Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-409/2025 30.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, X21 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X21 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən 02 iyul 2025-ci il tarixli 3-17-5/2-59379/2025 nömrəli İcrası Məcburi Göstərişin, 01 iyul 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati cərimənin şərti tətbiq edilməsi barədə qərarın və 18 iyun 2025-ci il tarixli inzibati protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin kompüter operatoru X12 “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyinə ərizə ilə müraciət edərək ona öz hesabına ödənişsiz məzuniyyət verilməsini xahiş etmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru tərəfindən ona xx.xx.2025-ci il tarixli 18-1-71/3-1268/2025 nömrəli əmrlə 21 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin kompüter operatoru X12 xx.xx.2025-ci il tarixdən qrafik üzrə işdə olmalı olmasına baxmayaraq əmək müqaviləsinə xitam verilən günədək, yəni xx.xx.2025-ci il tarixədək işə çıxmamış rəhbərliyə hər-hansı məlumat verməmiş əmək imtizamını kobud şəkildə pozmuşdur. Rəhbərlik tərəfindən xx.xx.2025-ci il tarixli, 18-1-71/3-106/2025 nömrəli xəbərdarlıq məktubu göndərilmiş 3 (üç) gün müddətində “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İnsan resursları şöbəsinə gəlməsi bildirilmişdir. Gəlmədiyi halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186 maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. X12 özəl xəstəxananın USM cavabına əsasən hamilə olduğunu bildirmiş Ailə Sağlamlıq Mərkəzinin həkimi mama - ginekoloqu Yeganə Mustafayeva xx.xx.2025-ci il tarixdə Rasimə Abdullayevanın yaşayış ünvanına gedərək özəl xəstəxananın USM cavabına əsasən qarında gərginlik olubolmamasına nəzarət etmək üçün xaricdən müayinə etmək istədikdə Rasimə Abdullayevə etiraz edərək imtina etmişdir. xx.xx.2025-ci il tarixdə həkim-mama ginekoloq Yeganə Mustafayevanın çağırışından yayınmış telefon zənglərini açmamışdır. Təkrar həkim-mama ginekoloq X22 Abdullayevanın yaşayış ünvanına getmiş evdə olmadığı üçün pasientin müayinə vəziyyəti ilə maraqlanmaq bir daha mümkün olmamışdır. Hamilə qadınlar 12-13 həftəliyində Ailə Sağlamlıq Mərkəzində qeydiyyata düşməli olduğu halda Rasimə Abdullayevə qeydiyyata düşməkdən şəxsən özü imtina etmişdir. X12 ilk öncə Ailə Sağlamlıq Mərkəzindən qeydiyyatdan keçməli olduğu halda qeydiyyatdan və tibbi müayinədən imtina etməsi onun hamilə olmamasına şübhə yaradır. X4 əmək intizamını kobud şəkildə pozması məsələsi X18 Həmkarlar İttifaqı şurasına qoyularaq baxılmış və 17 may 2025-ci il tarixdə onun barəsində 22 nömrəli iclas protokolu çıxarılaraq Əmək məcəlləsinin 70 maddəsinin V bəndinə əsasən işdən azad edilməsi protokolda göstərilmişdir. Bununla da X12 əmək intizamını kobud şəkildə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. X12 narazı qalaraq “Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə, Şəki Rayon Prokurorluğuna, o cümlədən X25 Xidmətinin Şəki-Zaqalala Regional şöbəsinə müraciət etmişdir. X4 müraciəti X25 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsində qanunamüvafiq qaydada araşdırılması zamanı nöqsanın olması müəyyən edilmişdir və əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilmədən xitam verilməsi İcrası Məcburi Göstərişdə qeyd edilsə də hansı pozuntuya yol verilməsi əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar buraxılmış səhvin izahı işdən çıxarılma əmrinin qanunsuz hesab olunması hansı qanunun və hansı maddənin tələblərinə uyğun gəlməməsi göstərilməmişdir. Əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələblərinə əsasən icraata başlanması əsas olacağı göstərilmişdir. Belə ki, X25 Xidmətinin Şəki- Zaqatala Regional şöbəsi tərəfindən 2 iyul 2025-ci il tarixli, 3-17-5/2-59379/2025 nömrəli İcrası Məcburi Göstəriş “Şəki Rayon Xəstəxanasına daxil olmuş və tərəflərindən İcrası Məcburi Göstərişdən Şəki Rayon Məhkəməsinə şikayət verilmişdir. Bundan sonra isə 01 iyul 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati qərar və 18 iyun 2025-ci il tarixli, İnzibati protokolun tərtib edilərək rəhbəri olduğu müəsissəyə göndərilməli olduğu halda müəsissəyə yox yaşayış ünvanına göndərilmişdir. Ona şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsi Vəkil məhkəmə iclasında şikayətə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş DƏMX-nın X3 nümayəndəsini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - DƏMX-nın X3 xx.xx.2025-ci il tarixli 3-17-5/2-59379/2025 saylı məktubunda qeyd edilmişdir ki, X5 müraciətinin X25 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində qanunamüvafiq qaydada araşdırılması zamanı nöqsanın olması müəyyən edilmişdir. Belə ki, əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilmədən xitam verildiyi müəyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2025-ci il tarixli 18-1-71/3-1- 799/2025 nömrəli xitam əmri ləğv edib nəticəsi barədə məktubu qəbul etdikdən sonra 30 gün müddətində DƏMX-nın X7 məlumat verilməsi tələb olunur. - xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayonu Mərkəzi Xəstəxanası PHŞ-dən işdən azad edilmiş X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. X2 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X6 Rayon Xəstəxanası PHŞ-dən işdən azad edilmiş X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyindən Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. - “Şəki Rayon Məhkəməsi Xəstəxanası” PHŞ-nin DƏMX Şəki-Zaqatala regional idarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 18-1-71/2-978/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, X12 xx.xx.2018-ci il tarixdən X11 Stasionar Pediatriya şöbəsinə xadimə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdə həmin xəstəxananın Pediatriya şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci tarixdə TƏBİB-in X23 xx.xx.2020-ci il tarixli 03 nömrəli protokolu ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Sığortanın və innovasiya şöbəsinin Statistika bölməsinə kompüter operatoru vəzifəsinə keçirilmişdir. X12 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək heç bir üzürlü səbəb göstərmədən işə gəlməmişdir. X31 X15 sədri İ.X.Xəlilovanın xx.xx.2025-ci il tarixli 22 nömrəli protokolu, “Şəki RMX” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Z.M.Cəfərovun məlumatı, “Şəki RMX” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli aktları, İnsan resursları şöbəsinin müdiri T.F.Səfərovun xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu, İSX(ASM) şöbəsinin Şəki Mərkəzi ASM bölməsinin həkim mama - ginekoloqu Y.M.Mustafayevanın xx.xx.2025-ci tarixli, xx.xx.2025-ci il tarixli aktları və hüquqşünas C.F.Abdullayevin xx.xx.2025-ci il tarixli rəyinə əsasən X4 xx.xx.2025-ci il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Sığortanın və innovasiya şöbəsinin Statistika bölməsidnə kompüter operatoru Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X12 xx.xx.2024-xx.xx.2025-ci iş ili üçün 06 yanvar 2025-ci il tarixdə əmək məzuniyyətinə çıxdığına görə xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş məzuniyyət günü 0 olduğundan son haqq-hesabı hesablanmamışdır. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, X13 müvafiq olaraq xx.xx.2025-xx.xx.2025, xx.xx.2025-xx.xx.2025, xx.xx.2025-xx.xx.2025 və xx.xx.2025xx.xx.2025 tarixlərdə işdə olmamışdır. - Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən X8 göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərnamədə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdən “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsində kompüter operatoru vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Odur ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin İnsan resursları şöbəsinə yaxınlaşaraq əmək kitabçasının və əmrin surətinin götürülməsi xahiş edilmişdir. - xx.xx.2025-ci il tarixli 53 nömrəli arayışda qeyd edilmişdir ki, verilir, Şəki şəhər M.Süleymanoğlu ünvanda qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü X8 ondan ötrü ki, o, həyat yoldaşının müraciəti əsasında xx.xx.2025-ci il tarixdə Mərkəzi ASM-in həkimi mama ginekoloq Yeganə Mustafayeva tərəfindən evdə müayinə edildi. Hamilə qadın yataq rejimində idi. Qarnın müayinəsində sidik kisəsi dolu olduğu üçün xaricdən əllə müayinə etmək mümkün olmadı. xx.xx.2025-ci il tarixdə radioloq Pəri Fəttahova tərəfindən müayinə olunmuş “7.4 həftəlik hamiləlik, bir canlı fetus, uşaqlıqda çapıq” diaqnozu qoyulmuşdur. X16 USM və analiz müayinələrindən imtina etdi. - xx.xx.2025-ci il tarixli 102/25 saylı arayışda qeyd edilir ki, verilir, 1997-ci il təvəllüdlü X8 ondan ötrü ki, həqiqətən də, xx.xx.2025-ci il tarixində “X20”da həkim-ginekoloq müayinəsində olmuşdur. Pasientdə uşaqlıqda intrauterine döl yumurtası izlənmir. Boru hamiləliyi şübhəsi vardır. Pasientə yataq rejimi məsləhət görülür. - xx.xx.2025-ci il tarixli 108/25 saylı arayışda qeyd edilir ki, verilir, 1997-ci il təvəllüdlü X8 ondan ötrü ki, həqiqətən də, xx.xx.2025-ci il tarixində “X20”da həkim-ginekoloq müayinəsində olmuşdur. Pasientdə həqiqətən də 11h 4 günlük hamiləlikdir. USM müayinəsi nəticəsində 9.0x12.0 mm ölçülü hematoma izlənilir. Pasientə 2 həftə yataq rejimi tövsiyə olunur. - xx.xx.2025-ci il tarixli 170/25 saylı arayışda qeyd edilir ki, verilir, 1997-ci il təvəllüdlü X8 ondan ötrü ki, həqiqətən də, xx.xx.2025-ci il tarixində “X20”da həkim-ginekoloq müayinəsində olmuşdur. Pasientdə həqiqətən də 14h 0 günlük hamiləlikdir. USM müayinəsi nəticəsində 11x14mm ölçülü hematoma izlənilir. Pasientə ciddi yataq rejimi tövsiyə olunur. - X31 X15 xx.xx.2025-ci il tarixli 2 nömrəli protokolundan görünür ki, son olaraq heyət üzvləri qərara aldılar ki, Ə/M Maddə 186 ş bəndinə əsasən əmək müqaviləsini bu Məcəllənin 70 maddəsinin ç bəndi ilə ləğv edilməsi məqsədə müvafiq hesab edilir. - Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2025-ci il tarixli 18-1-71/2-A-306-42- 172/2025 saylı X8 ünvanladığı məktubda qeyd edilmişdir ki, sizin xx.xx.2025-ci il tarixli ərizəniz “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixdə 335/2 nömrə ilə qeydiyyata alınaraq baxılmışdır. Ərizənizdə hamiləliyinizi ağır keçirdiyinizi Ailə Sağlamlıq Mərkəzində hamiləliyinizi heç bir səbəb olmadan qeydiyyata almaqdan imtina edilməsini və yenidən sizə bir ay müddətinə ödənişsiz məzuniyyət verilməsini göstərmisiniz. xx.xx.2025-ci il 268 nömrəli ərizə ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyinə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənişsiz məzuniyyət verilməsi barədə müracət etmisiniz. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru tərəfindən Sizə xx.xx.2025-ci il tarixli 18-1-71/3-1268/2025 nömrəli əmrlə 21 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Sığortanın təşkili və innovasiya şöbəsinin Statistika bölməsinin kompüter operatoru X12 xx.xx.2025-ci il tarixdən qrafik üzrə işdə olmasına baxmayaraq günü bu günədək xx.xx.2025-ci il tarixdir ki, rəhbərliyə hər-hansı məlumat verməmiş əmək imtizamını kobud surətdə pozaraq işə çıxmamısınız. xx.xx.2025-ci il tarixli 18-1-71/3- 106/2025 nömrəli xəbərdarlıq məktubunda Sizin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək üzürlü səbəb göstərilmədən işə gəlməmiş və rəhbərliyə heç bir məlumat verməmsiniz. 3(üç) gün müddətində İnsan resursları şöbəsinə müraciət etməsəniz barənizdə Əmək Məcəlləsinin 186 maddəsinin 2-ci hissəsinin “ç" bəndinə əsasən Sizinlə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmisiniz. ASM bölməsinin həkim mama-ginekoloqu Yeganə Mustafayevanın ev şəraitində xx.xx.2025-ci il tarixdə müayinə zamanı hamiləliyin həcmi kiçik olduğu üçün UZİ cavabına əsasən qarında gərginlik olub-olmamasına nəzarət üçün xaricdən əl ilə nəzarət etmək istədikdə X12 etiraz etmişdir. xx.xx.2025-ci il tarixdə həkim mama-ginekoloqu Yeganə Mustafayevanın çağırışına gəlmədiyiniz üçün telefon əlaqəsi saxlasada telefonu açmamısınız. Yaşayış ünvanınıza gəldikdə isə 8-9 yaşında oğlan uşağı onları qarşılayaraq bibim və nənəm bir az əvvəl evdən getdiklərini bildirmişdir. Həmin gün pasientin vəziyyəti ilə təkrar maraqlanmaq bir daha mümkün olmamışdır. “Şəki Rayon Mərkəzi Xəstxanası” publik hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzinin həkim mama-ginekoloqu Yeganə X1 müayinədən keçməsi üçün ASM bölməsinə dəvət etsədə müayinəyə gəlməkdən imtina etmişdir. Hamilə qadın 12-13 həftəliyində ASM bölməsində qeydiyata düşməli olduğu halda X12 qeydiyyata düşməkdən imtina etməsi əsaslı şübhə yaratmışdır. “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ailə Sağlamlıq Mərkəzində qeydiyyata alınmağınızdan imtina edilməsi ağ yalan olduğu sübuta yetirilmiş və Sizə ilk öncə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ödənişsiz məzuniyyət verilsə də xx.xx.2025-ci il tarixdən günü bu günədək işə çıxmayaraq əmək intizamını kobud surətdə pozduğunuzdan barənizdə ciddi ölçü götürüləcəkdir. Məhkəmə iş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda X14 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X21 inzibati xəta haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X21 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanbunu sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 186. 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd edilməlidir ki, işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur (Əmək Məcəlləsinin 72-ci maddəsi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir (Məcəllənin 70ci maddəsinin ç bəndi). Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. (Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinin 1-ci hissəsi). Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X21 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və icrası məcburi göstərişin də ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan və ya icrası məcburi göstərişdən şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-409/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-409/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver