Məhkəmə qərarları › İş №3(075)-408/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-408/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-408/2025 10.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Şəki rayonu, Əliyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Əliyar kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, X4 tərəfindən tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs polis şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 10 iyul 2025-ci il tarixdə nahar fasiləsi zamanı polis şöbəsinə gəlmiş, şöbənin rəisinin qəbulunda olamq istədiyini bildirmişdir. Şöbənin əməkdaşları rəisin idarədə olmadığını, yaxın vaxtlarda işə gələcəyini bildirərək ona gözləməyi təklif etmişlər. Lakin həmin şöbəyə gəldikdən sonra inzibati binada şöbəyə ucadan səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, inzibati binanın daxilində, o yüksəkdən danışaraq polisin iş rejimini pozmuş, nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxs bunlara məhəl qoymamış, polisin iş fəaliyyətinə maneçiliklər yaratmışdır. Bundan sonra Şəxs barəsində 10 iyul 2025-ci il tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəki Rayon Məhkməsinə gəlmiş, işinə baxılmadığı üçün daha sonra əsəbi halda Şəki ŞRPŞ-nə getmişdir. Orada rəis ilə görüşmək istədiyini bildirmiş, lakin görüşə bilməmişdir. Qazi qardaşı çöldə onu gözləmiş, o, narahat olduğu və qardaşının köməyinə ehtiyacı olduğu səbəbi ilə əsəbi halda polis şöbəsində ucadan səs-küy salmışdır. Həmçinin polis rəisi ilə görüşə bilməməsi də onu əsəbləşdirmişdir. O, təhqiredici ifadələr işlətməmişdir. O, polis şöbəsində səs-küy salsa da, birinci xəbərdarlıqdan sonra törətdiyi əməli başa düşmüş və sakitləşmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri X6 ifadə verərək bildirdi ki, həmin o gün növbətçi olmuşdur. Şəxs polis bölməsinə gəlmişdir. Bir müddət sonra binada səs-küy eşitmiş, buna görə də oraya yaxınlaşmışdır. Bu zaman müşahidə etmişdir ki, Şəxs yüksək səslə, ucadan qışqıraraq polis əməkdaşlarının tələblərinə əməl etmir, ona sakitləşməsi təklif edilsə də, o sakitləşməyərək nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan; “İnzibati qaydada tutma haqqında” 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 15:35-də tutulmuşdur. Şəki ŞRPŞ-nin polis əməkaşı X7 şöbədə verdiyi izahatda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olduğu zaman saat 15:30 radələrində şöbəyə yaxınlaşan Şəxs inzibati binada səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmi şəxsi intizama dəvət edəərk sakitləşdirməyə çalışsa da, şəxs qanuni tələbə qəsdən tabe olmayaraq, səs-küy salaraq şöbənin iş rejimini pozmuşdur. Şəki ŞRPŞ-nin polis əməkaşı X1 şöbədə verdiyi izahatda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olduğu zaman saat 15:30 radələrində şöbəyə yaxınlaşan Şəxs inzibati binada səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmi şəxsi intizama dəvət edəərk sakitləşdirməyə çalışsa da, şəxs qanuni tələbə qəsdən tabe olmayaraq, səs-küy salaraq şöbənin iş rejimini pozmuşdur. xx.xx.1991-ci il təvəllüdlü X3 şöbədə verdiyi izahatda qeyd edilmişdir ki, Şəki şəhərində avtoyuma məntəqəsi işlədir. xx.xx.2025-ci il tarixdə tanımadığı bir nəfər avtomobilini yudurtmuş, lakin gedib qayıdaraq pulunu verəcəyini bildirmişdir. Ancaq həmin şəxs geri qayıtmadığı və pulunu vermədiyi üçün xx.xx.2025-ci il tarixdə həmin şəxs barəsində ərizə ilə müraciət etmək üçün Şəki ŞRPŞ-nə getmişdir. İnziabti binanın növbətçi hissəsinin qarşısında dayandığı zaman tanımadığı bir nəfər şəxsin növbətçi hissəyə yaxınlaşdığını görmüş, bu zaman ucadan səs-küy saldığını, ünvansız nalayiq ifadələr işlətdiyini, polis əməkdaşlarına qarşı kobudluq edərək “məni buraya nə üçün dəvət etmisiniz” ifadəsini işlədərək, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək təhqir etməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi sakitləşdirməyə, qanunlara hörmətlə yanaşmağa, şöbənin iş fəaliyyətini pozmamağa dəvət etsələr də, o, qanuni tələbə qəsdən tabe olmayaraq öz hərəkətlərini qərəzli formada davam etdirmişdir. Daha sonda həmin şəxs polis əməkdaşları tərəfindən şöbənin inzibati binasının xidməti iş otağına aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs məhkəmə zalında inzibati məsuliyyətə cəlb olunmamaq məqsədilə polis şöbəsində etdiklərinin bəzilərini etiraf etməsə də, o verdiyi izahatda törətdiyi əməlləri etiraf etmişdir. Bu səbəbdən məhkəmə Şəxs Şəki ŞRPŞ-da verdiyi izahatını daha mötəbər hesab edir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs Şəki ŞRPŞ-nin polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 10 iyul 2025-ci il tarixdən, saat 15:35-dən hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar