Məhkəmə qərarları › İş №3(075)-397/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-397/2021

05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-397/2021 05.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, X1 barəsində qəbul edilmiş inzibati xəta haqqında 12 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş inzibati xəta haqqında 12 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X2 və Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə X2 və Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin nümayəndəsi iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 ərizəsində göstərmişdir ki, 12 iyul 2021-ci il tarixində Binəqədi rayonu ərazisində, Azadlıq metrosundan çıxıb işlədiyi “Kontak Home” mağazasına gedən zaman, Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onu tibbi maskadan istifadə etmədiyini bildirirərək saxlamış, qanunsuz şəkildə onu polis şöbəsinə aparmaq istəmiş, bu zaman o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkili, qaynı Aslan Heydarova zəng vuraraq vəziyyəti bildirdikdən sonra polis əməkdaşları onu şöbəyə aparmaqdan imtina edərək, barəsində tibbi maskadan istifadə etməməyə görə İXM-nin 2 11 . 1 -ci maddəsi ilə protokol tərtib etmiş lakin, protokolun surətini ona təqdim etmimşlər. Protokolun surətinin ona təqdim edilməməsində məqsəd, polis əməkdaşlarının etdiyi qanunsuzluqlar barədə protokolda qeyd yazmaqının qarşısını almaq olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman metro içərisində deyil, açıq havada olmuş və həmin tarixdə Nazirlər Kabinetinin qərarı ilə açıq havada tibbi maska taxılması zərurəti aradan qaldırılmışdır. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. “asanpay.az” saytından əldə edilərək işə əlavə edilmiş məlumatlardan görünür ki, X4 barəsində 12 iyul 2021-ci il tarixli EXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və X4 Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə ərizəni təhlil etdikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. “asanpay.az” saytından əldə edilərək işə əlavə edilmiş məlumatlardan görünür ki, X4 İXM-nin 211.1-ci maddəsində göstərilən inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər hər hansı bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Ərizəçi şikayət ərizəsində göstərmişdir ki, İXM-nin 211.1-ci maddəsində göstərilən xətanı törətməmişdir. Bundan başqa ondan hər hansı sənəd tələb edilməmiş, həmçinin ona hər hansı sənəd təqdim edilməmişdir. İşin araşdırılması ilə bağlı protokol və qərar qəbul etmiş orqana sorğu verilmiş, protokolun və qərarın çıxarılmasına səbəb olan hallar (sübutlar- fotoşəkil, videoçəkiliş, xəta törətmiş şəxsin izahatı) onlardan istənilmişdir. Lakin inzibati orqanın vəzifəli şəxsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, inzibati orqan tərəfindən X3 tibbi maskadan istifadə etməməsini əks etdirən hər hansı fotoşəkili, videoçəkilişi, həmçinin onun izahatını əks etdirən ərizəsi məhkəməyə təqdim edilməmişdir. İXM-nə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qanunvericiliyin yuxarıda sadalanan göstərişini nəzərə alaraq məhkəmə hazırkı iş üzrə şübhələri X3 xeyrinə şərh edir. Buna görə də Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ tərəfindən X3 barəsində tərtib edilmiş 12 iyul 2021-ci il tarixli EXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və həmin protokol üzrə qəbul edilmiş qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ tərəfindən X3 barəsində tərtib edilmiş 12 iyul 2021-ci il tarixli EXP ******* seriya nömrəli inzibati xəta haqqında protokol və həmin protokol üzrə qəbul edilmiş qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar