Məhkəmə qərarları › İş №3(075)-410/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-410/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-410/2022 04.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixində Şəki rayonu, Çayqaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 4 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Çayqaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki rayon Məhkəməsinin 2(033)-53/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi **********36) çıxarılmalıdır. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rusumu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 2(033)-53/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi **********36) çıxarılmalı, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rusumu Şəxs alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Bildirmişdir ki, qeyd olunan icra sənədi xx.xx.2020-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində, ondan sonrakı müddətdə tələbin icrası təmin edilməmiş, nəticədə icra sənədi icra olunmamışdır. İcra sənədinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixdə borcluya xəbərdarlıq göndərilmiş, icra sənədinin icrası tələb edilmiş, şöbəyə çağırılmışdır. Lakin borclu icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı icra məmurunun çağırışına gəlməmişdir. Borclu çağırışa gəlmədiyi üçün məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, yenə borclu çağırışa gəlməmişdir. Borclu çağırışlara gəlmədiyi üçün məcburi gətirilməsi barədə qərar qəbul edilməsi üçün məhkəməyə təqdimatla müraciət olunmuş, təqdimat təmin olunmuş, qəbul olunmuş qərar icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Borclu şöbədə olarkən çağırışa gəlməməsinin səbəbi soruşulmuş və borclu bildirmişdir ki, işi olduğu, imkanı olmadığı üçün çağırışa gəlməmişdir. Tələbkar "xxxx" MMC-i müraciət edərək icra sənədinin icra olunması ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixə icra prosesi təyin olunmuş, tərəflər iştirak etmədiyindən icranı həyata keçirmək mümkün olmamışdır. Proses günü borclu ilə telefon vasitəsilə danışılmış, borclu bildirmişdir ki, hazırda işi ilə bağlı Bakı şəhərindədir, gələ bilmir, mübahisəli torpaq sahəsindən isə çıxdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə yenidən icra sənədinin icrası ilə bağlı Şəki rayonu Çayqaraqoyunlu kəndində olmuşlar, borcluya məlumat verilməyinə baxmayaraq iştirak etməmiş, telefon vasitəsilə danışan zaman 12.857 ha torpaq sahəsinin onun istifadəsində olmadığını, 0,70 ha torpaq sahəsinin onun istifadəsində olduğunu bildirmiş, torpaqdan çıxmaq fikrinin olmadığını bildirmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə borclu şöbəyə gəlmiş, şöbədə olarkən bir daha icra sənədinin icrası, torpaq sahəsindən çıxması tələb olunmuşdur. Borclu izahat verərək bildirmişdir ki, 12.857 ha torpaq sahəsindən istifadə etməmiş, həmin torpağı zəbt etməmiş, həmin torpaq sahəsi ona aid deyil, ailə üzvlərinə aiddir. Lakin bildirmişdir ki, 0.70 ha torpaq sahəsi həmin 12.857 ha torpaq sahəsinin içindədir, həmin 0.70 ha torpaqdan o istifadə edir, torpaqdan çıxmamışdır, çıxmayacaqdır. O halda həmin 0.70 ha torpaqdan çıxacaqdır ki, özünə məxsus 0.70 ha torpaq sahəsinin satıldığı sübut olunsun, bildirilsə ki, həmin 0.70 ha torpaq sahəsindən çıxsın, ondan sonra torpaqdan çıxacaq, ona qədər həmin torpaqdan çıxmayacaqdır. Bütün bunlardan görünür ki, borclu Şəxs icra sənədinin icrasından yayınır, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Musayev X2 Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu xx.xx.2022-ci il tarixdə 10:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra saat 14:10-da məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 2(033)-53/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən o, "xxxx" MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Şəki rayonu Çayqaraqoyunlu kəndində yerləşən 12.857 ha torpaq sahəsindən (daşınmaz əmlakın reyestr nömrəsi **********36) çıxarılmalıdır. İcra sənədlərindən məlumatı vardır. Bildirmişdir ki, o, 12.857 ha torpaq sahəsindən istifadə etməmiş, həmin torpağı zəbt etməmişdir. Ümumiyyətlə 12,857 ha torpaq sahəsi ona aid deyil, ailə üzlərinə aiddir. Ona məxsus olan 0.70 ha torpaq sahəsi həmin 12.857 ha torpaq sahəsinin içindədir. Hal-hazırda o, 0.70 ha torpaq sahəsindən istifadə edir, torpaqdan çıxmamışdır. Bildirmişdir ki, ancaq onun özünə məxsus olan 0.70 ha torpaq sahəsinin satıldığı, həmin 0.70 ha torpaq sahəsindən onun çıxması barədə müvafiq məhkəmə qətnaməsi olduqda, o, həmin özünə məxsus olan 0.70 ha torpaq sahəsindən çıxacaqdır. O, işdə olduğu, imkanı olmadığı üçün icra məmurunun çağırışlarına gəlməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 10:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 04 iyul 2022-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:10-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 04 iyul 2022-ci il tarixdən, saat 10:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 04 iyul 2022-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Musayev X2n Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 04 iyul 2022-ci il tarixdə, saat 10:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar