Məhkəmə qərarları › İş №3(075)-41/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-41/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-41/2022 18.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki Şəki Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-739/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 499 manat borc alınıb “Soliton LTD" MMC-nin hesabına və Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22379 saylı, 01.01,2020-ci il tarixli icra sənədinə əsasən isə 2373,6 manat borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASCnin hesabına ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-739/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 499 manat borc alınıb “Soliton LTD" MMC-nin hesabına və Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ- 22379 saylı, 01.01,2020-ci il tarixli icra sənədinə əsasən isə 2373,6 manat borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-739/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədləri 08.01.2020-ci il tarixdə və Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22379 saylı, 01.01,2020-ci il tarixli icra sənədi isə 09.06.2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borclu borcun ödənilməsini təmin etməmiş və Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Həmçinin könüllü müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və 09 iyun 2021-ci il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Şəki ŞRPŞ-nin 24.07.2021-ci il tarixli məktubuna əsasən borclu Şəxs barəsində 05.07.2021-ci il tarixdə ******* saylı axtarış işi açılmışdır. Borclu Şəxs 18.01.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu Şəxs 18.01.2022-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında imkanı olmadığına görə hər hansı ödəniş etməmiş və indidən sonra hər ay hər iş üzrə 50 manat ödəniş edə biləcəyini bildirmişdir. Həmçinin borcludan icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə gəlməməyin səbəbi sorulmuş borclu isə yol pulu olmadığına görə şöbəyə gəlmədiyini qeyd etmişdir. Bununlada keçən 2 il müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Hazırda borclu Şəxs "xxxx" ASC-yə olan borcu 2393,6 manat və "xxxx" MMC-yə olan borcu isə 499 manat təşkil edir. Borclu 18.01.2022-ci il tarixdə saat 09:30-da polislər tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 739/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədinə əsasən ondan 499 manat borc alınıb “Soliton LTD" MMC-nin hesabına və Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-22379 saylı, 01.01,2020-ci il tarixli icra sənədinə əsasən isə 2373,6 manat borc və 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra sənədlərindən məlumatı olmuşdur. Lakin maddi imkanı aşağı olduğundan borcunu ödəyə bilməmişdir. O Sumqayıt şəhərində kirayədə yaşayır, aylıq 150 manat kirayə pulu ödəyir. Maddi imkanı olmadığından İcra və Probasiya şöbəsinə gələ bilməmişdir. Bildirmişdir ki, Sumqayıt şəhərində rəngsaz işləyir, bir gün qabaq da yeni bir iş tapmışdır. İndidən sonra hər ay hər iş üzrə 50 manat ödəniş edəcəkdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, o, 18.01.2022-ci il tarixdə saat 09:30-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Belə ki, onu Bakı şəhərində metroya daxil olarkən polislər saxlayaraq Şəki polislərinə təhvil vermişlər. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gətirilmişdir. Əməlindən peşmandır. Ona 4-5 gün vaxt verilməsini bildirmişdir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də ailə vəziyyətini nəzərə alınaraq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 18 yanvar 2022-ci il tarixdə saat 09:30-da polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 18 yanvar 2022-ci il tarixdən, saat 09:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 18 yanvar 2022-ci il tarixdən, saat 09:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 18 yanvar 2022-ci il tarixdən, saat 09:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar