, boya-başa çatmış, orta məktəbi də azərbaycanda qurtarmış, latın qrafikası ilə oxuyub-yazmağı bacarır. Göstərmişdir ki, DİN Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən o, İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə olunmuşdur. İcra sənədlərindən məlumatı vardır. Hal-hazırda o, ət kombinatında mebel malyarı işləyir. Aylıq 800 manat əmək haqqı alır. Bildirmişdir ki, o, axtarışda olan zaman Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşamışdır. Hal-hazırda cəriməni ödəməyə maddi imkanı yoxdur. Ancaq bir aydan sonra cəriməni ödəyə biləcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əmək haqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, eləcə də hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 28 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN-1058692 nömrəli inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs DİN Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə olunmuşdur. DİN Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmədiyindən həmin qərar on gün sonra qüvvəyə minmiş və həmin qərar icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. DİN Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru 28 yanvar 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsinə əsasən DİN Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qüvvəyə mindiyi gündən otuz gündən gec olmayaraq, yəni 28 mart 2021-ci il tarixədək barəsində olan 100 manat məbləğində inzibati cəriməni ödəməli olmuşdur. Lakin Şəxs cəriməsinin ödənilməsinin son müddəti olan 28 mart 2021-ci il tarixədək inzibati cərimə onun tərəfindən ödənilmədiyi təqdirdə növbəti gündən başlayaraq 2 ay müddətində, yəni 28 mart 2021-ci il tarixədək icraatında həmin icra işi olan icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda qanunvericiliyin bu tələbi pozularaq, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən uzun müddət sonra, yəni 28 iyun 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən 28 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN-1058692 nömrəli inzibati xəta haqqında protokola Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanılmış inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 104.1, 109.1, 109.1.1-ci, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərаrа аldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən 28 iyun 2022ci il tarixdə tərtib edilmiş MN-1058692 nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanılmış inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-389/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-389/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver