Məhkəmə qərarları › İş №3(075)-410/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-410/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-410/2021 24.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Şəki şəhərində anadan olmuş, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X7 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində meyvə-tərəvəz dana quzu əti sahibkarlıq obyektində icazəsiz reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün X7 İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində meyvə-tərəvəz dana quzu əti sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmişdir. Bu barədə 27 iyul 2021-ci il tarixdə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib olunmuşdur. Bu barədə 27 iyul 2021-ci il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona dövlət 19,60 manat rüsumunun ödənilməsi üçün müvafiq kod verilmiş və 06 avqust 2021-ci il tarixədək dövlət rüsumunun ödənilməsi tələb olunmuşdur. Şəxs isə müxtəlif bəhanələr gətirərək dövlət rüsumunu ödəməkdən boyun qaçırmışdır. O, X7 İdarəsi ilə müqavilə bağlamamışdır. Buna görə də Şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə insibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həqiqətən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində meyvə-tərəvəz dana quzu əti sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmişdir. Təxminən bu ilin iyul ayının axırlarında Reklam İdarəsinin əməkdaşları onun obyektinə gələrək qanunsuz olaraq reklam lövhələrinin asılmasını ona bildirmişlər. Bundan sonra ona təklif etmişlər ki, həmin reklam lövhələrini rəsmləşdirmək də olar. Bundan sonra onlarla razılaşmış və rəsmləşdirmə üçün işlərə başlanılmışdır. Ona dövlətə 19,60 manat rüsumunun ödənilməsi üçün müvafiq kod verilmiş və 06 avqust 2021-ci il tarixədək dövlət rüsumunun ödənilməsi tələb olunmuşdur. 06 avqust 2021-ci il tarixdə özünü X7 İdarəsinin əməkdaşı kimi təqdim etmiş şəxs onun mobil telefonuna zəng vuraraq açıq məkanda icazəsiz reklam yerləşdirdiyi üçün ona verilmiş müvafiq koda 19,60 manat dövlət rüsumunu ödəməsini bildirmişdir. O isə obyektdə yox, bostanda olduğunu bildirmişdir. Həmçinin o, bu işlərdən anlayışı olmadığından dövlət rüsumunun ödənilməsi üçün oğlunu gözləmişdir və sözügedən dövlət rüsumunu vaxtında ödəyə bilməmişdir. Hesab edir ki, protokol əsassız tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Şəxs 11 saylı Ərazi Vergilər Baş İdarəsində VÖEN ********** ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 27 iyul 2021-ci il tarixli aktdan görünür ki, Şəxs Reklam haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinin tələblərinə zidd olaraq Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində meyvə-tərəvəz dana quzu əti sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. İş materiallarında olan 27 iyul 2021-ci il tarixli, İMG 001402 nömrəli “Reklam haqqında” məcburi olan göstərişdən görünür ki, Şəxs aktda qeyd olunan qanun pozuntuların 05 (beş) gün ərzində aradan qaldırmadığı təqdirdə İXM-nin 428.7.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində meyvətərəvəz dana quzu əti sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 06 avqust 2021-ci il tarixli telefonoqramın surətindən görünür ki, X7 İdarəsinin Hüquq və Kadr şöbəsinin mütəxəssisi Elvin Kərimov tərəfindən idarənin ********** karporotiv mobil nömrəsi vasitəsi ilə sahibkar Şəxs məxsus ********** mobil telefon nömrəsi ilə 06.08.2021-ci il tarixdə saat 14:16-da əlaqə saxlanılaraq barəsində 09.08.2021-ci il tarixdə, saat 12:00-da fəaliyyət göstərdiyi Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində meyvə-tərəvəz dana quzu əti sahibkarlıq obyektinin qüarşısında açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin uyğun bəndi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı, protokolun tərtib ediləcəyi yer və vaxt barəsində sahibkara məlumat verilmiş və göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkəti X7 İdarəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, Şəxs müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan açıq məkanda reklam yerləşdirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar