Məhkəmə qərarları › İş №3(075)-4/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-4/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-4/2023 17.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 nümayəndəsi (vəkili) Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X20 iştirakı ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, X25 Xidmətinin 29 noyabr 2022-ci il tarixli MN ******* nömrəli qərarı ilə 4000 manat məbləğində inzibati cərimə edilmişdir Həmin qərardan narazı olduğundan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında izahat verən X1 nümayəndəsi (vəkili) Vəkil bildirmişdir ki, "xxxx" QSC-nin İnzibati Xətalar Məcəlləsin 192.1-ci maddəsi üzrə təqsirli bilinməsi qanunsuzdur. Belə ki, inzibati xəta haqqında protokolda yeganə sübut qismində göstərilmiş sübut X11 izahatıdır. Lakin məhkəmə iclasında dindirilmiş həm X17, həm də digər iki şahid X13 QSCdə 01 sentyabr 2022-ci il tarixindən əvvəl işləmədiyini təsdiq etdilər. Həmçinin müəyyən olundu ki, X17 4-cü sinifədək oxuduğundan oxuyub-yazmağı bacarmır. Buna görə səlis xətlə yazılmış onun izahatı şübhə doğurur. Məhkəmədə müəyyən olundu ki, izahatı Ətraf Soltanov yazmayıb. İnzibati Xətalar Məcəlləsin tələblərinə əsasən şübhəli məqamlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilir. Digər tərəfdən işləməsi iddia olunan dövrdə X21 rəsmi olaraq digər təşkilatda, yəni “X16 İdarəsi” MMC-də çalışmışdır. Orada 9:00-dan 18:00-dək işləyərkən onun "xxxx" QSC-də də işləməsi mümkünsüzdür. X22 Məcəlləsin 192.1-ci maddəsinin törədilməsində X6 təqsirinin olmasını məhz X25 Xidməti sübut etməlidir, lakin sübut edə bilmir. Ona görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən X8 barəsində tərtib edilmiş 25 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Şəki regional ərazi şöbəsinin X28 şikayət ərizəsinə etiraz edərək, bildirmişdir ki, vətəndaş X13 müraciəti əsasında aparılan araşdırma ilə əlaqədar X25 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən izahatlarada və müvafiq sənədlərdə vətəndaşın 2021-ci ilin sentyabr ayından xx.xx.2022-ci il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" QSC-nin rəhbərliyi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Cəmiyyətin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirərkən vətəndaş X13 "xxxx" QSC-nin rəhbərliyi arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin qüvvədə olduğu müəyyən edilmişdir. Göstərilən hal iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixinə dair qeydiyyatın olduğu “Basqal anbardan günlük mal məxaric cədvəli” adlı sənəddə anbardar S.Sadıqov və X21 tərəfinizdən təhvil-təslim sənədindən, "xxxx" QSC-nin tikinti rəisi Əhmədov Əbülfət tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli №186 qeydiyyat nömrəli Texniki təhlükəsizlik jurnalından və "xxxx" QSC-nin işçisi X11, X18, X9 müvafiq izahatlarından tam təsdiq olunur. Bundan başqa bildirmişdir ki, məhkəmə prosesləri zamanı şahid olaraq dinlənilən şəxslərin verdiyi ifadələrdə işin obyektiv araşdırılması prosesinə təsir edəcək heç bir ciddi fakt olunmamışdır. Beləki ifadə verən iki nəfərin hər ikisi öz ifadələrində 2022ci ilin sentyabr ayının əvvəllərindən işə başladıqlarını bildirdiyi halda məhkəmədə mübahisələndirilən 2021-ci ilin sonundan 2022-ci ilin sentyabr ayına qədər olan dövr üçün müddət barədə ifadəsi əsas götürülə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 67-ci maddəsinin 1 -ci bəndində göstərilmişdir ki,inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar. Qeyd olunan maddədəndə göründüyü kimi şahid kimi ifadə verən iki nəfər bu iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər deyildir. X3 izahatı ilə bağlı bildiririk ki,onun araşdırma zamanı verdiyi izahatı onun fikirlərini ifadə etmiş və sonda öz imzası ilə izahatını təsdiq etmişdir. Məhkəməyə şahid ifadəsi olaraq verdiyi məlumatlarda da özünün orda 2022-ci ildən əvvəl işlədiyini və o, orda işə başlayandan qabaq X13 orda olduğu fikrini bildirməklə bu faktı təsdiq etmişdir. X13 X16 İdarəsində işləməsi ilə bağlı qarşı tərəfin səsləndirdiyi fikirlərə münasibətdə isə bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Həmçinin həmin maddənin 3-cü bəndində göstərilir ki,iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Qeyd etdiyim kimi vətəndaşın hər hansı müəssisədə işləməsi onun başqa yerdə işləyə bilməməsi anlamına gəlmir və işləməsini istisna etmir. Məhkəmədə mübahisələndirilən məsələnin ümumiyyətlə əmək müqaviləsi olmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı olduğu halda bu kimi arqumentlərlə çıxış etmək məsələnin mahiyyətini fərqli istiqamətə yönləndirlməsinə çalışmaq kimi qiymətləndirilməlidir. 2022-ci ilin fevral ayında X5 Suvarma Sistemləri İdarəsində işdən çıxmışdır və müraciətindədə İsmayıllı SSİ-də olan işindən ayrıldığını bildirmişdir, yəni qeyd olunan fakt onlara məlum olmayan və bu məhkəmə prosesində aşkara çıxarılmış məlumat deyil və bu məsələnin işin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunanalara əsasən şikayətin təmin edilməməsini və X8 barəsində qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında bildirmişdir ki, o, "xxxx" QSC-nin əməkdaşıdır, həmin QSC-də fəhlə işləyir. X21 həmin QSC-də 2022-ci ilin sentyabrından işləyir. O, işə başlayandan sonra X21 ilə bir evdə təxminən bir ay yaşamışdır. Sahab onların qonşu kəndindəndir. Sahab onun qonşusu ilə ailə qurmuşdur. O, Sahabı buradan tanımışdır. O, məktəbi 4-cü sinfədək oxuduğundan yaxmağı və oxumağı bacarmır. Göstərmişdir ki, sözü gedən izahatı o yazmamışdır. İzahatı Sahab ona gətirmişdir ki, o, imzalasın. Lakin həmin izahatda “öz əl yazmamla yazdım və imzamla təsdiqlədim” sözləri əks olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 izahatında bildirmişdir ki, o, 02 sentyabr 2022-ci il tarixdən "xxxx" QSC-nin Basqal kəndində yerləşən filialında Sahabla eyni vaxtda işə başlamışdır. Sahab 2022-ci ilin sentyabr ayının əvvəlindən həmin şirkətdə işləyirdi. İşə başladığı aydan əvvəl Sahabla heç bir tanışlığı olmamış və onun həmin şirkətdə işləməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid X7 izahat verərək göstərmişdir ki, o, "xxxx" QSC-nin Basqal kəndində yerləşən filialında 2020-ci ilin dekabr ayından işə başlamışdır. Eldarov Sahab 2022-ci ilin sentyabr ayından "xxxx" QSC-də işə başlamışdır. Sahab bəzən işə gəlmiş, bəzən isə gəlməmişdir. Çünki Sahab başqa bir sahibkarın bağında işləmişdir. O, Sahabı ancaq işdən tanımışdır. Sahabla başqa bir tanışlığı olmamışdır. Onun özü halhazırda "xxxx" QSC-də işləyir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 25 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X25 Xidmətindən tələb olunaraq araşdırılmışdır. İş materiallarına əlavə edilmiş X25 Xidməti tərəfindən tərtib edilmiş 25 noyabr 2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, "xxxx" QSC-nin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X25 Xidməti tərəfindən qəbul edilmiş 29 noyabr 2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması haqqında 01 sentyabr 2022-ci il tarixli əmrin surətindən görünür ki, X21 01 sentyabr 2022-ci il tarixdən "xxxx" QSC-nin Tikinti Departamentinə iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, X6 şikayətinə münasibətdə qeyd edir ki, o, X21 ilə əmək müqaviləsi bağlamadan sonuncunu hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməsi ilə qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, şikayətçi həmin pozuntunu törətmədiyini, X13 "xxxx" QSC-də 01 sentyabr 2022-ci il tarixdən əvvəl işləmədiyini qeyd etsə də, məhkəmə onun həmin arqumentlərinə tənqidi yanaşaraq hesab edir ki, şikayətçinin həmin arqumentləri özünü müdafiə xarakeri daşıyır. Şikayətçi tərəfindən məhkəməyə təqdim olunan şahidlər, hal-hazırda da həmin şirkətdə işlədiyindən, onların ziddiyətli ifadələri məhkəmə tərəfindən inandırıcı hesab olunmur. X4 mübahisələndrilən dövrdə qısa bir müddət başqa müəsisədə rəsmi olaraq işləməsi, həmçinin şikayət verən şəxsin təqdim etdiyi texniki təhlükəsizlik jurnalında onun adının olmaması X13 “Euroline QSC”-də işləməməsini istisna etmir. Odur ki, məhkəmə hesab edir ki, X13 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsi X19 və şahidlərin izahatı, iş üzrə olan digər materiallarla sübuta yetir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən barəsində qəbul edilmiş 29 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar