Məhkəmə qərarları › İş №3(075)-4/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-4/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-4/2025 11.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 iştirakı ilə, X2 barəsində qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə şikayətlə müraciət edərək, BDYPİ-nin YPX tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xətaya dair işə məhkəmədə baxılan zaman ərizəçi X3 şikayət ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək BDYPİ-nin YPX tərəfindən tərtib edilmiş 1 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə məhkəmə baxışı iclasları xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş, növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx.xx.2025-ci il tarixə, saat 17:10-a təyin edilmişdir. Məhkəmə iclasında ərizəçi X3 məhkəməyə ərizə təqdim edərək şikayət ərizəsinin geri qaytarılmasını xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib edən BDYPİ-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati xəta haqqında protokol tərtib edən BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, X3 tərəfindən hazırkı şikayətin baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edir ki, bu vəsatət təmin edilməli və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52 və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 barəsində qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar