Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-407/2023 26.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan əlilliyi olmayan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 26 aprel 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 26 aprel 2023-cü il tarixdə, saat 03:50 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Yedin dur” kafesinin qarşısında ucadan nalayiq ifadələr işlətmiş və onu nizam iltizama dəvət edən polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış, beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə, saat 03:50 radələrində Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Elməddin Əlizadə və Şəki ŞRPŞ-nin PPXBnin polis nəfəri polis sıravisi Elsəvər Məmmədəliyev birlikdə Şəki şəhəri üzrə 5 saylı marşrutda xidmətdə olduqları zaman Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Yedin dur” kafesinin qarşısında bir nəfər şəxsin mobil telefonla danışaraq nalayiq ifadələr işlətməsini görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizam-iltizama dəvət edərək törətdiyi inzibati xətanı izah etmişlər. Bundan sonra polis əməkdaşları həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs öz hərəkətlərini davam etdirərək həmin yerdən uzaqlaşmağa çalışmışdır. Daha sonra polis əməkdaşları tərəfindən həmin şəxs avtomaşınla polis şöbəsinə gətirilmişdir. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki rayon sakini Şəxs olması müəyyən olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə, saat 04:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Yedin dur” kafesinin qarşısında telefonla danışan zaman övladının xəstə olması ilə bağlı əsəbi olmuş, ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onu sakitləşdirməyə çalışmışdılar. Ancaq o, əsəbi olduğu üçün polis əməkdaşlarının dediklərinə məhəl qoymamışdır. Buna görə də onu polis şöbəsinə dəvət etmişdilər. O, əsəbi olduğundan avtomaşına minməmişdən əvvəl bir anlıq oradan uzaqlaşmış, şöbəyə getmək istəməmişdir. Sonradan gələn əməkdaşlarla birlikdə şöbəyə getmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Ailəlidir, himayəsində bir azyaşlı övladı vardır. Ona yüngül tənbeh tədbirinin tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə, saat 03:50 radələrində o və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis sıravisi Elsəvər Məmmədəliyev birlikdə Şəki şəhəri üzrə 5 saylı marşrutda xidmətdə olduqları zaman Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Yedin dur” kafesinin qarşısında bir nəfər şəxsin mobil telefonla danışaraq nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizamiltizama dəvət edərək törətdiyi inzibati xətanı izah etmişlər. Bu zaman həmin şəxs onlara əsəbi olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs öz hərəkətlərini davam etdirərək həmin yerdən uzaqlaşmağa çalışmışdır. Daha sonra onlar həmin şəxs avtomaşınla polis şöbəsinə gətirmişlər. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki rayon sakini Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri polis sıravisi X1 şahid X3 ilə oxşar məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs sərxoş halda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-407/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-407/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver