Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-406/2025 10.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Şəki rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X10 Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxx 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Şəki rayon Psixiatriya Xəstəxanasının həkimi vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəki rayon prokurorluğundan daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Vəzifəli şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının psixiatr-həkimi vəzifəsində işləyən Şəxs səlahiyyətləri xaricində olmasına baxmayaraq, qəsdən, tamah niyyəti və etibardan sui-istifadə və aldatma yolu ilə X1 pensiya təyin edilməsindən ötrü xx.xx.2024-cü il tarixdə və həmin tarixdən təxminən 3-4 gün sonra X4 250 (iki yüz əlli) və 200 (iki yüz) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində pulunu ələ keçirmişdir. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəki rayon prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, vəzifəli şəxs Şəki Rayon Psixiatriya Xəstəxanasının psixiatrhəkimi vəzifəsində işləyən Şəxs səlahiyyətləri xaricində olmasına baxmayaraq, qəsdən, tamah niyyəti və etibardan sui-istifadə və aldatma yolu ilə X1 pensiya təyin edilməsindən ötrü xx.xx.2024-cü il tarixdə və həmin tarixdən təxminən 3-4 gün sonra X4 250 (iki yüz əlli) və 200 (iki yüz) manat olmaqla, ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində pulunu ələ keçirmiş, ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar X4 izahatı, xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol, xx.xx.2025-ci il tarixli, 4/602 nömrəli məhkəmə- fonoskopik ekspertizasının rəyi, Şəki Rayon Psixiatriya Xəstəxanası və Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məktubları ilə təsdiq olunur. X7 izahatında göstərmişdir ki, o, anası X2 xx.xx.2024-cü il tarixdə Şəki Rayon Psixiatriya Xəstəxanasına gətirmiş, sonuncuya “qarışıq dissosiativ pozğunluq" diaqnozu qoyulmuş, o, anasına pensiya təyin edilməsindən ötrü həmin gün və ondan təxminən 3-4 gün sonra ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində pulu Şəki Rayon Psixiatriya Xəstəxanasının həkimi Şəxs sonuncunun xidməti otağında vermişdir. 14 mart 2025-ci il tarixli, diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X15 Nurayevlə mobil telefon danışığı zamanı sonuncuya “Ay doktor, birinci mamamın işi ilə bağlı Sizinlə görüşdüm, 200 bir, 250 də bir pul verdim, düzdümü?” dedikdə Şəxs isə qarşılığında “Bəli, bəli, mamanın işinə görə, hə, düzdür" deyərək təsdiq etmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında qərarı müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki rayon Psixiatriya Xəstəxanasında və Zaqatala rayonunda da həkim vəzifəsində işləyir. Bundan əlavə o, Qarabağ müharibəsi veteranıdır. “İnter” futbol komandasının heyət tərkibində olmuşdur. O, zərərçəkmiş şəxs Qaçay Məmmədovun anasını “qarışıq dissosiativ pozğunluq” diaqnozu ilə müalicə etmişdir. O da ona təşəkkür etmək məqsədilə pul vermişdir. Xəstənin əlilliyinin qiymətləndirilməsi üçün sistemə sənədləri vurulsa da, əvvəlcə imtina cavabı verilmişdir. Bu məqsədlə Qaçay Məmmədovdan 200 və 250 manat olmaqla, cəmi 450 manat almışdır. Əslində əlillik təyini və qiymətləndirilməsi onun səlahiyyətinə aid deyildir. O, bağırsağından əməliyyat olunub, səhhətində problemlər var, ona görə bir müddət burada olmamışdır. Onun yüzlərlə xəstələri var, hazırda o, xəstələrin müalicəsi ilə məşğul olur. Qeyd edilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş etdi. X10 Vəkil Bürosunun vəkili X11 şəxsin əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq barəsində zərərçəkmiş şəxs X7 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs X4 Şəki rayon prokurorluğunda verdiyi izahatından görünür ki, o, anası X2 xx.xx.2024-cü il tarixdə Şəki Rayon Psixiatriya Xəstəxanasına gətirmiş, sonuncuya “qarışıq dissosiativ pozğunluq" diaqnozu qoyulmuş, o, anasına pensiya təyin edilməsindən ötrü həmin gün və ondan təxminən 3-4 gün sonra ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində pulu Şəki Rayon Psixiatriya Xəstəxanasının həkimi Şəxs sonuncunun xidməti otağında vermişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə fonoskopik ekspertizasının rəyindən aydın olur ki, X8 ilə Şəxs Bürhan oğlu arasında telefon danışı və şəxslərdən götürülmüş səs nümunələri əsasında tədqiq edilmiş, “Ay doktor, birinci mamamın işi ilə bağlı Sizinlə görüşdüm, 200 bir, 250 də bir pul verdim, düzdümü?” dedikdə Şəxs isə qarşılığında “Bəli, bəli, mamanın işinə görə, hə, düzdür" deyərək təsdiq etmişdir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri özünün etiraf izahatı,, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyası çərçivəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində göstərilir ki, Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cəzasını yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini və həkim olmasını nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın məcmusunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-in 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində inzibati ictimai iş növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 160 (yüz altmış) saat ictimai işlər cəzası təyin olunsun. Təyin edilmiş ictimai işlər cəzasının əvvəli Şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi tapşırılsın. Şəxs təyin edilmiş ictimai işlər cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Pərvanə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***- **-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3(075)-406/2025 10 iyul 2025-ci il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs (ünvan 1) Şəki Rayon Məhkəməsinin hakiminin 10 iyul 2025-ci il tarixli, 3(075)-406/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim: Pərvanə Məmmədova.
Məhkəmə qərarları › İş №3(075)-406/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-406/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver