Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-391/2025 08.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx xxxxxxxx 1964-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəki şəhəri, M.F.Axundov prospekti, ev 703 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şəki Məhkəmə Kompleksində ucadan ünvanlı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Beləliklə də o, Azərbaycan Respublikası İXM-in 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X10 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:49 radələrində Şəki Rayon Məhkəməsinin hakimi Elşən Vəliyevin icraatında olan X2 cavabdeh Şəxs qarşı “qanunsuz tikilinin sökülməsi" tələbinə dair 2(075)-50/2025 saylı mülki iş üzrə Şəki Məhkəmə Kompleksində olarkən, Rayon Məhkəməsinin 2-ci mərtəbəsində eskalatorun yaxınlığında, yəni insanların olduğu ictimai yerdə, emosional şəkildə, ucadan Şəki Regional Vəkillər Bürosunun vəkili X8 “səni kimsə qaşqandan atacaq, atmasalar bığımı qırxaram” sözlərini deməklə, hədə-qorxu gəlmiş, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarına məhəl qoymadan ictimai qaydanı pozmuşdur. Bu səbəbdən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X11 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, X2 Şəki Rayon Məhkəməsində hakim Elşən Vəliyevin icraatında olan iş üzrə vəkilidir. Həmin iş üzrə qarşı tərəf vəkili olduğu Süleyman Məmmədovun qardaşı Şəxsdur. İşin mahiyyəti konkret olaraq ondan ibarətdir ki, onlar iddia ilə məhkəməyə müraciət edərək X2 qardaşı Şəxsla birgə təsərrüfatda yaşadığı həyətdə yolun açılmasını, maneənin aradan qaldırılmasını, qanunsuz tikilinin (tövlənin) sökülməsini tələb etmişlər. Şəxs 09 aprel 2025-ci il tarixdə onun onun ünvanına “düz demirsən, yalan deyirsən” sözlərini deyərək aqressiv formada bildirmişdir. O, Şəxs müdaxilə etməməsini və sakit olmasını bildirmişdir. Elə həmin vaxt hakim Elşən Vəliyev ondan qaydanı pozmamasını tələb etdikdə o, iclasdan çıxmaq istədiyini bildirib iclas zalını tərk etdi. Şəxs iclas zalını tərk edən zaman “bazardır" deyərək qapını çırparaq çıxıb getdi. Təxminən 15 dəqiqə sonra, yəni xx.xx.2025-ci il tarixdə, saat 14:49 radələrində o və digər proses iştirakçıları məhkəmə iclas zalını tərk etdilər. Bu zaman Şəxs həmin vaxt Şəki Rayon Məhkəməsinin 2-ci mərtəbəsində yerləşən inzibati binasında gözləmişdir. O, zaldan çıxıb çıxışa doğru irəlilədiyi zaman Şəxs ondan qabaqda öz həyat yoldaşı, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müsaqif Hüseynov ilə getdiyi zaman uca səslə onun ünvanına “cındır, tvar” sözlərini deyərək təhqir etmişdir. O isə həmin vaxt Ənvərə sakit olmasını və nalayiq ifadələr işlətməməsini bildirmişdir. Artıq Şəxs bir qədər də irəliləyib 2-ci mərtəbədə eskalatora minərək aşağı düşdüyü zaman onun ünvanına, üzünü ona tutaraq "səni təpəndən atdıraram, atmasam bığımı qırxaram” sözlərini deyərək hədə-qorxu gəldi. Həmin vaxt ətrafda çox saylı insanlar var idi. Eskalatorla üzbəüz yerləşən məhkəmlərdən də insanlar çıxırdı, hamı Şəxs onun ünvanına şərəf və ləyaqətini alçaldacaq sözlər işlətdiyini və hədə-qorxu gəldiyini eşitmişdir. Hazırda həmin fakt üzrə prokurorun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından şikayət vermişdir. Həmin iş yekunlaşmamışdır. Göstərilənləri nəzərə alaraq qanuni qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, özünü təqsirli bilir. O, 09 aprel 2025-ci il tarixində məhkəmə tədqiqatı zamanı məhkəmə iclas zalında vəkil Xəyal İbrahimov çıxış edərək “mütəxəssis elə bir rəy verib ki, elə bil bunların evində yaşayır" sözlərini işlətmişdir. Bundan sonra, Xəyal İbrahimov və digər proses iştirakçıları zalı tərk etdilər. O, Xəyal İbrahimovla məhkəmənin koridorunda həmin mülki işlə əlaqədar mübahisə düşdü, təqribən 2-ci mərtəbədə eskalatorun yaxınlığında o, Xəyal İbrahimovun məhz məhkəmədəki qərəzli münasibətinə görə, əsəbləşib “səni kimsə qaşqandan atacaq, atmasalar bığımı qırxaram” sonra həmçinin prosesdə Xəyal İbrahimov Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli müvafiq Sərəncamına ekspertiza rəyində düzgün istinad olunmadığını bildirdi, o, Xəyal İbrahimovun bu mövqeyinə öz etirazını bildirmişdir. O, həmçinin məhkəmə iclasında "Vəkillər Kollegiyasına müraciət etmiş, səsin çıxmırdı, sıxılıb qalmışdın” sözlərini də Xəyal İbrahimova demişdir. Daha sonra sonuncunun qərəzli mövqeyini görüb əsəbləşərək hakimdən icazə alıb çölə çıxmaq istədiyini bildirmiş, hakim də icazə verdi, qapıdan çıxanda Xəyal İbrahimova üzünü tutub “bazar açıb” sözünü də demişdir. Şəki Rayon Məhkəməsinin 2-ci mərtəbəsində koridorda təxminən 15 dəqiqə oturub gözləmişdir. Bundan sonra, Xəyal İbrahimov və digər proses iştirakçıları zalı tərk etdilər. X16 məhkəmənin koridorunda həmin mülki işlə əlaqədar mübahisəsi düşdü, təqribən 2-ci mərtəbədə eskalatorun yaxınlığında o, Xəyal İbrahimovun məhz məhkəmədəki qərəzli münasibətinə görə, əsəbləşib “səni kimsə qaşqandan atacaq, atmasalar bığımı qırxaram” sözlərini deyərək hədə-qorxu gəlmişdir. Lakin əsəbindən özünü saxlaya bilməyərək əsəblərini cilovlaya bilmədiyi üçün bu cür hədə-qorxu sözlərindən istifadə edərək hədə-qorxu gəlmişdir. O bu cür ifadəni qeyd etmiş, bunu danmır, lakin əsəbi olmuşdur, şəkər dərmanın da buna görə atır. Ona qarşı olunan haqsızlıqlara görə qarşı o cür ifadələr işlətmişdir. O, səhv etdiyini etiraf edərək barışmaq istədiyini bildirmiş, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri və işin hallarını tədqiq edərək, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda qeyd edilən hallara görə Şəxs əməllərində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin tərkib əlamətləri müşahidə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 85-ci maddəsinə müvafiq olaraq, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə görə, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsdasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cu il tarixli 1N-li qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur.zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsir göstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və sair ilə qorxuda bilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda qeyd olunan hərəkətlər də CM-in 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərər vurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq CM-in 134-cü maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 noyabr 2022ci il tarixli qərarından göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumu İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd edir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3cü maddəsinəəsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının vəqanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Bu isə vətəndaşların konstitusiya hüquqlarının reallaşmasının vacib şərtidir. Vəkillik ictimai maraqlar naminə vətəndaşların fərdi hüquqlarının müdafiəçisidir və ədalət mühakiməsinə nəzarət kimi faktorlarından biridir. Heç bir zaman vəkil işdə olan tərəfin şəxsiyyəti, işin xarakteri ilə eyniləşdirilə bilməz. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, xx xxxxxxxx 1964-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, evli, işləməyən, Şəki şəhəri, M.F.Axundov prospekti, ev 703 ünvanında qeydiyyatda olmaqla yaşayan fiziki şəxs X14 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Zərərçəkmiş şəxs X11 - Şəxs qarşı tərəf olduğu mülki iş üzrə tərəfin vəkildir. Qeyd edilən iş üzrə məhkəmə iclasından sonra sözügedən hadisə baş vermişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə Şəki Məhkəmə Kompleksində Şəxs tərəfindən zərərçəkmiş şəxs X11 barəsində törədilmiş hüquqazidd əməl barədə video görüntü məhkəmə iclasında tədqiq edildi. Şəki Məhkəmə Kompleksində ictimai yerdə, ətrafda olan insanların yanında Şəxs hiddətlə nalayiq ifadələr işlədərək hüquq yardım göstərmək vəzifəsini icra etdiyinə görə X9 “səni təpəndən atdıraram, eləməsəm, bığımı qırxaram” hədələrini bildirmişdir. Şəxs hərəkətində ictimai yerdə qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri zərərçəkmiş şəxsin üzərində zorun tətbiq ediləcəyi hədəsi aşkar müşahidə olunur. Hazırda zərərçəkmiş şəxsin Şəki rayon prokurorunun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından şikayət Şəki Rayon Məhkəməsinin icraatındadır, iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Həmin iş üzrə yekun qərar qəbul edilmədən inzibati xəta haqqında protokol tərtib edilməsi anlaşılan deyildir. Məhkəmə həmçinin qeyd edir ki, eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip cinayət, cinayət-prosessual və inzibati xətalar qanunvericiliklərində də əks olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının X3rşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82). X20 Məhkəməsi onu da göstərmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer alır... Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya dair 7 saylı X1 müvafiq olaraq, “qərar” ənənəvi ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107). .İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, iş üzrə materiallar prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, iş üzrə materiallar prokurora göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-391/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-391/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver