Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-410/2023 27.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxxx 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 26 aprel 2023-ci il tarixdə, saat 22:50 radələrində Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səs-küy salaraq iş rejimi qaydasını pozmuş və onu nizam iltizama dəvət edən polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə, saat 22:30 radələrində Şəki ŞRPŞnin DYPB-nin YPX-nin baş inspektoru, polis baş leytenantı Xəyal Bəşirli və Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı Tural Mamedov birlikdə xidmətdə olduqları zaman Şəki şəhəri, M.Ə.Rəsulzadə pr-də “Mercedes-Benz” minik markalı, **-EP- *** dövlət qeydiyyat nişanlı avtomobilin nümayəşkiranə avtoxuliqanlıq hərəkətləriedərək cəmiyyətin diqqətini özünə cəlb etdiyini görmüşlər. Polis əməkdaşları həmin avtomobili uzaqdan təqib edərək müşahidə etmişlər. Bu zaman həmin avtomobilin sürücüsü onların diqqətindən yayınaraq qaçmışdır. Bir müddət sonra onlar həmin avtomobilin sürücüsünü Şəki şəhəri, Sarabski küçəsində olduğunyu müəyyən etmişlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin vaxt onun sərxoş vəziyyətdə olması məlum olmuşdur. Polis əməkdaşları həmin şəxsi avtoxuliqanlıq hərəkətləri etdiyi üçün polis şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən trabe olmayaraq onlara qarşı nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları həmin şəxsi nizam-iltizama riayət etməyi, ictimai qaydaları pozmamağı bildirsələr də, həmin şəxs yenə də öz hərəkətlərini qərəzli şəkildə davam etdirərək ətrafdakı şəxslərin diqqətini özünə cəlb etmişdir. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasının daxilində olan zaman həmin şəxs yenə də ucadan onların ünvanına nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuşdur. Onlar həmin şəxsi nizam-iltima dəvət edərək, polis şöbəsinin iş rejimi pozmamağını bildirsələr də, həmin şəxs daha da aqresiv şəkildə öz hərəkətlərini davam etdirmiş onlara məhəl qoymamışdır. Bundan sonra həmin şəxsin Şəki şəhər sakini Şəxs olması məlum olmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında yerləşən “Ruzi” Marketdən yarım litr baltika doqquz markalı pivə alaraq içə-içə yaşadığı evinə getmişdir. Bu zaman YPX əməkdaşları ona yaxınlaşaraq sərxoş vəziyyətdə avtomobil idarə etməyini bildirmiş, avtomobili hara gizlətdiyini soruşmuşlar. O, cavabında polis əməkdaşlarına sərxoş avtomobil idarə etmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə aparmaq istəyərkən, aralarında mübahisə yaranmışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Bildirmişdir ki, o, protokolda göstərilən hadisəni törətmişdir. Hadisə zaman o, yüngül dərəcəli sərxoş olmuşdur. Əsəbi olduğundan aralarında anlaşılmazlıq baş vermişdir. Polis şöbəsində polis əməkdaşlarına qarşı hörmətsizlik etməmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Ailəlidir, himayəsində üç azyaşlı övladı vardır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə üzrə iş üzrə icraata xitam verilməsini, İXM-nin 510-cu maddəsi ilə Şəxs cərimə tənbeh tədbirinin verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 26 aprel 2023-cü il tarixdə saat 22:30 radələrində YPX inspektoru, polis baş serjantı Tural Mamedovla birlikdə xidmətdə olduqları zaman Şəki şəhəri, M.Ə.Rəsulzadə pr-də “Mercedes-Benz” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtoxuliqanlıq hərəkətləri nümayiş etdirərək cəmiyyətin diqqətini özünə cəlb etdiyini görmüşlər. Onlar həmin avtomobili uzaqdan təqib edərək müşahidə etmişlər. Bu zaman həmin avtomobilin sürücüsü onların diqqətindən yayınaraq nəzərdən qaçmışdır. Bir qədər sonra onlar həmin avtomobilin sürücüsünü Şəki şəhəri Sarabski küçəsində müəyyən etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman həmin şəxsin sərxoş vəziyyətdə olmasını hissə etmişlər. Onlar həmin şəxsi avtoxuliqanlıq hərəkətləri etdiyinə görə polis şöbəsinə dəvət etmişlər. Bu zaman həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara qarşı nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam-iltizaman riayət etməyi, ictimai qaydaları pozmamağı bildirsələr də, həmin şəxs yenə də öz hərəkətlərini qərəzli şəkildə davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsi polis şöbəsinə gətirmişlər. Şəki ŞRPŞ-nin inzibati binasına daxil olan zaman həmin şəxs yenə ucadan onların ünvanına nalayiq ifadələr işlədərək polis şöbəsinin iş rejimini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı X3 şahid X2 ilə oxşar məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları, hadisəni əks etdirən videogörüntü ilə təsdiq edildi. Belə ki, təqdim olunan videogörüntüdən müəyyən olunur ki, Şəxs polis şöbəsinin inzibati binasında səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs sərxoş halda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alınmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 26 aprel 2023-cü il saat 22:52-dən hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-410/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-410/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver