Məhkəmə qərarları › İş №3(075)-405/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-405/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-405/2022 22.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 və vəkili X1 iştirakı ilə, "xxxx" MMC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsində "xxxx" MMC-yə məxsus 2 m x 3 m x 2 ədəd = 12 kvadrat metr (ayrıca dayaqlı) və 0,60m x 4m x 1 ədəd=2,40 kvadrat metr ölçüdə fasad reklamların müvafiq icazə olmadan yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün X11 İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(075)-405/2022 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati cərimə edilmişdir. "xxxx" MMC Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(075)-405/2022 nömrəli qərarından narazı qalmış və "xxxx" MMC-nin nümayəndəsi X5 apellyasiya şikayəti 08 avqust 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil omuşdur. İnzibati xətaya dair iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 3(107)-266/2022 saylı qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X9 tərəfindən verilmiş şikаyət qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində yerləşən, "xxxx" MMC adlı sahibkarlıq obyektində 2m x 3m x 2 ədəd=12 kvadrat metr (ayrıca dayaqlı) və 0.60 m x 4m x 1 ədəd (fəsad rekamı) ölçüdə icazəsiz reklam yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, icrası məcburi olan göstəriş obyekt sahibinin ünvanına göndərilərək törədilmiş pozuntunun aradan qaldırılması tələb edilmiş, lakin "xxxx" MMC göstərişi icra etməmişdir. Nəticədə həmin obyektin barəsində Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 23 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(075)-405/2022 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərardan "xxxx" MMC-nin nümayəndəsi X9 narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 3(107)-266/2022 saylı qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X9 tərəfindən verilmiş şikаyət qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Bildirmişdir ki, iş materiallarında olan ***-***-**-** nömrəyə sms bildiriş göndərilsə də, Narın Qala MMC-nin qanuni təmsilçisi İlkin Quliyevlə telefon danışıqları olmuşdur. Həmin danışıqları əks etdirən SD diski məhkəməyə təqdim etmişdir. Həmin hallarla bağlı onunla danışmışdır. İş materiallarında olan şəkillərdən də görmək mümkündür ki, qeyd edilən tarixdə saat 12:00-dan qabaq və sonra hadisə yerinə gəlsələr də qanuni təmsilçi həmin yerdə onları gözləməmişdir. Bununla da onların qanuni göstərişlərini icra etməkdən boyun qaçırmışdır. Bundan başqa telefon danışıqları tarixçəsində olan məlumatlardan görünür ki, tərəfindən ona məxsu 050– 353-44-20 nömrəsinə zənglər olunmuş səhər saat 9-36 radələrində aralarında 1 dəqiqə 29 saniyədə danışıq getmişdir. Reklam plakatlarının sökülməsi barədə məsələnin müzakirəsi getmişdir. İlkin Quliyev qeyd edilən göstərişdən məlumatlı olmuşdur. Hesab edir ki, "xxxx" MMC-nin barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xətaya dair protokol qanuni və əsaslıdır. Qanuna müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən ona məxsus olan Şəki şəhəri ərazisində fəaliyyət göstərən "xxxx" MMC-nin barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 3(075)-405/2022 nömrəli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati cərimə edilmişdir. O, həmin qərardan narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 3(107)-266/2022 saylı qərarı ilə onun tərəfindən verilmiş şikаyət qismən təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Şəki Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmışdır. Hesab edir ki, "xxxx" MMC-nin barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xətaya dair protokol əsassızdır. Qeyd etmişdir ki, həqiqətən də X11 İdarəsinin əməkdaşları ilə "xxxx" istirahət mərkəzinin reklamlarını əks etdirən lövhələrə görə müəyyən ödənişlərin edilməsi və ya onların sökülməsi ilə bağlı aralarında müəyyən danışıqlar olmuşdur. Lakin sonda razılaşmamışlar. Həmin lövhəciklərdən biri lap "xxxx" istirahət mərkəzinin girişində quraşdırılmış olmuş və həmin reklamın və dirəyinin sökülməsinə etirazları olmamışdır. Danışıqlara əsasən yerləşdirilmiş reklamlara görə ayda 180 manat rüsum ödəməli olmuşlar. Lakin qanuni təmsilçi olsa da digər ortaqları ilə məsləhətləşməli olmuşdur. Buna görə də danışıq apardıqları X11 İdarəsinin əməkdaşlarına icrası məcburi olan göstərişi rəsmi olaraq onlara göndərilməsini xahiş etmişdir. Bildirmişdir ki, sonradan ona hər hansı icrası məcburi olan göstəriş göndərilməmişdir. Bildirmişdir ki, əvvəlki illərdə də X11 İdarəsinin əməkdaşları ilə bəhsi keçən məsələlər üzrə danışıqlar aparılmış, bəzi hallarda aralarında danışıqlar baş tutmamış və X11 İdarəsinin əməkdaşları onlara məxsus reklam lövhələrini sökmüşlər. Bu dəfə də elə başa düşmüşdür ki, yenə də onlara məxsus reklam lövhələrini sökəcəklər. Lakin sonradan öyrənmişlər ki, Şəki rayon məhkəməsi tərəfindən "xxxx" istirahət mərkəzi 5000 manat cərimə edilmişdir. Bildirmişdir ki, bundan sonra X11 İdarəsinin onlar barəsində protokol tərtib edərək məhkəməyə verildiyini bilmişlər. Qeyd etmişdir ki, onlara icrası məcburi olan göstəriş rəsmi olaraq göndərilməmiş, həmçinin məhkəmənin yeri və vaxtı barədə də məlumatları olmamışdır. Göstərmişdir ki, protokol tərtib edən şəxs iddia edir ki, icrası məcburi olan göstəriş rəsmi olaraq onlara göndərilmiş və həmin bildiriş “Muradov Mahir” tərəfindən alınmışdır. Bildirmişdir ki, Mahir Muradov adlı şəxs Narın-Qalada kassir işləyir, lakin o belə bir bildirişi almamışdır. Göstərmişdir ki, əgər o özü icrası məcburi olan göstəriş rəsmi olaraq almış olsa idi 5 gün ərzində həmin reklam lövhələrini sökərdi. Belə ki, heç bir sahibkar 5000 manat cərimə olunmağa razı olmaz, ondansa ya 180 manat ödəyər ya da reklam lövhələrini sökərdi. Hansı ki, apellyasiya şikayəti verdikdən sonra həmin reklam lövhələrinin hamısını sökmüşlər. Həmçinin qeyd etmişdir ki, danışıq apardıqları X11 İdarəsinin əməkdaşlarına onlara icrası məcburi olan göstərişi rəsmi olaraq göndərilməsini xahiş etməkdə məqsədi digər ortaqları ilə məsləhətləşmələri üçün vaxt qazanmaq olmuşdur. Lakin belə bir bildiriş rəsmi olaraq onlara çatdırılmamışdır. Bildirmişdir ki, qeyd edilən pozuntunun aradan qaldırılması barədə göstərişi almış olsaydı, həmin pozuntunu aradan qaldırardı. Bundan başqa xx.xx.2022-ci il tarixdə göndərilən xx.xx.2022-ci il tarixdə alınan xəbərnaməni Narın Qala MMC-nin hər hansı əməkdaşı tərəfindən qəbul edilməmişdir. Belə ki, xəbərnamədə Muradov Mahir tərəfindən imzalanan xəbərnamədəki imza həmin işçiyə məxsus deyildir. Bu səbəbdən həmin xəbərnamə onların təqsirinin sübutu kimi istifadə oluna bilməz. Belə ki, qeyd edilən icrası məcburi olan göstəriş rəsmi olaraq ona çatdırılmamışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş vəkili X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X5 izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahat verərək göstərmişdir ki, o, Şəki şəhərində yerləşən "xxxx" MMC-nin əməkdaşıdır. Bildirmişdir ki, inzibati xətaya dair iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə göndərilən xx.xx.2022-ci il tarixdə alınan xəbərnamədə onun tərəfindən imza edilərək məktubun qəbul edilməsi göstərilmişdir. Lakin o, "xxxx" MMC-nə ünvanlanmış hər hansı məktubu xəbərnaməyə imza edərək qəbul etməmişdir. Əgər həmin bildirişi götürmüş olsa idi onu İlkin müəllimə verərdi. Həmçinin qeyd etmişdir ki, onların evi Kiş kəndində Poçtun yaxınlığında yerləşir. Elə vaxtlar olub ki, həmin poçtda işləyən poçt işçisi bəzi məktubları ona verərək yolüstü Sərin Adaya, Şəki Parka, həmçinin öz istirahət mərkəzlərinə təqdim edilməsini xahiş edib. O da aparıb verib. Lakin son 1 ildə poçtdan ona hər hansı məktub verilməyib və ya o belə bir məktubu poçtdan götürməmişdir. Onun ümumiyyətlə həmin məktubdan xəbəri olmamışdır. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC adlı sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirilmiş və onun barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli fotoşəkillərdən görünür ki, Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində yerləşən, "xxxx" MMC adlı sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirilmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli, İRY 002062 nömrəli icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən açıq məkanda reklam yayımı hallarının müəyyən edilməsi haqqında aktdan görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində yerləşən, "xxxx" MMC-yə məxsus icazəsiz reklam yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli, İMG 002062 nömrəli “Reklam haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin pozulmasına dair icrası məcburi olan göstərişdən görünür ki, "xxxx" MMC aktda qeyd olunan qanun pozuntuların 05 (beş) gün ərzində aradan qaldırmadığı təqdirdə İXM-nin 428.7.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan TF-18/2022 nömrəli telefonoqramdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X9 23 iyun 2022-ci il tarixdə, saat 12:00-da barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə protokol tərtib ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, "xxxx" MMC və onun qanuni təmsilçisi X9 (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan SS747546795AZ nömrəli xəbərnamədən görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X5 qeydiyyatda olduğu ünvana (Şəki rayonu, Kiş kəndi) göndərilmiş icrası məcburi olan göstəriş və bildiriş 17 iyun 2022-ci il tarixdə Muradov Mahir tərəfindən qəbul edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, "xxxx" MMCnin nümayəndəsinin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Həmin Qanunun 34.2-ci maddəsinə görə Azərbaycan Respublikasında reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, açıq məkanda reklam sahəsində nəzarət isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə Reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Həmin Qanunun 39.1-ci maddəsinə görə reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə görə müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və "xxxx" MMC-nin nümayəndəsinin izahatları müəyyən olundu ki, Relam haqqında Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstəriş "xxxx" MMC-nə göndərilsə də həmin göstərişin məhz "xxxx" MMC tərəfindən alınması sübut olunmur. Həmin göstərişin "xxxx" MMC tərəfindən alınmaması onu icrası məcburi olan göstərişi aldıqdan sonra müəyyən hərəkətləri edibetməməni müəyyənləşdirməsini qeyri-mümkün edir. Yəni həmin göstəriş "xxxx" MMC-yə çatdırılmış olsa idi göstərişi aldıqdan sonra 5 gün ərzində "xxxx" MMC ya reklam lövhələrini sökərdi ya da ki, X11 İdarəsi razılaşaraq müvafiq rüsumu ödəməsinə razılıq verərdi. Lakin icrası məcburi olan göstəriş "xxxx" MMC-yə rəsmi olaraq çatdırılmadığından onun əməlində inzibati xəta tərkibinin olması qəbul etmək mümkün deyil və belə bir xətanın baş verməsi şübhə altında qalır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmayacaqdır. Bütün qeyd edilənlər isə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən 23 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollara başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldı : "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət X10 Regional Reklam İdarəsi tərəfindən 23 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollara başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar