Məhkəmə qərarları › İş №3(075)-4/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-4/2021

03.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-4/2021 03.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadəqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx» MMC-nin nümayəndəsi X1, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi İbrahimxəlilov Fərahim Möhlüd oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Veri Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi İbrahimxəlilov Fərahim Möhlüd oğlu və ƏVM X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələri ilə tərtib edilmiş, xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 14:00-da Şəki şəhəri, M.Ə.Rəsulzadə, 123 kvartal ünvanında yerləşən obyektində Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarına əsasən karantin dövründə fərdi qoruyucu vasitədən idtifadə edilməmişdir. Beləliklə də «xxxx» MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi İbrahimxəlilov Fərahim Möhlüd oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:00-da Şəki şəhəri, M.Ə.Rəsulzadə, 123 kvartal ünvanında yerləşən «xxxx» MMC-nin binasına baxış keçirilmişdir. Baxış zamanı orada MMC-nin bəzi əməkdaşlarının fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməmişlər. Buna görə də hüquqi şəxs olan «xxxx» MMC-nin barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq göstərmişdir ki, “xxxx” MMC-nin bəzi əməkdaşlarının fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə etməmələrini yalnız viziual müşahidə etmişlər. Həmin vaxt onların fotoşəkillərini və görüntülərini qeydə almamışlar. Həmçinin «xxxx» MMC-nin məhkəməyə təqdim etdiyi görüntülərə baxaraq görüntüdəki binanın «xxxx» MMC-yə məxsus olduğunu, həmçinin görüntülərdə onların da olduğunu bildirmişdir. Protokolu müdafiə edərək müvafiq qərar qəbul etməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx» MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında göstərdi ki, xx.xx.2020-ci il tarixdə İN yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin DVM-ləri “xxxx” MMC-yə məxsus (VÖEN: **********) Şəki şəhəri, ünvan 3 kvartal küçəsində yerləşən “Anbar”a daxil olarkən göstərilən obyektdə bütün əməkdaşlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş fərdi qoruyucu vasitələrdən istifadə edilməsinə baxmayaraq “xxxx” MMC barəsində “İnzibati xəta haqqında” MN №: ******* saylı, xx.xx.2020-ci il tarixli protokol tərtib edilmiş və baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan protokol tərtib edilərkən “xxxx” MMC-nin nümayəndəsi olaraq o, protokolu tərtib edən şəxsə “Nəyə görə bizə əsassız cərimə yazırsınız? " deyərək etiraz etməsinə baxmayaraq qeyd olunan DVM-ləri buna məhəl qoymamış və öz bildiklərini edərək göstərilən protokolu tərtib etmişlər. Bundan başqa xx.xx.2020-ci il tarixdə, saat 14:07 radələrində İN yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin DVM-ləri tərəfindən “xxxx” MMC barəsində tərtib edilən edilən “İnzibati xəta haqqında” MN №: ******* saylı, xx.xx.2020-ci il tarixli protokolun qanunsuz və əsassız olmasını hazırkı iş üzrə məhkəmə təqdim etdikəri “video-görüntülər” (CD- disk şəklində) də bir daha açıq-aşkar sübut edir. Həmin video-görüntülərə diqqət yetirdikdə xx.xx.2020-ci il tarixdə, saat 14:07 radələrində İN yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin DVM-lərinin hüquqi ünvanı ünvan 2 məhəllə ünvanında olan “xxxx” MMC-yə məxsus (VÖEN: **********) Şəki şəhəri. ünvan 3 kvartal küçəsində yerləşən “Anbar”a daxil olarkən bütün əməkdaşların fərdi qoruyucu vasitələrdən istifadə etdiyi müəyyən olunur. Halbuki, İN yanında 11 saylı Ərazi Vergilər Baş İdarəsinin DVM-ləri yenə də qanunsuz protokol tərtib edərək şirkəti cərimə etmişlər. Göründüyü kimi, “xxxx” MMC hər hansı inzibati xəta törətmədiyi halda əsassız şəkildə təqsirli hesab edilmiş və inzibati məsuliyyətə cəlb olunmuşdur. Əsassız olduğundan MN- 0877777 seriya nömrəli inzibati xıta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında icraat aparılan “xxxx” MMC barəsində başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edirəm ki, «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. «xxxx» MMC-nin nümayəndəsi X1 özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. İş materialına əlavə edilmiş CD diskdə olan video-görüntüdən də görünür ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişləri “xxxx” MMC-nin anbarına baxış keçirən zaman orada olan əməkdaşlar tibbi maskadan istifadə etmişlər. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edən şəxs sözügedən inzibati xətanın baş verməsinə dair həh hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. «xxxx» MMC-nin nümayəndəsi X1 özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər «xxxx» MMC-nin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «xxxx» MMC əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi İbrahimxəlilov Fərahim Möhlüd oğlu və ƏVM X2 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : «xxxx» MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələrinə əsasən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi İbrahimxəlilov Fərahim Möhlüd oğlu və ƏVM X2 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar