Məhkəmə qərarları › İş №3(075)-406/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-406/2020

03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-406/2020 03.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi v.m.i.e, polis kapitanı x2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəzənfər qızının iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Şəki rayonu Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əlilliyi olmayan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Şəki rayonu Kiçik Dəhnə kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi v.m.i.e, polis kapitanı x5 tərəfindən 03 iyul 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Kərimova x1 Rauf İzzət oğlunun etibarından sui-istifadə edərək dələduzluq etmiş, 01 aprel 2020-ci ildə 300 manat, 04 aprel 2020-ci ildə 180 manat pulunu ələ keçirməklə xırda talamış, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində zərərçəkmiş şəxs x6 məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə zərərçəkmiş şəxs x4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ŞRPŞ-nin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sarıca PB-nin sahə rəisi v.m.i.e, polis kapitanı x5 izahat verərək göstərdi ki, Kərimova x1 Rauf İzzət oğlunun etibarından sui-istifadə edərək dələduzluq etmiş, onun 01 aprel 2020-ci ildə 300 manat, 04 aprel 2020-ci ildə 180 manat pulunu ələ keçirməklə xırda talamış və onun barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, müxtəlif banklara borcu olduğu üçün Şəki şəhərində yerləşən lombarda özünə məxsus qızıl-ziynət əşyalarını qoyub pul götürmüşdür. 2020-ci ilin mart ayında Bakı şəhərində Rauf Məmmədov adlı şəxslə tanış olmuşdur. Həmin şəxslə kafedə oturarkən ona zəng gəlmiş, 1200 manat borcunu ödəmədiyi təqdirdə qızıl-ziynət əşyalarının hərraca çıxarılıb satılacağını bildirmişlər. O, telefonla danışığını bitirdikdən sonra Rauf Məmmədov nə baş verməsi ilə maraqlanmış, o da cavabında pulu ödəyə bilmədiyini üçün ona məxsus qızıl-ziynət əşyalarının hərraca çıxarılma ehtimalı olduğunu bildirmişdir. Rauf Məmmədov ona qalıq 1200 manat pulun 600 manatını o, 600 manatını isə özü ödəməyi, qızıl-ziynət əşyalarını isə yarı bölməyi təklif etmişdir. O, sonuncu ilə razılaşmış, Şəki şəhərinə qayıtmışdır. Rauf Məmmədov poçt vasitəsi ilə 01 aprel 2020-ci il tarixdə 300 manat, 04 aprel 2020-ci il tarixdə isə 180 manat pul göndərmiş, o, həmin pulları poçtdan çıxardıqdan sonra lombarda ödəmişdir. x8 120 manatı göndərməmiş, o da maddi imkanı yaxşı olmadığından özünə düşən 600 manatı ödəyə bilməmişdir. Ona görə də qızıl-ziynət əşyaları hərraca çıxarılmışdır. x13 aldatmaq niyyəti olmamışdır. Əgər belə olsa idi onun tərəfindən göndərilmiş pulları xərcləyərdi. Əlavə olaraq bildirdi ki, özü onkoloji xəstə olmaqla başında bədxassəli şiş var. Övladında isə qan xərçəngi olduğu müəyyən edilmişdir. Əri vəfat etdiyindən dul qalmış, uşaqlarını təkbaşına böyütmüşdür. Bütün bunları nəzərə alaraq məhkəmədən onun barəsində ədalətli qərar verilməsini xahiş edir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru x3 27 aprel 2020-ci il tarixli qərarından görünür ki, x4 DİN-nin 102 xidmətinə şikayəti üzrə HK-1/587 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir ki inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə şəxsin inzibati xətanı törətməkdə təqsiri sübut edilməlidir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qanunvericiliyin mənasına görə dələduzluq dedikdə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs x7 aldatma və ya etibarından sui-istifadə etmə yolu ilə əmlakını ələ keçirmə niyyəti olmamışdır. Belə ki, Rauf Məmmədov tərəfindən göndərilmiş pul məbləğləri (müvafiq olaraq 300 manat və 180 manat) Şəxs tərəfindən lombarda ödənilmiş, bunun əksini təsdiq edən hər hansı sübut inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilməmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Buna görə də Şəxs hərəkətləri xırda talama kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs yuxarıda qeyd edilən hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi v.m.i.e, polis kapitanı x5 tərəfindən 03 iyul 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməli və və o, inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 28.4.1, 30.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar