Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-401/2025 21.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, Azərbaycan Respublikası DİN BDYPİ V Tağım Yol patrul xidməti inspektoru polis baş serjantı X5 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Göybulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin V tağım YPX-dən daxil olmuş inzibati xətaya dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 18:20 radələrində X3 məxsus “KAMAZ 53212” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Qeyd edilən material üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş V Tağım YPX inspektoru, polis baş serjantı X7 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:20-də Yevlax-Zaqatala-Gürcüstan yolunun 44-cü km-də X3 məxsus “KAMAZ 53212” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yolda sahibsiz olan 2 ədəd iri buynuzlu heyvanı vurmuşdur. Həmn vaxt kənd camaatı hadisə yerinə yığılmış, lakin heyvanların sahibi tapılmamışdır. Bu vaxt yük avtomobilinə maddi ziyan dəymişdir. İki gün sonra xx.xx.2025-ci il tarixdə X6 şöbəyə yaxınlaşaraq heyvanlarını itdiyini bildirmişdir. Həmin iri buynuzlu heyvanların X4 məxsus olması müəyyən edildiyindən onun barəsində protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında bildirmişdir ki, ona məxsus 2 baş iri buynuzlu heyvan itmişdir. Onun evində xəstə uşağı və həyat yoldaşı xəstə olması səbəbindən heyvanları axtarmaq üçün gedə bilməmişdir. Daha sonra həftənin bazar ertəsi polisə gedərək ona məxsus iki baş iri buynuzlu heyvanın itdiyini bildirmişdir. Bu vaxt polis əməkdaşı ona bəzi sənədlərə imza etdirmişdir. Tərtib olunan protokolla razı deyil. Məhkəmə iclası zamanı həmin heyvanların şəkillərinə baxmış və heyvanların ona aid olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş: V Tağım YPX inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP-7251232 saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:20 radələrində X3 məxsus “KAMAZ 53212” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. xx.xx.2025-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “KAMAZ 53212” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili asvalt örtüklü magistral yolun üzərində iki baş iribuynuzlu inəyi vurmuşdur. xx.xx.2025-ci il tarixli ziyan aktından görünür ki, “KAMAZ 53212” markalı, **-TU-*** dövlət qeydiyat nişanlı yük avtomobilinə 615 manat maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli 465 alkotesterin nəticəsindən görünür ki, X2 alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. Foto şəkillərdən görünür ki, baş vermiş qəza hadisəsi nəticəsində iki baş iribuynuzlu inək tələf olmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında hadisə baş verən vaxt çəkilmiş foto şəkilər X4 göstərilmiş, sonuncu şəkildəki iri buynuzlu heyvanların ona məxsus olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin V tağım YPX-dən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin V tağım YPX-dən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-401/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-401/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver