Məhkəmə qərarları › İş №3(075)-398/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-398/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-398/2021 31.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis leytenantı Əliyev Səbuhi Kərim oğlunun, X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş 03 avqust 2021-ci il tarixli, İXP-4106166 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu YPX tərəfindən barəsində tərtib edilmiş 03.08.2021-ci il tarixli, İXP-4106166 nömrəli protokolun ləğv edilməsi və protokol əsasında yazılmış 60 manat cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 03 avqust 2021-ci il tarixdə, saat 11:56 radələrində idarə etdiyi “Hyundai Santafe” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhəri, Heydər Əliyev ilə S.Rəhman küçəsinin kəsişməsində işıqforun yaşıl işığı yanılı olduğu üçün hərəkətini davam etdirərək Qoxmuq kəndi istiqamətinə getmişdir. Həmin vaxt yolda hərəkətinə məneəçilik törədəcəyi hər hansı nəqliyyati vasitəsi olmamışdır. Lakin sonradan Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti əməkdaşı ona saxla işarəsi vermiş və ona yaxınlaşaraq əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, 60 manat cərimə etmişdir. Lakin o, polis əməkdaşından tələb etməsinə baxmayaraq, ona videogörüntü təqdim edilməmişdir. Hesab edir ki, şikayəti əsaslıdır. Ərizənin təmin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xidməti avtomobillə Şəki şəhəri, H.Əliyev prospektində xidmət aparan zaman “Hyundai Santafe” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “bazar“ adlanan ərazidən üzü “Qoxmuq körpüsü“ adlanan ərazi istiqamətində sola hərəkət edərkən “Ziyarət“ adlanan ərazidən üzü “Qoxmuq körpüsü“adlanan ərazi istiqamətində sağa hərəkət edən avtomobilə yol verməməklə yolayrıcını keçmə qaydalarını pozmuş və hərəkətini davam etdirmişdir. O da dərhal xidməti avtomobillə həmin avtomobilin arxası ilə gedərək sonuncuya saxla işarəsi vermiş və sürücü avtomobilini saxlamışdır. Daha sonra o, sürücüyə yaxınşalaraq özünü təqdim etmiş, sürücüyə törətdiyi inzibati xətanı izah etmişdir. Həmin zaman sürücü barəsində inzibati protokol tərtib etmişdir. Hesab etmişdir ki, şikayət əsaslı deyildir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Belə ki, işdə olan Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X9 tərəfindən tərtib edilmiş 03.08.2021-ci il tarixli, İXP-4106166 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş sözügedən hadisə lentə alınmış diskindən görünür ki, Şəki ŞRPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis leytenantı X9 xidməti avtomobillə Şəki şəhəri, H.Əliyev prospektində xidmət aparan zaman “Hyundai Santafe” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun yaşıl işığında “bazar“ adlanan ərazidən üzü “Qoxmuq körpüsü“adlanan ərazi istiqamətində sola hərəkət edərkən “Ziyarət“adlanan ərazidən üzü “Qoxmuq körpüsü“ adlanan ərazi istiqamətində sağa hərəkət edən avtomobilə yol verməməklə yolayrıcını keçmə qaydalarını pozmuş və hərəkətini davam etdirmişdir. X3 baxış zamanı görüntüdə olan “Hyundai Santafe” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu və həmin anda idarə etməsini təsdiq etmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən: İ. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. İİ. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. İİİ. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. İV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 41ci bəndinə əsasən yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Şikayətçi məhkəmə iclasında Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 41-ci bəndinə istinad edərək sağa hərəkət edən avtomobilin hərəkətinə hər hnsı maneə törətmədiyini bildirir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən isə relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Göründüyü kimi Qanunun 76-cı maddəsi imperativ olaraq svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməli olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin məhkəməyə təqdim edilmiş CD diskdəki görüntü ilə tam təsdiq edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş 03.08.2021-ci il tarixli, İXP-4106166 nömrəli inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X4 Şəki rayonu YPX tərəfindən barəsində tərtib edilmiş 03.08.2021-ci il tarixli, İXP-4106166 nömrəli protokolun ləğv edilməsi və protokol əsasında yazılmış 60 manat cərimənin ləğv edilməsibarədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 Şəki rayonu YPX tərəfindən barəsində tərtib edilmiş 03.08.2021-ci il tarixli, İXP- 4106166 nömrəli protokolun ləğv edilməsi və protokol əsasında yazılmış 60 manat cərimənin ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar