Məhkəmə qərarları › İş №3(075)-392/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-392/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-392/2021 04.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1 iştirakı ilə X1 Şəki ŞRPŞ-nin 24 iyul 2021-ci il tarixli, İXP-3379302 nömrəli inzibati xəta haqqında protokolundan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin 24 iyul 2021-ci il tarixli, İXP-3379302 nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsinə baxılması ilə bağlı növbəti məhkəmə iclası 04 oktyabr 2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. X3 04 oktyabr 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Şəki ŞRPŞ-nin 24 iyul 2021-ci il tarixli, İXP-3379302 nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə verdiyi şikayətə baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə X1 ərizəsini nəzərə alaraq belə qənaətə gəlir ki, X1 həmin ərizəsi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İXM-nin 128 və 129-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 Şəki ŞRPŞ-nin 24 iyul 2021-ci il tarixli, İXP-3379302 nömrəli inzibati xəta haqqında protokolunun ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar