Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-389/2024 07.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1987-ci il tarixdə Şəki rayonu Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu Şəki kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 07 iyun 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. Protokolda qeyd edilir, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay sabit pul məbləğində 160 manat aliment tutularaq tələbkar X7 ödənilməlidir. İcra sənədləri xx.xx.2022-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. Həmin tarixdə icraata başlanılmış və icra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən borclu Şəxs barəsində xx.xx.2023-ci il tarixdə 821231 saylı axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İPŞ-nə gətirilmişdir. Həmin tarixdə borcludan izahat alınmışdır. Borclu şöbədə verdiyi izahatında hal-hazırda 800 manat aliment pulundan 200 manat ödəniş edə biləcəyini bildirmişdir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 protokolda qeyd olunanlarla eyni məzmunlu izahat verərək, protokolu müdafiə etdiyini, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Ümumilikdə 3840 manat borcu yaranmış həmin borcdan 3240 manatını ödəmişdir. Sonuncu ödənişini də bu gün 200 manat olmaqla ödəyib. Hazırda icra sənədi üzrə 600 manat borcu qalıb. Qalıq borcu bu ay ərzində ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. X11 Vəkil Bürosunun vəkili X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin X4 etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, alimentin ödənilməsinin gecikdirilməsi və vaxtlı-vaxtında ödəniş edilməməsi səbəbindən borclunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərtib etdiyi 07 iyun 2024-cü il tarixli MN ******* nömrəli protokolundan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. “Tələbin könüllü icrası haqqında” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-685/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs tərəfindən 2(075)- 685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış borcundan 200 (iki yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Şəxs aliment borcunu vaxtında ödəmədiyi üçün məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilmişdir. Buna baxmayaraq inzibati xəta haqqında materiala borclunun qazancının, gəlirlərinin və digər əmlakının olması ilə bağlı hər hansı sübut əlavə edilməmiş, əksinə borclunun bu və ya digər əmlakının olmaması barədə sənədlər əlavə edilməmişdir. Eyni zamnada tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən qarşı tərəfə icra sənədi üzrə 3840 manat borcu yaranmış həmən borcdan 3240 manatını ödəmiş, həmçinin məhkəmə işə baxan zaman borclu tərəfindən Şəki Rayon Məhkəməsinin 2(075)-685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkara borcundan 200 manat məbləğində ödəniş edilmişdir. Hazırda icra sənədi üzrə 600 manat borcu qalıb. Qalıq borcu bu ay ərzində tam olaraq ödəyəcəyini bildirmişdir. Şəxs borcunu tam olaraq ödəyə bilməməsini hazırda işləməməsi ilə əlaqələndirmişdir. Həmin izahat ağlabatan olmaqla əksi öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs qətnamənin icrasından üzrsüz səbəbdən yayınması sübuta yetirilmir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-389/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-389/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver