Məhkəmə qərarları › İş №3(075)-394/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-394/2021

02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-394/2021 02.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X13 iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Şəki rayonu Aşağı Daşağıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Aşağı Daşağıl kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş 02 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1021/2018 saylı, 30 aprel 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1000 manat borc və 20 manat rüsum pulu alınaraq tələbkar X6 verilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-4889/2015 saylı, 28 dekabr 2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 31 avqust 2015-ci il tarixdən başlayaraq 08 oktyabr 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 619/2020 saylı, 05 iyun 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 2450 manat borc və 30 manat rüsum pulu alınaraq tələbkar X4 verilməlidir. Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-1061/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 26 noyabr 2017-ci ildə anadan olmuş X12 və 14 noyabr 2018-ci ildə anadan olmuş X7 hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 avqust 2020-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment və 14 noyabr 2018-ci ildə anadan olmuş X7 3 yaşı tamam olana kimi 30 manat aliment X8 xeyrinə tutulmalıdır. Məhkəmə qərarlarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkarlara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 02 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1021/2018 saylı, 30 aprel 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 1000 manat borc və 20 manat rüsum pulu alınaraq tələbkar X6 verilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-4889/2015 saylı, 28 dekabr 2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 31 avqust 2015-ci il tarixdən başlayaraq 08 oktyabr 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 619/2020 saylı, 05 iyun 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 2450 manat borc və 30 manat rüsum pulu alınaraq tələbkar X4 verilməlidir. Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-1061/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 26 noyabr 2017-ci ildə anadan olmuş X12 və 14 noyabr 2018-ci ildə anadan olmuş X7 hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 avqust 2020-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment və 14 noyabr 2018-ci ildə anadan olmuş X7 3 yaşı tamam olana kimi 30 manat aliment X8 xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq 06 may 2019-cu il, 07 avqust 2018-ci il, 14 iyul 2020-ci il və 01 iyul 2021-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri 01 iyu 2021-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədlərinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilən icra sənədləri üzrə tələbkarlar Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək borclu Şəxs barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-4889/2015 saylı, 28 dekabr 2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs icra məmurunun qanuni tələblərini qanuni olaraq əməl etməkdən boyun qaçırdığına görə Şəki Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 3(075)-38/2019 saylı qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Şəxs 31 iyul 2020-ci il, 10 dekabr 2020-ci il, 12 mart 2021-ci il və 02 avqust 2021-ci il tarixlərdə İcra və Probasiya Şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədləri üzrə borcun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatında hal-hazırkı tarixə icra sənədləri üzrə borc məbləğindən ödəniş edə bilməyəcəyini, borc məbləğini hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-4889/2015 saylı, 28 dekabr 2015-ci il tarixli icra sənədi üzrə hazırda tələbkar X1 2808 manat aliment borcu yaranmışdır. Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-1061/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə hazırda tələbkar X10 3190 manat aliment borcu yaranmışdır. Şəki Rayon Məhkəməsinin 2(075)-619/2020 saylı, 05 iyun 2020-ci il tarixli icra sənədi üzrə bugünədək borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməyib. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1021/2018 saylı, 30 aprel 2018-ci il tarixli icra sənədi üzrə bugünədək borclu tərəfindən tələbkarın xeyrinə heç bir ödəniş edilməyib. Bununla da icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Hal-hazırda borclu Şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan dörd icra sənrdi üzrə ümumi borcu 9498 (doqquz min dörd yüz doxsan səkkiz) manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolu müdafiə etdiyini bildirdi. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-4889/2015 saylı, 28 dekabr 2015-ci il tarixli icra sənədinə əsasən ondan 31 avqust 2015-ci il tarixdən başlayaraq 08 oktyabr 2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1021/2018 saylı, 30 aprel 2018-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1000 manat borc və 20 manat rüsum pulu alınaraq tələbkar X6 verilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-619/2020 saylı, 05 iyun 2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 2450 manat borc və 30 manat rüsum pulu alınaraq tələbkar X4 verilməlidir. Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-1061/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən ondan 26 noyabr 2017-ci ildə anadan olmuş X12 və 14 noyabr 2018-ci ildə anadan olmuş X7 hər birinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün 10 avqust 2020-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment və 14 noyabr 2018-ci ildə anadan olmuş X7 3 yaşı tamam olana kimi 30 manat aliment X8 xeyrinə tutulmalıdır. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Belə ki, özü Vətən müharibəsi iştirakçısı, qazidir. Müharibədə yaralanmış, çoxlu müalicələr almışdır. Əlillik dərəcəsi almaq üçün müvafiq dövlət orqanına müraciət etmiş, müraciətinə baxılmışdır və ona əlillik dərəcəsi veriləcəkdir. Məhkəmə qətnamələrini icra etməkdən yayınmır. Məhkəmə ona vaxt verərsə, borclarını hissə-hissə ödəyə bilər. Belə ki, yaşadığı kənddə əhalinin mal-qarasına baxır. Aylıq 400-450 manat qazanc əldə edir. Başqa iş yeri və gəliri yoxdur. Əgər məhkəmə barəsində inzibati həbs tətbiq edərsə, yeganə gəlir yerini də itirə bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 Elnur Adşirin oğluna borclarını ödəməsi üçün bir müddət vaxt verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və işdə olan digər sənədlərlə təsdiq olundu. Şəxs hal-hazıradək heç yerdə işləmədiyi üçün borcunu ödəyə bilmədiyini bildirsə də, məhkəmə qərarlarının qanuni qüvvəyə minməsindən keçən müddət ərzində sonuncu heç bir ödəniş aparmamışdır. Bu, bir daha onu sübut edir ki, Şəxs borcunu ödəməkdən qərəzli olaraq yayınır və məhkəmə iclasında dedikləri özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunu ödəməməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar