Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-409/2023 27.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxxx 1986-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 26 aprel 2023-cü il tarixli inzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 26 aprel 2023-cü, saat 13:20 radələrində Şəki ŞRPŞ-nin həyətində ucadan səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X10 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 26 aprel 2023-cü, saat 13:20 radələrində Şəki ŞRPŞ-nin həyətində ucadan səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, atası X2 idarə etdiyi “Mercedez Benz” markalı avtomobili ilə Şəki şəhəri, A.Məmmədov küçəsi ərazisində hərəkətdə olduğu zaman yol polis əməkdaşları tərəfindən təhlükəsizlik kəməri istifadə etmədiyi üçün saxlanılmışdır. Bu zaman atasının sürücülük vəsiqəsinin müddətinin bitməsi məlum olmuş və həmin avtomobil cərimə meydançasına aparılmışdır. Daha sonra o atasının orada olduğunu öyrənmiş və etibarnaməsi olduğu üçün avtomobili oradan çıxartmağa getmişdir. Bu zaman o yol polisi əməkdaşalarından atasına nə qədər cərimə yazıldığını soruşduqda 100 manat cərimə yazıldığı bildirilmişdir. O həmin cərimə ilə razı olmadığını və bununla bağlı məhkəmə müraciət edəcəyini bildirdikdə aralarında anlaşılmazlıq yaranmış və buna görə də polis əməkdaşları onu Şəki ŞRPŞ-yə aparmışlar. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin DYPB-nin hərəkətin təhlükəsizliyi üzrə mühəndis, polis leytenantı X9 ifadə verərək bildirdi ki, 26 aprel 2023-cü il tarixdə saat 13:00 radələrində DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Rauf Əhmədov və polis serjantı Rəşad Nəbiyev ilə birlikdə Şəki şəhəri, A.Məmmədov küçəsində xidmətdə olduqları zaman “Mercedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü təhlükəsizlik kəmərini istifadə etməməmsi ilə bağlı saxlamışlar. Yoxlama zamanı X1 vəsiqəsinin müddətinin bitməsi məlum olmuşdur. Həmin şəxsə inzibati protokol tərtib olunmuş və daha sonra avtomobili təhvil alması üçün sürücünün oğlu Şəxs DYPB-yə gəlmişdir. İltizamla avtomobili həmin şəxsə təhvil verən zaman o, “siz kimsiniz ki, bizim maşınlara dəyirsiz, başınıza oyun açacam” demişdir. Onlar həmin vətəndaşı nizam-intizama dəvət etdikdə o, onların qanuni tələblərinə tabe olmamış və onlar tərəfindən polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X11 və Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X8 şahid Şəki ŞRPŞ-nin DYPB-nin hərəkətin təhlükəsizliyi üzrə mühəndis, polis leytenantı X9 ilə oxşar məzmunda izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək bildirdi ki, barəsində protokol tərtib edilmiş şəxs onun oğludur. 26 aprel 2023-cü il tarixdə saat 13:00 radələrində Şəki şəhəri, A.Məmmədov küçəsində hərəkətdə olarkən polis əməkdaşları onu təhlükəsizlik kəmərini istifadə etməməmsi ilə bağlı saxlamışlar. Bu zamanı onun sürücülük vəsiqəsinin müddətinin bitməsi məlum olmuşdur. Bu səbəblədə o X17 İdarəsinə aparılmş və barəsində protokol tərtib olunmuşdur. Onun idarə etdiyi avtomobili cərimə meydançasına aparılmışdır. Sonradan oğlu avtomobili cərimə meydançasından çıxartmaq üçün DYPB-yə gəlmiş və cərimə il razılaşmadığını polis əməkdaşlarına bildirmişdir. Bu səbələ onlar arasında anlaşılmazlıq yaranmışdır. Polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, onun 26 aprel 2023-cü il tarixdə saat 13:38-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, barəsində təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 26 aprel 2023-cü il tarixdə saat 13:38-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-409/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-409/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver