Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-40/2024 17.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X7 Vəkil Bürosunun vəkili X4 iştirakları ilə 27 avqust 1972-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 17 yanvar 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, borclu Şəxs barəsində xx.xx.2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin 2(075)-144/2021 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədi icraatlarına daxil olmuşdur. İcra sənədi üzrə 11 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 sentyabr 2014-cü il təvəllüdlü Şəxs yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün icra sənədi üzrə borclu Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, 260 (iki yüz altmış) manat aliment tutularaq Hüseynova (Mustafayeva) Leyli Xanlar qızına verilməlidir. Alimentin tutulmasının əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə icraata başalanılmış və tələbin 10 gün müddətində könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Borclu bildirişi icraata başlamaq haqqında qərarla birlikdə xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır, lakin borclu həmin müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Bundan sonra borcluya xx.xx.2021-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Borclu bildirişi icraata başlamaq haqqında qərarla birlikdə xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır. xx.xx.2021-ci il tarixdə "Borclunun məcburi gətirilməsi" haqqında qərar qəbul edilmişdir. Borclu qərarı poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə qəbul etməsinə baxmayaraq şöbəyə gəlməmiş və keçən müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2021-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimat tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayon Məhkəməsi təqdimata baxılması üçün xx.xx.2021-ci il tarixə baxılması üçün təyin edilmişdir. Lakin təqdimat təmin edilməmişdir. xx.xx.2021-ci il tarixdə borclu Şəxs barəsində MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Protokol Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixdə tələbkar Hüseynova (Mustafayeva) Leyli Xanlar qızı ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixə qədər borclu Şəxs vaxt verilməsini və icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. Həmin tarixdə borclu Şəxs ərizə ilə müraciət edib aliment üzrə toplanmış borcun ödənilməsi üçün ona bir ay möhlət verilməsini xahiş etmişdir. Lakin ona verilmiş bir ay müddət ərzidə o, aliment üzrə toplanmış borc məbləğindən heç nə ödəməmişdir. Belə olan şəraitdə xx.xx.2021-ci il tarixdə onun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə təkrar müraciət olunmuşdur, təqdimata xx.xx.2021-ci il tarixdə baxılıb təmin edilmişdir və müvafiq olaraq məhkəmə tərəfindən 8(075)- 407/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardad qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə borclu barəsində MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Protokol Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixdə borclu barəsində MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Protokola xx.xx.2021-ci il tarixdə baxılmışdır. Şəki rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə 3(075)- 563/2021 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən borclu Şəxs 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Edilmiş sorğu əsasında xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən daxil olmuş məktuba əsasən məlum olmuşdur ki, borclu Şəxs azadlıqdan məhkumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. xx.xx.2022-ci il tarixdə iş sənədlərlə birlikdə icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə borclu Şəxs vaxtından əvvəl şərti olaraq azad edilmişdir və iş materialları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsindən Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə geri qaytarılmışdır. xx.xx.2023-cü ildə borclu Şəxs şöbəyə dəvət olunmuş və ondan toplanmış aliment borcunun ödəilməsi barədə izahat alınmışdır. O, izahatında bildirmişdir ki, toplanmış borcun 9360 manat olduğunu bilir və 2023-cü ilin noyabr ayının altısına qədər toplanmış borcdan dörd min manata ödəyəcək. Lakin borclu 2023-cü ilin noyabr ayının altısı telefon vasitəsi ilə şöbəyə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar Hüseynova (Mustafayeva) X9 rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və ərizə verərək bildirmişdir ki, borclu Şəxs xx.xx.2023-cü il tarixdə ona 700 manat pul vermişdir. Hər ayın otuzu borclu Şəxs 260 manat əsas aliment borcunu və əlavə olaraq toplanmış borcdan silinməsi üçün 40 manat olmaqla 300 manat ödəyəcəyinə söz vermiş və onlar razılaşmışlar. xx.xx.2023-cü il tarixdə tələbkar Hüseynova (Mustafayeva) Leyli Xanlar qızı ərizə ilə müraciət edib bildirmişdir ki, borclu Şəxs verdiyi sözü yerinə yetirməmişdir və alimenti ödəmir. Ümumi aliment üzrə onun 9440 manat borcu var ona görə də həmin məbləğin tam şəkildə alınıb verilməsini xahiş etmişdir. xx.xx.2024-cü ildə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gələn Şəxs izahat bildirmişdir ki, onun hazırda toplanmış 9440 manat aliment borcunu ödəmək imkanı yoxdur. Bundan əlavə borclu Şəxs şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında Şəki rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-993/2018 nömrəli, xx.xx.2018-ci il tarixli, (tələb 498.1 ABŞ dolları, tələbkar Bank of Baku ASC), 3(075)-170/2020 nömrəli, xx.xx.2020- ci il tarixli, (tələb 350 manat inzibati cərimə), 2(075)-144/2021 nömrəli, xx.xx.2021-ci il tarixli (tələb 50 manat rüsüm) və 2(075)- 69/2022 nömrəli, xx.xx.2022-ci il tarixli (tələb 103. 65 manat ekspertiza xərci) icra sənədləri var. Həmin icra sənədləri üzrə də tələb borclu tərəfindən təmin olunmamışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, 2023-cü ilin sentyabr ayında məhkəmə hökmü ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Əvvəl tələbkarla hər ay 300 manat olmaqla borcundan ödəniş etməyə razılıq əldə etsə də, dekabr ayı üçün razılaşdıqları 300 manat ödənişi edə bilmədiyindən hazırda tələbkar alimentin tam olaraq ödənilməsini tələb edir. Tələbkarıın tələb etdiyi 9360 manat aliment pulunu tam olaraq ödəyə bilmir. Maddi imkanı yaxşı deyildir. Lakin hər ay 300 manat məbləğində ödəniş etməyə söz verir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X7 Vəkil Bürosunun vəkili X8 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-144/2021 nömrəli, 02 mart 2021-ci il tarixli icra sənədindən görünür ki, 11 noyabr 2012-ci il təvəllüdlü X2 və 18 sentyabr 2014-cü il təvəllüdlü Şəxs yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün icra sənədi üzrə borclu Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, 260 (iki yüz altmış) manat aliment tutularaq Hüseynova (Mustafayeva) Leyli Xanlar qızına verilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 04 mart 2021-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-144/2021 nömrəli, 02 mart 2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2 (075)-563/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 17 yanvar 2024cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 17 yanvar 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 17 yanvar 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-40/2024 17 yanvar 2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-40/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .
Məhkəmə qərarları › İş №3(075)-40/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-40/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver