Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-393/2021 02.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Yevlax şəhərində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.4-cü maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs özünə məxsus olan «Vaz- 21061» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 18.06.2021-ci il tarixdə, saat 13:00 radələrində Şəki rayonu, Sanca kəndinin yaxınlığından keçən şosse yolda hərəkətdə olan zaman idarə etməni itirmiş avtomaşın əksi istiqamətdə yolun kənarındakı su arxına düşüb qalmış, avtomaşında olan sərnişin yerə yıxılaraq xəsarət almışdır. Nəticədə sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət almışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.4cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Yevlax şəhəri, Aeroport qəsəbəsində qeydiyyatda olan, Şəki rayonu, Sarıca kəndində müvəqqəti yaşayan Şəxs 18.06.2021-ci il tarixdə saat 14:00 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «Vaz-21061» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki rayonu, Sarıca kəndinin yaxınlığından keçən şosse yolda hərəkətdə olan yol-hərəkəti qaydaların pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində avtomobildə olmuş sərnişin X3 təpə-gicgah, alın və sağ bayır göz bucağının əzilmiş- cırılmış yaraları, sağ dirsəyin və sağ əl arxasının əzilmiş-sıyrılmış yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasımı səbəb olan sağlamlığana yüngül zərər vuran xəsıət almışdır. Toplanmış materialda Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrinin tələblərinə uyğun olaraq material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Lakin aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-niıı 328.1 və 332.4-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Buna görə də X8 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında göstərdi ki, 2021-ci ilin may ayının 12-də o, “Vaz-2106” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomaşını almışdır. Sürücülük hüququ verən vəsiqəsi olmadığı üçün həmin avtomaşını işlədiyi fermada saxlamışdır. 18 iyun 2021-ci il tarixdə saat təxminən 13:00 radələrində fermada çoban işləyən Barat ondan xahiş etmişdir ki, onunla Çayqaraqoyunlu kəndinə gedib gəlsin, Barat həmin kənddən at almalı idi. O da etiraz etməmiş, Barat və oğlu Kənanla birlikdə idarə etdiyi avtomaşına oturub fermadan çıxıb Çayqaraqoyuıılu kəndinə getmişlər. Geri qayıdarkən Şəki rayonu, Sarıca kəndinə gedən asfalt yolda yolnəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olmuş sərnişin X3 təpə-gicgah, alın və sağ bayır göz bucağının əzilmiş- cırılmış yaraları, sağ dirsəyin və sağ əl arxasının əzilmişsıyrılmış yaraları ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasımı səbəb olan sağlamlığana yüngül zərər vuran xəsıət almışdır. Göstərmişdir ki, onun adı X4r. Lakin araşdırılan cinayət işi üzrə, inzibati araşdırma materiallarında və inzibati xəta haqqında protokolda onun soyadı “Yusubov” əvəzinə “Yusibov” kimi qeyd edilmişdir. Məhkəmə iş materiallarına nəzər saldıqda müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 olsa da, iş materialına əlavə edilmiş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tam adı Şəxs olduğu göstərilmişdir. Göründüyü kimi həm cinayət həm də inzibati araşdırma X8 barəsində deyil Şəxs barəsində aparılmışdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin tam adında olan qüsur aradan qaldırılmalıdır. Buna görə məhkəmə hesab edir ki, Şəki ŞRPŞ-dən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, X8 barəsində inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X8 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şəki ŞRPŞ-nə geri qaytarılsın. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-393/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-393/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver