Məhkəmə qərarları › İş №3(075)-4/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-4/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-4/2024 11.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, Şəki ŞRPŞ tərəfindən X6 barəsində qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək 300 mаnаt məbləğində inzibаti cərimə edilmişdir. X2 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 30 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 30 sentyabr 2023-cü il tarixdə Şəki ŞRPŞ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində MN ******* nömrəli qərar qəbul edilmiş və o, 300 manat cərimə edilmişdir. Qeyd edilən qərarla razı deyil. Əksinə onu oğlu Eyvaz Əsgərov və Mətanət adlı şəxs döymüşlər. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə əsasən inzibati xəta barədə protokol tərtib etmiş şəxs inzibati xətanın törədilməsini sübut etməlidir. Polis əməkdaşı heç bir araşdırma aparmadan qanunsuz qərar qəbul etmişdir. Qərarın surəti 15 dekabr 2023-cü il tarixdə poçt vasitəsi ilə ona təqdim edilmişdir. Odur ki, bərəsində tərtib edilmiş 30 sentyabr 2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminnən 16 radələrində oğlu Eyvaz və onun qeyri-rəsmi yaşadığı yoldaşı Mətanət onun evinə gəlmişdir. Bu zaman oğlu Eyvaz onun yatığı otağa girmiş və onun boğazından yapışmışdır. Bundan sonra o, həyətdə işləyən ustalara demişdir ki, işi dayandırsınlar. Onlar işi dayandırmışlar. O, işlədiyi yerdə lotoreya oynamışdır. Aldığı pulla evini təmir etdirirdi. Bundan sonra oğlu Eyvaz onu döymüşdür. Ondan kəskin spirtli içki iyi gəlirdi. Bundan sonra həyatə düşüb o, öz başını darvazaya vurmuşdur, sonra 102 xidmətinə bu bərədə məlumat vermişdir. O, Eyvazı döyməmişdir. Əksinə o döyülmüşdür. Bu səbəbdən də barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq protokol tərtib edən şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 Ziyvər Bəlyar qızının və oğlu X5 problemli ailə kimi şöbədə qeydə alındığını, baş verən hadisənin birinci dəfə olmadığını, Əsgərova Ziyvər tərəfindən Əsgərov Eyvaza xəsarət yetirilməsinə dair ekspert rəyi olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, X4 şikayəti təmin edilməməlidir. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/1539,1543,1544 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X5 həmin əməlinə görə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi, X4 həmin əməlinə görə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilməsi və onlara qərardan narazı qaldığı halda şikayət etmək hüquqlarının olması və qaydasının izah edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəki rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanılması üçün Şəki ŞRPŞ-nin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozduğu üçün 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 421 nömrəli ekspert rəyindən görünür ki, X5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sağ burun pərinin, sağ almacıq, boyun nahiyələrinin və sol qoltuq xətti üzrə Xİ-Xİİ qabırğalar səviyyəsinin sıyrıqları bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilmir. İnzibati Xətalar Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, aralarında yaranmış mübahisə zəminində X6 və oğlu X10 xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə bir-birinə xəsarət yetirmişdir. X7 həmin əməlləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi hər nə qədər oğlu Eyvaz Əsgərovu döymədiyini bildirsə də bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş 30 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də X4 barəsində tərtib edilmiş 30 sentyabr 2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4, barəsində tərtib edilmiş 30 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar