Məhkəmə qərarları › İş №3(075)-412/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-412/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-412/2020 24.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi X1 iştirakları ilə, Ərizəçi X1 V tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, V tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq V tağım YPX inspektoru, polis baş serjantı X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə V tağım YPX inspektoru, polis baş serjantı X3 iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Qax rayonundan iş növbəsindən çıxaraq öz maşını ilə (**-BN-*** dövlət qeydiyyat nişanlı) Şəki şəhəri istiqamətində hərəkətdə olarkən İnçə kəndi ərazisindən keçərkən 822 nömrəli DYP xidməti avtomobilində xidmət aparan X4 onların yanından keçərkən saxlatmışdır. Ona 1.5 km qabaqda düz xətdə ötmə əməliyyatı edərək qayda pozuntusu törətdiyini bildirmişdir. O isə öz növbəsində heç bir inzibati xəta törətmədiyini, bu faktı sübut edəcək heç bir dəlilin olmadığını qeyd etmişdir. Belə ki, polis əməkdaşı onu saxladarkən ondan öndə və arxada heç bir nəqliyyat vasitəsi olmamışdır. DYP əməkdaşına inzibati xəta hadisəsi olmadığı halda protokol tərtib etməyin qanunsuz olduğunu bildirmişdir. Sonuncu «mən protokolu tərtib edirəm, siz sübut edərsiz ki, qayda pozuntusu etməmisiniz» deyə cavab vermişdir. O, həmin protokolla razılaşmamış və imza etməmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx xxxxxx 2020-ci il tarixdə, saat 17:21 radələrində Şəki-Qax yolunun 8-ci km-liyində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş V tağım YPX inspektoru, polis baş serjantı X3 xx xxxxxx 2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı, ******* nömrəli protokolda X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törəddiyi qeyd edilsə də, X2 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. V tağım YPX inspektoru, polis baş serjantı X4 xx xxxxxx 2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı, ******* nömrəli protokola istinad etməklə X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilərək, 60 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab verməmiş və tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut (videogörüntü və s.) təqdim edilməmişdir. Buna görə də V tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən X1 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. V tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən X1 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar