Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-403/2020 05.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1978-ci ildə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəki rayonu Baş Küngüt bələdiyyəsinin sədri işləyən, Şəki rayonu Baş Küngüt kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəki rayonu Baş Küngüt bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqana mütləq təqdim edilməli olan Baş Küngüt bələdiyyəsinin xx xxx 2020-ci il tarixli, 05 nömrəli bələdiyyə iclasında qəbul edilən akt «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinin və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə zidd olaraq 15 gün ərzində Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməmişdir. Qeyd edilən material üzrə Şəki rayonu Baş Küngüt bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, 13 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Regional Ədliyyə İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. X1 Ədliyyə İdarəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə məktub göndərərək, nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki rayonu Baş Küngüt bələdiyyəsinin sədri işləyir. İş yükünün çoxluğu ilə bağlı müvafiq sənədlərin Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilmə müddətini ötürmüşdür. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. İş materiallarından görünür ki, Şəki rayonu Baş Küngüt bələdiyyəsinin xx xxx 2020-ci il tarixli, 05 nömrəli bələdiyyə iclasında qəbul edilən aktı qəbul edildiyi andan 15 gün ərzində Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməli olmasına baxmayaraq, xx xxxx 2020-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şəxs tərəfindən Şəki rayonu Baş Küngüt bələdiyyəsinin xx xxx 2020-ci il tarixli, 05 nömrəli bələdiyyə iclasında qəbul edilən aktın 15 gün ərzində Şəki Regional Ədliyyə Şöbəsinə təqdim edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, Şəki rayonu Baş Küngüt bələdiyyəsinin sədri Şəxs həmin xətanı törətməkdə təqsirli bilinib, ona inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-403/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-403/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver