Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-409/2020 10.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2017-ci il tarixli, AZA seriyalı, 071796 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2017-ci il tarixli, 071796 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2017ci il tarixli, AZA seriyalı, 071796 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2017-ci il tarixli, 071796 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi X7 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 xəbərdarlıq bildirişini almışdır. Həmin bildirişdə 150 manat məbləğində inzibati cərimə ödəməli olduğu qeyd olunmuşdur. Bunan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bilmişdir. Onun həmin protokoldan xəbəri olmamış, heç bir inzibati xəta törətməmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X7 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçini dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş X3 Şəki ŞRPŞ-də verdiyi xx xxxx 2017-ci il tarixli izahatından görünür ki, sonuncu xx xxxx 2017-ci il tarixdə, saat 01:10 radələrində özünə məxsus VAZ-2107 markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobildə maqnitofonu yüksək səslə oxutduğunu, ictimai yerdə (küçədə) məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş hal şahidləri X6 və X5 Şəki ŞRPŞ-də verdikləri xx xxxx 2017-ci il tarixli izahatlarından görünür ki, xx xxxx 2017-ci il tarixdə, saat 01:10 radələrində Şəki rayon sakini X3 ucadan mahnı oxutmaqla məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozduğunu görmüşlər. İş materiallarına əlavə edilmiş xx xxxx 2017-ci il tarixli, AZA seriyalı, 071796 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx xxxx 2017-ci il tarixdə, saat 01:10 radələrində məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozmuşdur. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli, 071796 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsini pozduğuna görə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən X3 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Ərizəçi X3 məhkəməyə təqdim etdiyi ərizəsində Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2017ci il tarixli, AZA seriyalı, 071796 nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, ərizəçinin iş materiallarına əlavə edilmiş izahatından qeyd olunan tarixdə X3 məişət səs-küyünə qarşı mübarizə qaydalarını pozması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. Ərizəçi X3 şikayət ərizəsində qeyd etdiyi Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2017-ci il tarixli, AZA seriyalı, 071796 nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2017-ci il tarixli, AZA seriyalı, 071796 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2017-ci il tarixli, 071796 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2017-ci il tarixli, AZA seriyalı, 071796 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2017-ci il tarixli, 071796 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-409/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-409/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver