Məhkəmə qərarları › İş №3(075)-404/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-404/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-404/2022 29.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: xx.xx.2022-ci il tarixli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, həmçinin narkotik vasitə olan marexuana, morfin və amphetamin qəbul etməsi müəyyən edilmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə Şəki ŞRPŞ-nin CAB-ın ə/m polis leytenanatı Bəhman Məmmədov, Şəki ŞRPŞ-nin CAB-ın ə/m polis baş leytenanatı Əli Xəlilov və İTB-nin sahənin polis nəfəri, polis serjantı Qüdrət Əlipaşayevlə birlikdə xidmətdə olduqları zaman özünü Cabbarov Aslan kimi təqdim edən bir nəfər şəxs polis əməkdaşlarına yaxınlaşaraq övladı Şəxs və X2 tez-tez spirtli içki və narkotik vasitə qəbul edərək evə gəlidiklərini, evə gəldikləri zaman isə evdə tez-tez münaqişə yaradaraq nalayiq ifadələr işlədərək onları narahat etməklərini bildirmişdir. Polis əməkdaşları həmin şəxsləri Şəki ŞRPŞ-nə dəvət etmək üçün onların yaşadıqları ünvana getmişlər. Həmin şəxsləri Şəki ŞRPŞ-nə dəvət etdikdə onlar polisin qanuni tələbinə qəsddən tabe olmamışdılar. Polis əməkdaşları dəfələrlə onları nizam iltizama dəvət etsələr də, onlar yenə öz əməllərini davam etdirmişlər. Daha sonra polis əməkdaşları Şəxs və X4 polis şöbəsinə gətirmişlər. Şəki ŞRPŞ-də onlardan sidik analizi götürülmüş və həkim müayinəsi nəticəsində Şəxs narkotik vasitə olan marexuana, morfin və amphetamin qəbul etməsi müəyyən olunmuşdur. Bu səbəbdən də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Şəxs barəsində sərt qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 29 iyun 2022-ci il tarixdə spirtli içki, həmçinin 10 gün əvvəl isə narkotik vasitə qəbul qəbul etmişdir. Daha sonra onunla atası arasında evlərində münaqişə yaranmışdır. X9 polis əməkdaşlarına ondan şikayət etmişdir. Polis əməkdaşları onu və qardaşını Polis şöbəasinə aparmaq üçün onların evinə gəldikdə polis əməkdaşları ilə Şəki ŞRPŞ-nə getmək istəməmiş, tabesizlik göstərmişdir. Daha sonra polis əməkdaşları onları məcburi Şəki ŞRPŞ-nə aparmışlar. Həmin vaxt onlar narkotik vasitənin təsiri altında olmuşlar. Şəki ŞRPŞ-də onlardan analiz götürülmüş və narkotik vasitə qəbul etmələri aşkar olnumuşdur. Bildirmişdir ki, o və qardaşı Cabbarov Ayxan teztez narkotik vasitə qəbul edirlər. Təxminən 10 gün qabaq o, tanımadığı şəxsdən narkotik vasitə almışdır. Həmin narkotik vasitəni qardaşı Cabbarov Ayxanla birlikdə qəbul etmişlər. Əməlindən peşmandır. Belə hallara bir daha yol verməyəcəyinə söz verir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-ın ə/m polis baş leytenanatı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 29 iyun 2022-ci il tarixdə o, Şəki ŞRPŞ-nin CAB-ın ə/m polis leytenanatı Bəhman Məmmədov və İTB-nin sahənin polis nəfəri, polis serjantı Qüdrət Əlipaşayevlə birlikdə xidmətdə olduqları zaman özünü Cabbarov Aslan kimi tanıdan şəxs onlara yaxınlaşmış oğlunun evdə səs-küy salmasını və narkotik vasitə qəbul etməsini bildirmişdir. Onlar hadisə yerinə getdikdə həmin şəxslərin Şəxs və Cabbarov Ayxan olmaları müəyyən olunmuşdur. Hadisə yerinə getdikləri zaman həmin şəxslər nalayiq ifadələr işlətməklə səs-küy salmağa başlamışlar. Onlar dəfələrlə həmin şəxsləri nizam iltizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmamışdılar. Daha sonra Şəxs və X4 Şəki ŞRPŞ-nə aparmışlar. Şəki ŞRPŞ-də olardan sidik analizi götürülmüş və onların narkotik vasitə qəbul etmələri aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İTB-nin sahənin polis nəfəri, polis serjantı X1, şahid Şəki ŞRPŞ-nin CAB-ın ə/m polis baş leytenanatı X7 ilə oxşar məzmunda izahat vermişdir. İşdə olan 29 iyun 2022-ci il tarixli, İnvitro müalicə diqanostika mərkəzinin ekspres metodla müalicə nəticələrindən görünür ki, Şəxs sidiyindən müayinə olunmuş və onun narkotik vasitə olan marixuana, morfin və amphetamin qəbul etməsi müəyyən edilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özü tərəfindən etiraf edilməsə də, şahidlərin izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində 25 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs hüquqlarının məhdudlaşdırıldığı 29 iyun 2022-ci il tarixdə saat 12:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar