Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-404/2020 01.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x15 oğlunun iştirakları ilə, 11 may 1986-cı il tarixdə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olan, x7 haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru x4 tərəfindən tərtib edilmiş 01 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-990/2012 saylı, 03 iyul 2012-ci il tarixli icra sənədinə əsasən 31 mart 2010-cu ildə anadan olmuş x5 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2012-ci ildən başlayaraq borclu x6 hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment alınaraq x2 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu x9 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru x4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-990/2012 saylı, 03 iyul 2012-ci il tarixli icra sənədinə əsasən 31 mart 2010-cu ildə anadan olmuş x5 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2012-ci ildən başlayaraq borclu x6 hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment alınaraq x2 verilməlidir. İcra sənədi 14.09.2012-ci il tarixdə icraatına daxil olmuşdur. İcra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddətinə vaxt verilmiş, lakin borclu bu müddət ərzində tələbin icrasını təmin etməmişdir. Eyni zamanda tərəfindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa borclunun qeydiyyatda olduğu Şəki rayonu Kiçik Dəhnə kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Bununla yanaşı borclunun adına xırda və iribuynuzlu heyvanların olub-olmaması barədə Şəki rayonu Kiçik Dəhnə kənd icra nümayəndəliyinə, həmçinin borclunun adına həyətyanı, bağ və pay torpaq sahəsinin olub-olmaması barədə Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinə müvafiq sorğular verilmişdir. Nəticədə x12un adına Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsi ərazisində pay, həyətyanı və torpaq sahəsinin olmadığı, onun adına malqaranın qeydiyyata alınmadığı aşkar edilmişdir. Borclu icra sənədində qeyd edilən ünvanda yaşamadığı üçün tərəfimizdən onun axtarılması barədə 23.12.2013-cü il tarixdə qərar qəbul edilmiş və qərar icra olunması üçün Şəki şəhər-rayon Polis şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində 10.01.2014-cü il tarixdə 34321 saylı axtarış işi açılmışdır. x12 27.12.2014-cü il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək Şəki rayonu üzrə İcra Şöbəsinə gətirilmiş və ondan izahat alınmışdır. Borclu verdiyi izahatında icra sənədi üzrə aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Həmin tarixdə x12 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-734/2014 saylı, 27.12.2014-cü il tarixli qərarı ilə borclu inzibati məsuliyyətə cəlb olunaraq 2 (iki) gün müddətinə həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu şöbəyə dəvət edilmiş, borcun ödənilməsi barədə onunla söhbətlər aparılmış, icra sənədinin icrası üçün ona yeni müddət təyin edilərək cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıq təqdim edilmişdir. Bundan sonra x12 tələbkarın xeyrinə 02.03.2015-ci il tarixdə 100 (bir yüz) manat, 13.03.2015-ci il tarixdə isə 50 (əlli) manat olmaqla, cəmi 150 manat aliment pulu ödəmiş və bununla kifayətlənmişdir. Borclu ötən müddət ərzində aliment borcunun tam şəkildə ödənilməsini təmin etməyərək icra məmurunun çağırış və rəsmi xəbərdarlığına məhəl qoymamış, Şəki rayonu üzrə icra şöbəsinə gəlməmiş və gəlməməsi barədə heç bir üzürlü səbəb bildirməmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə 13.11.2015-ci il tarixdə yenidən onun axtarılması barədə qərar qəbul edilərək Şəki şəhər-rayon Polis şöbəsinə göndərilmiş və 30.11.2015-ci il tarixdə 34661 saylı axtarış işi açılmışdır.x12 13.01.2016-cı il tarixdə Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək yenidən Şəki rayonu üzrə İcra Şöbəsinə gətirilmiş və ondan izahat alınmışdır. Borclu verdiyi izahatında icra sənədi üzrə aliment borcundan az miqdarda ödəniş etdiyini, həmin tarixə yaranmış aliment borcunu tam olaraq ödəyə bilməyəcəyini bildirmişdir. 13.01.2016-cı il tarixdə x12 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-21/2016 saylı, 13.01,2016-cı il tarixli qərarı ilə borclu inzibati məsuliyyətə cəlb olunaraq 4 (dörd) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin borclu bundan sonra da aliment borcunu ödəməkdən və icra məmurunun çağırışlarına gəlməkdən yayınaraq icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. x12 çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün tarixdə təkrarən onun axtarılması barədə qərar qəbul edilərək Şəki şəhər-rayon Polis şöbəsinə göndərilmiş və 17.06.2016-ci il tarixdə 820117 saylı axtarış işi açılmışdır. 01.07.2020-ci il tarixində x12 Şəki şəhər-rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclunun 01.07.2020-ci il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə 7330 manat məbləğində aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırkı tarixdə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu x7 13.01.2016-cı il, 27.12.2014-cü il, 14.11,2012-ci il və 01.07.2020-ci il tarixlərdə icra və probasiya şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada 06.11.2012-ci il, 19.12.2013-cü il, 14.06.2016-cı il və 18.04.2019- cu il tarixlərdə xəbərdarlıq edilərək icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatlarında icra sənədi üzrə aliment borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Borclu tərəfindən bugünədək tələbkarın xeyrinə cəmi 350 manat aliment pulu ödənilmişdir. İcra sənədi üzrə tələbkar x3 ərizə ilə Şəki rayonu üzrə İcra Şöbəsinə müraciət edərək yaranmış aliment borcunun ödənilməsi istiqamətində borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. Hazırda icra sənədi üzrə yığılmış aliment borcu 7330 (yeddi min üç yüz otuz) manat təşkil edir.Əlavə olaraq bildirdi ki, x11 01 iyul 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:10-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x11 məhkəmə iclasında izahat verərək bildirdi ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-990/2012 saylı, 03 iyul 2012-ci il tarixli icra sənədinə əsasən 31 mart 2010-cu ildə anadan olmuş x5 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2012-ci ildən başlayaraq ondan hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment alınaraq x2 verilməlidir. Özü fəhlə işləyir. Yenidən nikaha daxil olmuşdur və 4 uşağı var. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Əgər ona vaxt 1 ay vaxt verilsə borcundan 1000 manat, daha sonra 100-110 manat ödəyə bilər. Əlavə olaraq bildirdi ki, 01 iyul 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:10-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x7 qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. Məhkəmə x9 inzibati tənbeh tətbiq edərkən icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunun ödəməməsini nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. x11 və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, x11 01 iyul 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:10-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, x7 01 iyul 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, x11 icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, x7 həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 01 iyul 2020ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: x11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 01 iyul 2020-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-404/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-404/2020
01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver